“Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

Qatar bərpa edilidi - Gürcüstana gedənlərin sayı artdı?

Tarix 03.07.26, 11:51

Font ölçüsü : - / +
bitmap-img6


Bakı–Tbilisi qatarının bərpası Gürcüstana səfərlərə təsir edib – may ayında artım qeydə alınıb

Azərbaycan və Gürcüstan arasında 6 ildən sonra yenidən fəaliyyətə başlayan Bakı–Tbilisi–Bakı sərnişin qatarı Gürcüstana səfər edən Azərbaycan vətəndaşlarının sayına müsbət təsir göstərməyə başlayıb.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin yanvar-may aylarında xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının ümumi sayı ötən ilin eyni dövrü ilə müqayisədə 6,3 faiz azalaraq 756,6 min nəfər olub. Bu müddətdə Gürcüstana səfər edənlərin sayı da 4,4 faiz azalıb və ölkə Azərbaycan vətəndaşlarının ən çox üz tutduğu üçüncü istiqamət olaraq qalıb.

Lakin aylıq göstəricilərdə Gürcüstana səfər edənlərin sayında artım qeydə alındığını görmək mümkündür.

 Belə ki, 2026-cı ilin may ayında Gürcüstana səfər edən Azərbaycan vətəndaşlarının sayı ötən ilin eyni ayı ilə müqayisədə 5,8 faiz artaraq 19,7 min nəfərə yüksəlib. Müqayisə üçün qeyd edək ki, 2025-ci ilin may ayında bu göstərici 18,6 min nəfər idi.

Bu artımın səbəblərindən biri kimi Bakı–Tbilisi–Bakı marşrutu üzrə sərnişin daşımalarının bərpası göstərilir. “Azərbaycan Dəmir Yolları” QSC 26 may 2026-cı il tarixindən etibarən təxminən bu marşrut üzrə fəaliyyətini yenidən bərpa edib.

Xatırladaq ki, qatar reysləri COVID-19 pandemiyası ilə əlaqədar 19 mart 2020-ci ildən dayandırılmışdı. 

Onu da qeyd edək ki, pandemiyadan əvvəl – 2019-cu ildə Azərbaycandan Gürcüstana təxminən 1,6 milyon səfər qeydə alınmışdı.



Xəbərin oxunma sayı : 181




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap