“Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

Xameneinin nəşi Nəcəfdə izdihamla qarşılandı - Fotolar

Tarix 08.07.26, 10:45

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ-İsrail hücumunda həlak olan İranın Ali Lideri Əli Xameneinin cənazəsi Qum şəhərində keçirilən vida mərasimindən sonra İraqın Nəcəf şəhərinə aparılıb.

Tehrandakı vida mərasimindən sonra İranın dini mərkəzlərindən biri sayılan Qumda Xamenei və ailə üzvləri üçün növbəti mərasim təşkil olunub.

Mərasimə milyonlarla insan qatılıb, Cəmkəran məscidi ilə “Həzrəti Fatimə” məqbərəsi arasındakı ərazi izdihamla dolub.

Mərasim başa çatdıqdan sonra Xameneinin cənazəsi şiələr üçün müqəddəs şəhər hesab olunan Nəcəfə aparılıb. Nəcəf Beynəlxalq Hava Limanında cənazəni İraqın Baş naziri Əli əl-Zeydi və digər yüksəkvəzifəli rəsmilər qarşılayıblar.

Bu axşam Nəcəfdə keçiriləcək rəsmi vida mərasimində İraq hökumətinin yüksəksəviyyəli nümayəndələrinin iştirakı gözlənilir.

Məlumata görə, Xameneinin cənazəsi daha sonra İraqın Kərbəla şəhərinə aparılacaq. Oradakı vida mərasimindən sonra isə yenidən İrana qaytarılacaq.

İranın keçmiş lideri ilə son vida mərasiminin iyulun 9-da onun doğulduğu Məşhəd şəhərində keçirilməsi planlaşdırılır. Xameneinin İmam Rza ziyarətgahının ərazisində xüsusi ayrılmış sahədə dəfn ediləcəyi bildirilir.

İran Prezidenti Məsud Pezeşkian da İran nümayəndə heyəti ilə birlikdə mərasimdə iştirak etmək üçün Nəcəfə səfər edib.

İRİB-in məlumatına görə, Pezeşkian ABŞ-in İrana zərbələr endirməsi xəbərini aldıqdan sonra İraqa səfərini başa vuraraq Tehrana qayıdır.

ıdır.










Xəbərin oxunma sayı : 106




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap