“Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

Azərbaycan-Avropa İttifaqı münasibətlərinin inkişafında mühüm siyasi hadisə

Tarix 06.07.26, 6:08

Font ölçüsü : - / +
bitmap-img6


Avropa Komissiyasının sədri Ursula fon der Leyenin Prezident İlham Əliyevlə görüşü Azərbaycan–Avropa İttifaqı münasibətlərinin inkişafında mühüm siyasi hadisə kimi dəyərləndirilməlidir. Qlobal geosiyasi münasibətlərin mürəkkəbləşdiyi, enerji təhlükəsizliyi, nəqliyyat marşrutları və regional sabitlik məsələlərinin beynəlxalq gündəliyin əsas mövzularından birinə çevrildiyi indiki mərhələdə bu görüş xüsusi əhəmiyyət daşıyır. Həmin təmas bir daha göstərdi ki, Azərbaycan bu gün Avropa üçün yalnız enerji təchizatçısı deyil, həm də etibarlı siyasi tərəfdaş, sabitlik və əməkdaşlıq məkanı yaradan mühüm regional gücdür.

Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlər uzun illər ərzində qarşılıqlı maraqlar əsasında inkişaf edib. Bu münasibətlərin əsas sütunlarından biri, şübhəsiz ki, enerji əməkdaşlığıdır. Prezident İlham Əliyevin uzaqgörən və məqsədyönlü siyasəti nəticəsində Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm yer tutan strateji tərəfdaşa çevrilib. Xüsusilə Cənub Qaz Dəhlizi, TANAP və TAP kimi nəhəng layihələrin uğurla reallaşdırılması Azərbaycanın təşəbbüskarlığını, etibarlılığını və beynəlxalq enerji bazarındakı mühüm mövqeyini aydın şəkildə nümayiş etdirib. Məhz Prezident İlham Əliyevin siyasi iradəsi, qətiyyəti və ardıcıl diplomatik fəaliyyəti sayəsində Azərbaycan enerji sahəsində təkcə regional deyil, bütövlükdə Avropa miqyasında mühüm aktora çevrilib.

Ursula fon der Leyenin Prezident İlham Əliyevlə görüşü də məhz bu reallığın təsdiqi kimi çıxış edir. Avropa Komissiyasının rəhbərinin Bakıya gəlişi, Azərbaycanla yüksək səviyyəli dialoqa xüsusi önəm verilməsi və ölkəmizin strateji əhəmiyyətinin açıq şəkildə vurğulanması onu göstərir ki, Avropa İttifaqı Azərbaycanla münasibətləri uzunmüddətli və genişmiqyaslı tərəfdaşlıq kimi qiymətləndirir. Bu münasibətlərin mərkəzində isə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən müstəqil, milli maraqlara əsaslanan və nəticəyönümlü xarici siyasət dayanır.

Görüş zamanı müzakirə olunan məsələlər enerji ilə məhdudlaşmırdı. Regional təhlükəsizlik, nəqliyyat-kommunikasiya layihələri, Orta Dəhlizin inkişafı, iqtisadi əməkdaşlıq, yaşıl enerji sahəsində tərəfdaşlıq və postmünaqişə dövründə sülh gündəliyi də diqqət mərkəzində idi. Bu isə bir daha göstərir ki, Azərbaycan artıq Avropa ilə münasibətlərdə yalnız karbohidrogen resursları ilə deyil, həm də geosiyasi mövqeyi, tranzit imkanları və regional təşəbbüsləri ilə xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin nəqliyyat və logistika sahəsində həyata keçirdiyi siyasət Azərbaycanı Şərqlə Qərbi birləşdirən mühüm qovşaqlardan birinə çevirib. Bu gün Orta Dəhliz layihəsinin aktuallaşması fonunda Azərbaycanın rolu daha da artır və Avropa İttifaqının Bakıya marağı da məhz bu strateji reallıqdan qaynaqlanır.
Prezident İlham Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan beynəlxalq münasibətlər sistemində özünü etibarlı, prinsipial və güclü tərəfdaş kimi təsdiqləyib. Dövlət başçısının həyata keçirdiyi balanslaşdırılmış xarici siyasət kursu Azərbaycanın həm Şərq, həm Qərb, həm də region ölkələri ilə münasibətlərində milli maraqları qətiyyətlə qorumağa imkan verib. Ursula fon der Leyenin Prezident İlham Əliyevlə görüşü də göstərir ki, Avropa İttifaqı Azərbaycanda sabit, güclü və etibarlı siyasi rəhbərliyin mövcudluğunu yüksək qiymətləndirir. Məhz bu amil Azərbaycanı bölgədə fərqləndirən əsas cəhətlərdən biridir.

Görüşün mühüm istiqamətlərindən biri də Cənubi Qafqazda sülh və sabitlik məsələsi idi. Azərbaycan 44 günlük Vətən müharibəsindən sonra regionda yeni siyasi reallıq formalaşdırıb və bu reallıq əsasında davamlı sülhün təmin olunmasını prioritet kimi irəli sürüb. Prezident İlham Əliyev postmünaqişə dövründə sülh müqaviləsinin imzalanması, kommunikasiyaların açılması və bölgədə əməkdaşlıq mühitinin yaradılması istiqamətində ardıcıl təşəbbüslərlə çıxış edib. Avropa İttifaqının da bu proseslərə maraq göstərməsi və Azərbaycanla dialoqu intensivləşdirməsi ölkəmizin bölgədə aparıcı siyasi aktor kimi qəbul edildiyini təsdiqləyir. Ursula fon der Leyenin Bakıda keçirdiyi görüş bu baxımdan təkcə ikitərəfli münasibətlərin deyil, həm də regionun gələcəyi ilə bağlı mühüm siyasi məna daşıyır.

Azərbaycanın yaşıl enerji gündəliyi də Avropa ilə münasibətlərdə yeni əməkdaşlıq istiqaməti kimi ön plana çıxır. Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkəmiz bərpaolunan enerji sahəsində də böyük layihələrə start verib, Xəzərin külək enerjisi potensialı, günəş enerjisi layihələri və “yaşıl enerji dəhlizi” ideyası beynəlxalq maraq doğurub. Avropa İttifaqının bu sahəyə diqqət yetirməsi və Azərbaycanla əməkdaşlıq niyyətini ortaya qoyması onu göstərir ki, tərəflər arasındakı münasibətlər artıq yalnız ənənəvi enerji çərçivəsi ilə məhdudlaşmır, daha geniş strateji məzmun qazanır.

Bütün bunların fonunda Ursula fon der Leyenin Prezident İlham Əliyevlə görüşü Azərbaycanın beynəlxalq mövqeyinin daha da möhkəmləndiyini göstərən mühüm siyasi hadisədir. Bu görüş bir daha təsdiq edir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində öz sözünü deyən, milli maraqlarını qətiyyətlə müdafiə edən, eyni zamanda qarşılıqlı faydalı əməkdaşlığa açıq olan güclü dövlətdir. Avropa İttifaqının Azərbaycanla münasibətlərə verdiyi önəm də məhz ölkəmizin artan geosiyasi çəkisi, iqtisadi potensialı və siyasi sabitliyi ilə birbaşa bağlıdır.

Seyidabbas Babayev



Xəbərin oxunma sayı : 277




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap