| |
|
Məmurların adından “təcili” pul istəyirlər - DTX araşdırma aparır
Sabiq sədr Almaniyada tikinti biznesinə başlayıb - Şərikli bina tikir + FOTO
Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” - Vəzifəli şəxslər həbs edildi
“Qardaşımla birgə 16 milyon vermişik” - Tale Heydərovun ifadəsi oxundu
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Sovet təhsil elitası və cavabsız qalan suallar:Rektor 6 il sonra universitetə necə daxil olub?
Binəqədi rayonunda neft buruqları ərazisində daha bir qanunsuz tikinti - FOTO/VİDEO
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması - Kompromat savaşı yenidən başlayıb
Azad və müasir Laçın tarixiliklə müasirliyin vəhdətini əks etdirir
Tarix 25.08.26, 6:17 |
|
26 avqust ölkəmizdə tarixi ədalətin bərpasını ehtiva edən əlamətdar günlərdən biri kimi qeyd olunur. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə işğaldan azad edilmiş ərazilər üzrə şəhər günlərinin təsis edilməsi bu bölgələrin dirçəlişini və yeni inkişaf mərhələsinə qədəm qoyduğunu ifadə edir.
26 avqust Laçın şəhəri günü elan edilmişdir. Sözügedən tarix Laçının azad edilməsini, Azərbaycan xalqının sarsılmaz əzmini və milli qürurun təntənəsini bütün dünyaya nümayiş etdirir.
Vətən müharibəsində qazanılan şanlı Qələbənin ən mühüm nəticələrindən biri məhz Laçın rayonunun işğaldan azad edilməsi oldu. Tarixi Zəfərlə 30 illik ədalətsizlik aradan qaldırıldı.
Laçın hərbi-siyasi baxımdan strateji əhəmiyyətə malikdir. Rayonun işğaldan azad edilməsi regional sabitliyin bərpası və təhlükəsizliyin təmin olunması üçün vacib addım oldu. Həmin uğur Azərbaycan Silahlı Qüvvələrinin gücünü, peşəkarlığını və vətənpərvərliyini bir daha göstərdi.
44 günlük Vətən müharibəsində qazanılan Zəfərdən sonra imzalanmış Üçtərəfli Bəyanat əsasında Laçın rayonu 2020-ci il dekabrın 1-də Azərbaycana təhvil verildi. Şanlı ordumuzun qətiyyətli addımları və diplomatik təşəbbüslər nəticəsində 2022-ci il avqustun 26-da Laçın tam olaraq ölkəmizin tam nəzarətinə verildi, bununla həm hərbi, həm siyasi, həm də mənəvi cəhətdən tarixi ədalət bərpa olundu. Ardınca, 2023-cü il aprelin 23-də Laçın rayonunda, Laçın–Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi istifadəyə verildi. Dövlətimiz tərəfindən qurulan bu məntəqə yalnız sərhəd təhlükəsizliyini qorumaqla kifayətlənmədi, həm də regionda kommunikasiya təhlükəsizliyini möhkəmləndirdi. Bu hadisə Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyini daha da gücləndirərək sərhədlərimiz üzərində tam nəzarətin təmin olunmasının bariz nümunəsinə çevrildi.
Hazırda “Böyük Qayıdış” proqramı çərçivəsində laçınlı ailələrin mərhələli şəkildə öz evlərinə qayıdışı həyata keçirilir. Artıq yüzlərlə ailə Laçında məskunlaşıb, təsərrüfat qurur və doğma torpağın həyatını canlandırır. Bu qayıdış yalnız sosial-iqtisadi hadisə deyil, həm də milli qürurun bərpası, itirilmiş dəyərlərin geri qaytarılması deməkdir.
Laçında aparılan quruculuq işləri şəhərin yeni simasını formalaşdırır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən layihələr nəticəsində bu məkan müasir şəhər infrastrukturuna sahib olur. Qısa zaman kəsiyində görülən genişmiqyaslı işlər dövlətimizin qüdrətini, xalqımızın iradəsini və gələcəyə olan böyük inamını göstərir. Laçın Beynəlxalq Hava Limanının istifadəyə verilməsi isə bölgənin inkişafına yeni təkan verdi. Azərbaycanın dəniz səviyyəsindən ən yüksəkdə yerləşən bu hava limanı strateji əhəmiyyət daşıyır, həmçinin turizm və iqtisadiyyat baxımından Laçını beynəlxalq miqyasda tanıdır.
Laçının dirçəlişi ancaq infrastruktur və sosial layihələrlə məhdudlaşmır, bu şəhər artıq beynəlxalq mədəniyyət mərkəzinə çevrilməkdədir. MDB Humanitar Əməkdaşlıq Şurasının qərarı ilə Laçın 2025-ci ildə “MDB-nin mədəniyyət paytaxtı” elan edilmişdir. İyunun 3-də Laçın şəhərində keçirilmiş “MDB-nin mədəniyyət paytaxtı – 2025” ilinin rəsmi açılış mərasimi gözəl diyarın təkcə Azərbaycan üçün deyil, həm də regionun mədəni həyatında mühüm rol oynayacağını təsdiqləyir. Bu status Laçının mədəni diplomatiya və beynəlxalq əməkdaşlıq baxımından ön plana çıxmasına imkan verir.
26 avqust – Laçın şəhəri günü Azərbaycan xalqının gələcəyə olan inamının bariz nümunəsidir. Həmin gün 30 illik işğalın sonu, yenidənqurmanın başlanğıcıdır. Laçın hazırda müasirliklə tarixin qovuşduğu bir məkan kimi Azərbaycanın inkişaf və tərəqqi yolunda daha bir möhtəşəm uğurunun göstəricisinə çevrilir.
Vüsal Hüseynov
Xəbərin oxunma sayı : 193
Sosial
Xəbərlər
-
Bu il tələbə adını qazananların sayı daha çoxdur - Məleykə Abbaszadə
-
İşsiz və işaxtaranların nəzərinə – Sentyabrın 10-dək...
-
Ağdamdakı qətllə bağlı İDDİA: Pəncərədən daxil olaraq qayınatasını öldürüb
-
Faizlə borc verən şəxslər bilməlidir ki... - Ali Məhkəmədən sələmçilərə çağırış
-
Pivə Azərbaycana ən çox İran və Türkiyədən gətirilir - Tam siyahı
-
Azərbaycan şou-biznesinin evlənməyən məşhurları - SİYAHI
-
Köçəryan və oğlu saxlanıldı - Evlərində axtarış aparılır
-
Müctəba Xameneinin yeni görüntüləri yayımlandı - FOTO
-
Elşad Xose hər şeyi “sildi“ - FOTO
-
Bu ərazidə qaz olmayacaq - Xəbərdarlıq
-
“ABŞ İrana zərbələrdən imtina etmir“ - Heqset
-
Şəhid anası da tələbə adını qazandı - FOTO
-
Haitidə silahlı hücum - 47 ölü, 22 yaralı
-
Azərbaycanda sosial təyinatlar avtomatlaşdırılır: Son statistika
-
Laçının regionda inkişaf perspektivləri
-
Dövlət səfəri Azərbaycan-Özbəkistan münasibətlərinin yüksəlişini tarixiləşdirdi
-
Azad və müasir Laçın tarixiliklə müasirliyin vəhdətini əks etdirir
-
Azərbaycan-Özbəkistan müttəfiqliyi türk birliyini gücləndirən əsas amillərdəndir
-
Tarixə çevrilən qardaşlıq nümunəsi
-
Külli miqdarda oğurluq edib Rusiyaya qaçmışdı - Bakıya gətirilir
-
Banka borcunu ödəyə bilməyənlərə güzəşt ediləcək? - ŞƏRTLƏR
-
Azərbaycanda da satılan bu məhsulda ölümcül bakteriya aşkarlandı - FOTO
-
Nazirin qaynı Nihad Hənifəyevin 7,4 milyonluq tenderi - Nazirliyin məlum susqunluğu
-
Qəbul olunanlar bu tarixdə qeydiyyatdan keçəcək - Tarix açıqlandı
-
Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb - FOTOLAR
-
Yararsız bina, köçürülən şöbələr: 3 nömrəli Uşaq Dəri-Zöhrəvi Dispanseri bağlanır?
-
Azad Laçın sevincli günlərini yaşayır
-
Çindən ölkəmizə gətirilən bu məhsullarda problemlər aşkarlanıb - Fotolar
-
Etibar Pirverdiyev “Expressbank”dan nə qədər qazanır? - TƏFƏRRÜAT
-
Laçın tarix və mədəniyyətin beşiyidir
-
“Məni Putinə qarşı danışdırmaq istəyirdilər” - ŞOK İDDİA
-
Universitetlərə qəbulun nəticələri AÇIQLANDI
-
Türkiyə və İsrail ordusu - Hansı daha güclüdür?
-
Aynur Dadaşova kiminlə sevgilidir? - “Yaxşı ki varsan“
-
Ortaq dəyərlər üzərində yüksələn müttəfiqlik
-
Bakı metrosunda interval azalacaq? - RƏSMİ
-
Vilayət Eyvazov Sumqayıtda qəbul keçirəcək - Bu tarixdə
-
Prezidentlər xanımları ilə Buxaranı gəzdilər - VİDEO
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Xarici dil müəllimliyi üzrə plan yerləri azalır - Səbəb nədir?/VİDEO
-
Altı ay ərzində Türkiyədən 24 min qram sikkə gətirilib - Qramı 189 manatdan
-
“Südü 15 qəpiyə satmaqdansa yerə tökürəm” - Fermerdən etiraz (VİDEO)
-
Ermənistan KTMT-yə üzvlüyə ehtiyac duymursa, təşkilatı tərk etməkdə azaddır - Peskov
-
Xarici pasport alan azərbaycanlılar hərbi xidmətə çağırıla bilər - RƏSMİ
-
Şuşa sakinləri evlərini kirayə verirlər - Bir günü 150 manata
-
Azərbaycanda 6 ayda 52 mindən çox yeni iş yeri açılıb - İqtisadi rayonlar üzrə
-
Taksi sürücüləri üçün imtahana qeydiyyat başlanır - Bu tarixdən
-
Ərinin qətlini intihar kimi göstərmək istədi - Sabunçudakı dəhşətli cinayətin üstü açıldı
-
Saxta ödəniş səhifələri yaradılıb - Ehtiyatlı olun!
-
“Ermənistanı KTMT-dən çıxarsalar, məmnun olaram” - Paşinyan
-
Avtomobil ehtiyat hissələrinin idxalı azalıb - VİDEO
-
Bakıda 36, rayonlarda 40 dərəcəyədək isti gözlənilir - Sabahın havası
-
İrandan ölkəyə külli miqdarda narkotik keçirilməsinin qarşısı alınıb - FOTO
-
Azərbaycanın ən böyük ixrac şirkətlərindən birinin 8 milyon borcu var - “Stop“ qoyuldu
-
“Qarabağdan Buxaraya uzanan bir elm yolu...“ - Hikmət Hacıyev + FOTO
-
Nura toylardakı “qapalı çevrə”ni ifşa etdi: “Hər kəs öz faizini alır”
-
Prezident və birinci xanım Daşkənddən Buxaraya gedib - VİDEO
-
Ağdaşda qadınla 17 yaşlı oğlu bıçaqlandı - Şübhəli əridir
-
Kərə yağı azaldı, palma yağı idxalında rekord artım: Səbəb nədir?
-
Şəkidə yüzlərlə ailənin yaşadığı ərazidə qaz yoxdur - VİDEO
-
“Dost Ukrayna xalqına humanitar dəstəyimiz davam edəcək” - Əliyevdən Zelenskiyə məktub
-
Paytaxt sakini əvvəlcə evini balta ilə dağıtdı, sonra yandırdı - Video
-
Məktəbdə belə davranan şagirdlər polisə verilə bilər - QAYDA
-
Azərbaycanla Özbəkistanın bu şəhərləri də qardaşlaşır - SİYAHI
-
İran Hörmüzdə gəmilərdən xidmət haqqı alacaq - Parlament təsdiqlədi
-
Bu şəxslərin pensiyası ilə bağlı yenilik ola bilər - VİDEO
-
Azərbaycanda kriptovalyuta dövlət nəfinə müsadirə edilib - İlk dəfə
-
Tramp sentyabrda İrlandiyaya gedəcək - Qolf yarışına
-
Sumqayıtda yataqxana sakinləri ətrafdakı tikinti işlərindən narazıdır - VİDEO
-
Xarici dil müəllimliyi üzrə plan yerləri azalır - Səbəb nədir?
-
Azərbaycan və Özbəkistan çoxtərəfli müstəvidə də əməkdaşlığı uğurla inkişaf etdirirlər
-
Özbəkistan Azərbaycanın Qarabağla bağlı haqlı mövqeyini daim dəstəkləyib
-
Yeni regional əməkdaşlıq modeli qurulmaqdadır
-
Azərbaycan–Özbəkistan müttəfiqliyi Türk dünyasının gücünü artırır
-
Xaricə milyonlar çıxaran dəstə üzvüləri ilə bağlı ilginc məlumatlar üzə çıxır - Ölkəyə gizli dərman gətirirlər?
-
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub - FOTOLAR
-
Hikmət Hacıyev Özbəkistana dövlət səfərindən paylaşım edib - FOTO
-
Tramp İranla bağlı qərarları verərkən birjada əməliyyatlar aparıb - Milyonlar qazanıb
-
Prezident İlham Əliyev Daşkənddə belə qarşılandı - VİDEO
-
İlham Əliyev Daşkənddə Müstəqillik abidəsini ziyarət etdi - Fotolar
-
40 dərəcə isti gözlənilir - Sabahın hava proqnozu
-
Prezident xanımı ilə Özbəkistandadır - FOTOLAR/VİDEO
-
Kamçatkada köməksiz qalan Azərbaycan vətəndaşı təxliyə edildi - Video
-
Bu qarpızlar mədə və bağırsaq üçün təhlükəlidir - Həkimlərdən xəbərdarlıq
-
Suriya səmasında gərginlik: İsrail və Türkiyə arasında məxfi rabitə kanalları işə düşdü
-
Vergi uçotu ilə bağlı 10 min dollarlıq limit qüvvəyə mindi - Şərtlər nədir?
-
Tramp İran tərəfinin qəzəbinə səbəb olacaq görüntünü təkrar paylaşdı - FOTO
-
Sahibkarlara vaxt verildi: Məhsulların etiketləri yeni tələblərə uyğunlaşdırılacaq
-
Azərbaycan tarixinin ən böyük imperiyası - Xəritə
-
Trampın xarici siyasətində uğurlu nəticə yoxdur - Respublikaçıların seçki qorxusu artır
-
Sevda Sanəliyeva plastik əməliyyatdan sonrakı halını nümayiş etdirdi - VİDEO
-
Bakıya 20 ildə 200 milyard dollardan çox sərmayə qoyulub - Eldar Əzizov açıqladı
-
ABŞ Kanada ilə ticarət müharibəsi aparır - Kanadanın Baş naziri
-
Azərbaycanlı dağçı Kamçatkada kömək istəyir: Ərzağımız bir günə çatacaq
-
Taxıl, ət, qarğıdalı bahalaşır - Dünya ərzaq böhranına gedir
-
Gəncədə iki pensiyaçı domino üstündə dalaşdı, biri öldü - TƏFƏRRÜAT
-
Azərbaycandan keçməklə Ermənistana növbəti yük göndərildi - Fotolar
-
Emin Əmrullayevlə Elnur Əliyevin yolları ayrılır? - Təhsil sistemində yeni gərginlik
-
“Nigarın iflic olmasından sonra atam da dünyasını dəyişdi“ - Ailəsi onları ittiham edir
-
Bakıda 27 yaşlı oğlan öldürüldü - Qardaşı saxlanıldı
-
Azərbaycan Özbəkistandan 508 milyon dollarlıq qızıl aldı - Qarşılığında nə satdıq?
-
Sahibkarlara şad xəbər: yeni güzəştlər sentyabrın 1-dən başlayır
-
Bütün Hörmüz regionuna ABŞ nəzarət edir - Tramp
-
Nizami rayonunda yaşıllıq ərazisi məhv edildi - Ağacları kim və hansı əsasla kəsir?
-
Tələsik imzalanan kredit müqaviləsinin yaratdığı risk - Açıqlama
-
Özgür Özəldən Netanyahuya: “Ərdoğanla qarşıdurmadan özünə güc toplama!”
-
Zelenskinin doğulduğu şəhər vuruldu - Ölənlərin sayı 16-ya çatdı
-
“Tesla” 3 milyon avtomobilini geri çağırır - Bu sahədə rekorddur...
-
Bakıda rinoplastika əməliyyatından sonra iflic olan 34 yaşlı qadın öldü - FOTO
-
Zaqatalada ağır qəza - Sürücü sükan arxasında yanaraq ölüb
-
Aİ-də yanacaq qiymətləri kəskin artdı: 27 ölkədən 25-də bahalaşma
-
İnstaqramda bu gün nələr paylaşıldı? - FOTOLAR
-
Salah “Trabzonspor”u niyə seçdi? - Sensasion transferin pərdəarxası
-
Magistr olmaq istəyənlərə yeni fürsət - DİM açıqladı
-
Xəstəxanada izdiham: “Dörd gündür həkim qəbuluna düşə bilmirəm“ - VİDEO
-
“Trampın kursunu dəstəkləyin, silah alın” - Ağ Ev Avropanı küncə sıxışdırır
-
Bakıda tələbələr üçün kirayə evlər: Ən ucuz və ən bahalı ərazilər
-
Vətəndaşlar Milli Oftalmologiya Mərkəzində aylarla növbə gözləyir- VİDEO
-
Türkiyədə mədəndə uçqun olub - Ölən və xəsarət alanlar var
-
Bakıda ən bahalı mənzil 10 milyon, ən ucuz mənzil 30 min manatdır - Fotolar
TOP 10
ARXİV






