“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Bakı-Naxçıvan reysləri buna görə ləğv edilirmiş - RƏSMİ

Tarix 10.07.26, 20:16

Font ölçüsü : - / +
bitmap-img6


Naxçıvan Muxtar Respublikası ilə Bakı arasında yeganə nəqliyyat dəhlizi olan hava əlaqəsində son aylarda ciddi fasilələr, reyslərin kütləvi şəkildə təxirə salınması və ləğv olunması halları müşahidə edilir. Statistikaya nəzər saldıqda, bu il ötən illərlə müqayisədə Bakı-Naxçıvan-Bakı marşrutu üzrə uçuşların daha çox ləğv edildiyi görünür.

Reyslərin ləğvetmə halları ilə bağlı "Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin Mətbuat xidmətinə sorğu ünvanlanıb. Qurumdan cavab olaraq bildirilib ki, reyslərin builki intensiv ləğvi birbaşa sərnişin və ekipajın təhlükəsizliyini qorumaq məqsədi daşıyır:

"Naxçıvan Muxtar Respublikasının coğrafi mövqeyi və mürəkkəb dağlıq relyefi səbəbindən bölgədə müşahidə olunan meteoroloji şərait uçuş əməliyyatlarına birbaşa və kəskin təsir göstərir. Xüsusilə güclü külək, küləyin istiqamətinin qəfil dəyişməsi (külək kəsilməsi) və ildırım aktivliyi təyyarələrin eniş və qalxma mərhələlərində əlavə və ciddi risklər yaradır".

Mətbuat xidməti sərnişinlər arasında yaranan bəzi yanlış anlaşılmalara da aydınlıq gətirib:

"Qeyd etmək vacibdir ki, uçuşların hava şəraiti ilə əlaqədar təxirə salınması və ya ləğv edilməsi qərarı yalnız sərnişinin yerdə – hava limanında müşahidə etdiyi vizual görüntüyə əsasən verilmir. Aviasiyada qərarlar marşrut boyunca, həmçinin qalxma və enmə hava limanlarında mövcud olan və proqnozlaşdırılan meteoroloji şərait əsasında qəbul edilir.

Məsələn, yerdən baxdıqda hava təmiz və aydın görünə bilər. Lakin yuxarı qatlarda mövcud olan ildırım aktivliyi, güclü külək, şaquli hava axınları, intensiv yağıntı və ya tufan buludları yer səviyyəsindən aydın seçilmir. Bu faktorlar uçuş təhlükəsizliyinə birbaşa təhdid yaratdığından, ekipaj və əməliyyat xidmətləri beynəlxalq aviasiya təhlükəsizliyi standartlarına uyğun olaraq reysləri ləğv etmək məcburiyyətində qalırlar."

AZAL rəsmiləri bəyan ediblər ki, Azərbaycanın milli aviadaşıyıcısı bütün qərarları sərnişinlərin və ekipaj üzvlərinin həyatını riskə atmamaq şərti ilə, yalnız beynəlxalq mülki aviasiya normalarına əsaslanaraq qəbul edir./Modern.az/



Xəbərin oxunma sayı : 1027




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap