“Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

Azərbaycanda havası ən çirkli və ən təmiz olan rayonlar - Tam siyahı

Tarix 07.07.26, 13:42

Font ölçüsü : - / +
bitmap-img6


Ötən il Azərbaycanda atmosferə 98,4 min tona yaxın çirkləndirici maddə atılıb.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, havaya atılan çirkləndirici maddələrin böyük hissəsi paytaxt Bakıda formalaşır.
Məlumata görə, il ərzində Bakı şəhərində atmosferə 79 min 897,3 ton çirkləndirici maddə atılıb. Bu isə ölkə üzrə ümumi emissiyaların təxminən 81,2%-inə bərabərdir. Başqa sözlə, Azərbaycanda atmosferə buraxılan hər 10 ton çirkləndirici maddənin 8 tonundan çoxu Bakının payına düşür.

Rayonlar üzrə göstəricilərə nəzər saldıqda, ən yüksək emissiya qeydə alınan inzibati ərazilərin əksəriyyətinin də Bakı şəhərinin rayonları olduğu görünür. Ən çox çirkləndirici maddə atılan rayon Nizami rayonu olub. Burada atmosferə 21 min 382,8 ton çirkləndirici maddə atılıb. Sonrakı yerləri Səbail rayonu (15 min 784,9 ton), Pirallahı rayonu (13 min 567 ton), Qaradağ rayonu (9 min 134,4 ton) və Nərimanov rayonu (8 min 900,2 ton) tutur.

Bakıdan kənarda ən yüksək göstəricilər isə Salyan rayonunda (1 min 250,8 ton), Siyəzən rayonunda (775,6 ton), Qazax rayonunda (691,3 ton), İmişli rayonunda (658,8 ton) və Astara rayonunda (591,5 ton) qeydə alınıb.
Ən az çirkləndirici maddə atan rayonlar sırasında isə Füzuli rayonu (0,3 ton), Kəngərli rayonu (0,4 ton), Yardımlı rayonu (0,8 ton), Zərdab rayonu (1,4 ton) və Tərtər rayonu (1,6 ton) yer alır.
Azərbaycanda atmosferə çirkləndirici maddənin atılmadığı yeganə rayon Sədərək rayonu olub.

Onu da bildirək ki, işğaldan azad edilmiş ərazilər – Xankəndi şəhəri, Ağdərə, Xocalı, Şuşa, Cəbrayıl, Kəlbəcər, Qubadlı və Zəngilan üzrə isə statistik məlumatlar təqdim olunmayıb.

Statistikaya əsasən, ölkədə atmosferə atılan çirkləndirici maddələrin böyük hissəsi qaz və maye şəklində emissiyalardan ibarətdir.
Diqqət çəkən məqamlardan biri odur ki, ərazisi və əhalisinin sayına görə Azərbaycanın ən kiçik rayonlarından biri olan Pirallahı atmosferə atılan çirkləndirici maddələrin həcminə görə ölkədə üçüncü yerdə qərarlaşıb. Rayonda il ərzində 13 min 567 ton çirkləndirici maddə atmosferə buraxılıb. Bunun 11 min 733,7 tonu və ya 86,5%-i karbohidrogenlərin payına düşür.

Azərbaycanın şəhər və rayonlarında atmosferə atılan çirkləndirici maddələrin həcmi belə olub:
Bakı şəhəri – 79 897,3 ton
Nizami rayonu – 21 382,8 ton
Səbail rayonu – 15 784,9 ton
Pirallahı rayonu – 13 567,0 ton
Qaradağ rayonu – 9 134,4 ton
Nərimanov rayonu – 8 900,2 ton
Xətai rayonu – 5 746,0 ton
Sumqayıt şəhəri – 3 265,5 ton
Abşeron rayonu – 2 937,5 ton
Mingəçevir şəhəri – 2 329,5 ton
Şirvan şəhəri – 2 135,4 ton
Salyan rayonu – 1 250,8 ton
Xəzər rayonu – 1 214,7 ton
Binəqədi rayonu – 1 188,0 ton
Sabunçu rayonu – 1 037,4 ton
Suraxanı rayonu – 990,3 ton
Siyəzən rayonu – 775,6 ton
Nəsimi rayonu – 695,9 ton
Qazax rayonu – 691,3 ton
İmişli rayonu – 658,8 ton
Naxçıvan şəhəri – 637,5 ton
Astara rayonu – 591,5 ton
Şəki rayonu – 493,9 ton
Xaçmaz rayonu – 338,4 ton
Hacıqabul rayonu – 317,8 ton
Gədəbəy rayonu – 262,5 ton
Yasamal rayonu – 255,7 ton
Quba rayonu – 195,9 ton
Gəncə şəhəri – 187,5 ton
Neftçala rayonu – 127,6 ton
Saatlı rayonu – 108,0 ton
Göyçay rayonu – 97,8 ton
Ağdaş rayonu – 90,0 ton
Şabran rayonu – 89,9 ton
Qusar rayonu – 66,3 ton
Sabirabad rayonu – 58,8 ton
İsmayıllı rayonu – 55,5 ton
Biləsuvar rayonu – 55,3 ton
Masallı rayonu – 45,7 ton
Qəbələ rayonu – 44,1 ton
Göygöl rayonu – 41,4 ton
Qobustan rayonu – 37,5 ton
Balakən rayonu – 35,9 ton
Laçın rayonu – 33,3 ton
Şərur rayonu – 32,3 ton
Ucar rayonu – 31,4 ton
Yevlax rayonu – 30,1 ton
Culfa rayonu – 28,6 ton
Babək rayonu – 25,7 ton
Daşkəsən rayonu – 21,6 ton
Ağdam rayonu – 21,3 ton
Xızı rayonu – 20,5 ton
Lənkəran rayonu – 19,4 ton
Şəmkir rayonu – 18,2 ton
Ordubad rayonu – 18,2 ton
Ağsu rayonu – 18,0 ton
Kürdəmir rayonu – 16,8 ton
Ağcabədi rayonu – 16,4 ton
Goranboy rayonu – 15,7 ton
Naftalan şəhəri – 14,8 ton
Beyləqan rayonu – 11,0 ton
Zaqatala rayonu – 10,6 ton
Samux rayonu – 9,5 ton
Şamaxı rayonu – 6,4 ton
Cəlilabad rayonu – 6,1 ton
Tovuz rayonu – 5,6 ton
Qax rayonu – 5,1 ton
Bərdə rayonu – 4,6 ton
Lerik rayonu – 4,3 ton
Ağstafa rayonu – 3,6 ton
Şahbuz rayonu – 1,9 ton
Oğuz rayonu – 1,8 ton
Xocavənd rayonu – 1,7 ton
Tərtər rayonu – 1,6 ton
Zərdab rayonu – 1,4 ton
Yardımlı rayonu – 0,8 ton
Kəngərli rayonu – 0,4 ton
Füzuli rayonu – 0,3 ton
Sədərək rayonu – 0 ton



Xəbərin oxunma sayı : 199




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap