“Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

Bakı-Tbilisi qatarlarında sərnişin tutumu artırılır - FOTOLAR

Tarix 07.07.26, 13:09

Font ölçüsü : - / +
bitmap-img6


"Azərbaycan Dəmir Yolları" QSC (ADY) sərnişin məmnuniyyətinin yüksəldilməsi və Bakı–Tbilisi–Bakı beynəlxalq marşrutu üzrə artan sərnişin tələbatının qarşılanması məqsədilə sərnişinlər üçün daha geniş və daha əlçatan səyahət imkanları yaratmağa davam edir.

AzFakt.com səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, iyulun 10-dan etibarən Bakı–Tbilisi–Bakı beynəlxalq marşrutu üzrə hərəkət edən qatarların tərkibinə əlavə 3 ədəd yataq tipli vaqon (hazırda ölkədaxili marşrutda istifadə olunan standart+ sinif vaqonlar) qoşulacaq. Nəticədə hər reys üzrə 104 əlavə sərnişin yeri açılacaq və bir reys üzrə sərnişin yeri hazırkı 178-dən təqribən 60 % artaraq 282-yə çatdırılacaq.

Əlavə vaqonlara biletlər bu gündən satışa çıxarılıb. Bu vaqonlarda gediş haqqı hazırda istifadədə olan "Stadler" vaqonları üzrə biletlərin qiyməti ilə müqayisədə daha münasibdir. Belə ki, Bakı–Tbilisi–Bakı marşrutu ilə gediş haqqı məsafədən asılı olaraq standart+ sinif üzrə 40,30 manatdan başlayır. Marşrut üzrə bir istiqamətə Bakıdan Tbilisiyə minimum gediş haqqı 65,20 manat, Yevlaxdan 53,30 manat, Gəncədən 49,30 manat, Ağstafadan isə 45,30 manatdır. Böyük Kəsikdən Tbilisi vağzalı və Qardabani stansiyasına isə müvafiq olaraq 43,40 və 40,30 manat təşkil edir.

Xatırladaq ki, hazırda Bakıdan Tbilisiyə "Stadler" vaqonlarında komfort sinif üzrə minimum gediş haqqı 79,5 manat, Gəncədən isə 58,20 manatdır.

Beləliklə, son yenilik sayəsində daha çox sərnişinin Bakı–Tbilisi–Bakı marşrutu ilə daha münasib qiymətə səfər etməsinə imkan yaranır.

"Stadler" tipli vaqonlarla müqayisədə marşruta əlavə edilən standart+ tipli yataq vaqonlarında ödənişsiz baqaj norması bu vaqonların texniki xüsusiyyətləri və konstruktiv imkanları nəzərə alınaraq 36 kq müəyyən edilib.

Sərnişinlərin rahatlığının təmin edilməsi məqsədilə standart+ vaqonlarında səyyar keytrinq, yəni mobil satış xidməti təşkil olunacaq.

Qeyd edək ki, Bakı–Tbilisi–Bakı marşrutu üzrə 25 may – 6 iyul tarixlərində 25 minə yaxın bilet satılıb və 14 minə yaxın sərnişin daşınıb. Bundan 6356 nəfər Tbilisi, 4343 nəfər Bakı, 1112 nəfər Gəncə, 808 nəfər Yevlax, 520 nəfər Ağstafa və digər stansiyalardan qatara minik edib. Bu da Bakı–Tbilisi–Bakı marşrutu üzrə səfər edənlərin təqribən 40 faizinin bölgələrin payına düşdüyünü göstərir.

Ümumilikdə ADY-nin son illərdə xidmət coğrafiyasının genişləndirilməsi və sərnişin məmnuniyyətinin artırılması istiqamətində həyata keçirdiyi layihələr nəticəsində qatarla səyahətə üstünlük verənlərin sayı artıb. 2026-cı ilin 6 ayında dəmir yolu ilə 5,4 milyondan çox sərnişin daşınıb. Bu, ötən ilin eyni dövrünün göstəricisi (4,6 milyon nəfər) ilə müqayisədə 20 faizə yaxın artım deməkdir.

ADY sərnişinlərin rahat, əlçatan və təhlükəsiz səyahət imkanlarından faydalanması üçün xidmətlərin daha da təkmilləşdirilməsi istiqamətində tədbirləri davam etdirəcək.






Xəbərin oxunma sayı : 187




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap