| |
|
Məmurların adından “təcili” pul istəyirlər - DTX araşdırma aparır
Sabiq sədr Almaniyada tikinti biznesinə başlayıb - Şərikli bina tikir + FOTO
Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” - Vəzifəli şəxslər həbs edildi
“Qardaşımla birgə 16 milyon vermişik” - Tale Heydərovun ifadəsi oxundu
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Sovet təhsil elitası və cavabsız qalan suallar:Rektor 6 il sonra universitetə necə daxil olub?
Binəqədi rayonunda neft buruqları ərazisində daha bir qanunsuz tikinti - FOTO/VİDEO
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması - Kompromat savaşı yenidən başlayıb
Bakıda tələbələr üçün kirayə evlər: Ən ucuz və ən bahalı ərazilər
Tarix 21.08.26, 22:17 |
|
Ali məktəblərə qəbul olan, xüsusilə bölgələrdən Bakıya gələcək tələbələri düşündürən əsas məsələlərdən biri yaşayış yeri ilə bağlıdır.
Yataqxanalarda yerlərin məhdud olması onları kirayə mənzil axtarmağa vadar edir. Avqustun sonu və sentyabrda tələbatın artması fonunda isə münasib qiymətə ev tapmaq daha da çətinləşir.
Bu baxımdan, bölgələrdən Bakıya gələn tələbələr üçün münasib qiymətə kirayə mənzil tapmaq üçün hansı ərazilər daha əlverişlidir və məhdud büdcə ilə ev axtaran tələbələr nələri nəzərə almalıdır?
Azedu.az-a mövzu ilə bağlı açıqlama verən Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc bildirib ki, hər bir ölkənin inkişafında və tarixində onun təhsil səviyyəsi mühüm rol oynayır.
"Elm və təhsil hətta təhlükəsizlik və müdafiə məqsədlərindən də önəmlidir. Millətin inkişafı, gələcəyi məhz onun elm səviyyəsindən, eyni zamanda, gənclərinin təhsilindən ciddi şəkildə asılıdır.
Bu baxımdan düşünürəm ki, hər il 50 mindən çox abituriyentin tələbə adını qazandığı halda, onları ən çox düşündürən məsələlərdən biri Bakıda harada qalacaqları, yəni yaşayış yerlərini necə təmin edəcəkləridir.
Bu problem ildən-ilə daha da mürəkkəbləşir. Əvvəllər manatın alıcılıq qabiliyyətinin daha yüksək olması, kirayə qiymətlərinin nisbətən münasib qalması və bir çox yataqxananın fəaliyyət göstərməsi yeni tədris ili ərəfəsində kirayə bazarına təzyiqi bu qədər artırmırdı.
Amma son dövrlərdə bildiyimiz kimi, daşınmaz əmlak bazarında investisiya cəlbediciliyinin artması qiymətlərin yüksəlməsinə səbəb olur. Belə olan halda, təbii ki, valideynlər, xüsusilə də tələbələr Bakıda kirayə mənzil axtararkən ciddi problemlərlə üzləşirlər.
Halbuki onların ilk növbədə düşündükləri məsələ universitetə qəbul olmaqdırsa, ikinci məsələ harada yaşayış yeri tapa biləcəkləridir. Əvvəllər yataqxanalar mövcud olduğu halda, indi onların böyük əksəriyyəti bağlı olduğundan və ya təyinatı dəyişdirildiyindən tələbələr daşınmaz əmlak bazarının kirayə seqmentinə müraciət etməyə məcbur olurlar. Bu da həmin ərazilərdə kirayə qiymətlərinin artmasına səbəb olur.
Hər il təqribən 10-15 faiz kirayə mənzillərin qiymətlərində artım hiss edirik. 2026-cı ildə kirayədən əldə olunan gəlirdən ödənilən vergi faizinin 14 faizdən 10 faizə endirilməsi əslində indiyə qədər əməl olunmayan rəsmi müqavilə şəraitində kirayələrin verilməsinə doğru bir addımdır. Artıq vətəndaşların bir hissəsi öz kirayə münasibətlərini rəsmi səviyyədə qurmağa başlayıb.10 faizlik vergi məbləğinin də həmin kirayənin üzərinə gəlməsi qiymətlərin artmasına səbəb olub.
Bu proses indi də davam edir. Avqustun ortalarından sentyabrın ortalarına qədər olan dövr pik artım dövrü kimi qeyd olunur. Bu müddətdə bazara çoxlu müraciətlər olur və bu da qiymətlərin yüksəlməsinə səbəb olur.
Adətən mənzillər metroya yaxın ərazilərdə axtarılır. Bildiyimiz kimi, metro yaxınlığının nəqliyyat əlçatanlığı baxımından daha çox müraciət görməsi həmin evlərin qiymətlərinin də yüksək olmasına səbəb olur. Təqribən metro yaxınlığındakı evlər 600, 650, 800, hətta bəzən 900 manat civarında təklif edilir.
Bu mənzillər əvvəllər bir tələbə üçün uyğun idisə, indi bir neçə tələbə birlikdə kirayə mənzil axtarmağa başlayır. Bu isə bir çox hallarda mənzil sahiblərinin narazılığı ilə qarşılaşır. Çünki bir evdə çox sayda sakinin qalması onun daha tez aşınmasına, mühəndis-kommunikasiya sistemlərinin sıradan çıxmasına və qonşuların narazılığına səbəb olur. Amma bununla belə, artıq başqa yol olmadığından əsas məqsəd daha ucuz ev tapmaq və bir neçə tələbə ilə birlikdə ortaq kirayə götürməkdir.
Metroya yaxınlığı əsas meyar kimi kənara qoysaq, nisbətən ucuz ərazilər sırasında Binəqədi rayonu ərazisini, Azadlıq prospektini, 9-cu mikrorayonu, Nəsimi metrosu ətrafını, Yeni Yasamalı, 20 Yanvar və İnşaatçılar metroları ətrafını, həmçinin Neftçilər, Xalqlar Dostluğu və Qara Qarayev metroları ətrafını göstərə bilərik.
Buradakı qiymətlər metroya yaxın ərazilərdəki kirayə mənzillərlə müqayisədə təqribən 20-25 faiz daha ucuzdur. Bu da tələbələrin kirayə haqqına qənaət etməsinə imkan yarada bilər. Eyni zamanda, həmin ərazilərdə mənzili bir neçə nəfərin birlikdə tutmasına ciddi etirazlar olmadığından, bu yerlər tələbələr üçün daha uyğundur.
Təbii ki, qiymət baxımından şəhərin kənarında, Xırdalanda, Yeni Günəşlidə, Alatava və digər ərazilərdə də ucuz mənzillər tapmaq olar. Amma nəqliyyat əlçatanlığı və tıxaclar həmin ərazilərdə təhsil müəssisələrinə gediş-gəlişi çətinləşdirdiyindən, bu variantlar o qədər də məqsədəuyğun sayılmır".
Bir və ikiotaqlı mənzillərin təxmini qiymətləri belədir:
"Bir və ikiotaqlı mənzillərin təxmini qiymətləri 400-450, 500 manat civarındadır. Həmin mənzillərin əşyalı olması, nəqliyyat əlçatanlığı baxımından metroya yaxın yerləşməsi, avtobus dayanacağına və avtobus marşrutuna uyğunluğu, eyni zamanda, mənzilin təmir vəziyyəti qiymətlərə təsir edir.
Həmin ərazilərdə 400-450 manata daha ucuz mənzillər də tapmaq olar. Lakin bu mənzillər əlverişlilik, əlçatanlıq, daxili təmir vəziyyəti, əşya durumu və yaşayış üçün lazım olan vasitələrin kifayət qədər olması baxımından daha baha təklif olunan mənzillərdən geri qalırlar".
Şəhər mərkəzində mənzil qiymətləri:
"Şəhər mərkəzinə və universitetlərə yaxın ərazilərdə mənzillərin qiymətinin bu il 700-800 manat arasında olacağını gözləyirik. Mərkəzə yaxın ərazilərdə birotaqlı mənzillər 600-650, bəzi hallarda 700 manat, ikiotaqlı mənzillər isə 800-850 manat civarında olur.
Əsasən 28 May, Nizami, Sahil və İçərişəhər metrolarının ətrafını qeyd edə bilərik. Burada qiymətlər birotaqlı mənzillər üçün 700-900 manat, ikiotaqlı mənzillər üçün isə 900-1200 manat arasında dəyişir. Bəzi hallarda qiymət 1300 manata qədər yüksəlir.
Elmlər Akademiyası və İnşaatçılar metrosu ərazilərində isə qiymətlər nisbətən fərqlidir. Nizami metrosu və Yasamalın mərkəzi ərazilərində birotaqlı mənzillərin qiymətləri təqribən 550-650 manat arasında dəyişir. İnşaatçılar metrosu ərazisi isə nisbətən ucuzdur. Burada birotaqlı mənzillər 500-550 manat, bəzi hallarda təmir səviyyəsi aşağı olan mənzillər 450 manata da təklif olunur. İkiotaqlı mənzillərin qiyməti isə İnşaatçılar metrosu ərazisində 600-650, bəzi hallarda 700 manata qədər yüksəlir.
Qeyd olunan qiymətlər dəyişkəndir. Nəqliyyat əlçatanlığı, mənzilin daxili təmir vəziyyəti, avadanlıq və texnika, eləcə də gündəlik yaşayış üçün lazım olan şərtlərin təmin edilməsi qiymətlərə təsir göstərir".
Tələbələr kiraya ev axtararkən bunlara diqqət etməlidir:
"Birinci tövsiyəm odur ki, sırf metroya yaxın yerlərin seçilməsindənsə, metroya piyada məsafədə olan, nəqliyyat əlverişliliyi və piyada gediş imkanları yaxşı ərazilərə üstünlük versinlər.
Eyni zamanda, təhsil müəssisəsinin yaxınlığına görə ərazi seçməkdənsə, təhsil müəssisəsinə gedilən yolda tıxacların az olduğu və nəqliyyat vasitələrinin dəyişdirilməsinin minimuma endirildiyi variantlara üstünlük versinlər.
Elə yerlərdə qalsınlar ki, yalnız metrodan və ya yalnız avtobusdan istifadə edə bilsinlər. Məsafəni ölçəndə isə günün sonunda və ya başlanğıcında olan vəziyyətə uyğun müəyyənləşdirmə aparsınlar. Gecə yarısı nəqliyyat əlçatanlığı daha münasib olduğuna görə hesablamalarını məhz tıxacın olma ehtimalının yüksək olduğu dövrə uyğun aparsınlar.
Bu, o demək deyil ki, universitetin mütləq yaxınlığında mənzil tapılmalıdır. Əsas nəqliyyat əlçatanlığının təmin olunmasıdır.
İndiki vəziyyətdə bir ailənin maddi imkanları çatmır ki, minimum əməkhaqqı və orta əməkhaqqı prinsipinə əsaslansaq, bir tələbənin Bakıda təhsil alması üçün ən azı valideynin təqribən 1500 manat pulu olsun.
Bu isə hər bir valideynə nəsib olan imkan deyil. Ailədə hər iki valideyn işləsə belə, ailənin saxlanması, kommunal və digər xərclər nəzərə alınmaqla, rayondan Bakıya gələn tələbə övladının təmin olunması üçün təqribən 1500 manat məbləğində vəsait ayrılması reallığa yaxın deyil.
Tələbələr məcburdurlar ki, bir evi bir nəfərlə yox, bir neçə nəfərlə bölüşsünlər. Eyni zamanda, qənaətlə istehlak büdcəsindən ortaq istifadə etsinlər. Yəni bir nəfərin gündəlik yemək səbəti bir neçə nəfər arasında paylaşılmalıdır. Təkbaşına restoran yeməklərindən istifadə etməkdənsə, ümumi büdcədən yararlanmaq daha məqsədəuyğundur.
Vahid büdcənin formalaşdırılması və xərclərin birlikdə bölüşdürülməsi məqsədəuyğundur. Mənzil ümumi paylaşılırsa, kommunal və digər xərclər də birlikdə ödənilməlidir ki, bu, bir nəfərin büdcəsinə xüsusi ağırlıq gətirməsin.
Bunlardan əlavə, yataqxanaların tikilməsi də mümkün olduğu halda həyata keçirilməlidir. Azərbaycanda bəzi universitetlərin özəl yataqxanaları mövcuddur.
Bunlardan da önəmli tövsiyəm tələbələrə və tələbə adını qazanan abituriyentlərə deyil, Azərbaycanın müvafiq qurumlarınadır. Həm valideynləri, həm də tələbələri bu çıxılmaz çətin durumdan xilas etmək üçün yataqxanaların inşasına start vermək lazımdır. Özəl sektora təklif və proqramlar tətbiq etmək lazımdır ki, özəl sektor özəl yataqxanalar inşa etsin. Qonşu və qardaş Türkiyədə olduğu kimi.
İkinci variant isə budur ki, əgər bu mümkün deyilsə, təhsil müəssisələri şəhərin kənarına köçürülsün və orada kampuslar təşkil olunsun. Beləliklə, təhsil alan gənc vətəndaşlarımız həm həmin ərazidə təhsil ala, həm yaşaya, həm əyləncə və idman tələbatlarını ödəyə, həm asudə vaxtlarını səmərəli keçirə, həm də universitetdə dərslərə hazır olmaq üçün kitabxana və digər zəruri infrastruktura malik ola bilərlər.
Beləliklə, problem kökündən həll oluna bilər".
Xəbərin oxunma sayı : 190
Sosial
Xəbərlər
-
İnstaqramda bu gün nələr paylaşıldı? - FOTOLAR
-
Salah “Trabzonspor”u niyə seçdi? - Sensasion transferin pərdəarxası
-
Magistr olmaq istəyənlərə yeni fürsət - DİM açıqladı
-
Xəstəxanada izdiham: “Dörd gündür həkim qəbuluna düşə bilmirəm“ - VİDEO
-
“Trampın kursunu dəstəkləyin, silah alın” - Ağ Ev Avropanı küncə sıxışdırır
-
Bakıda tələbələr üçün kirayə evlər: Ən ucuz və ən bahalı ərazilər
-
Vətəndaşlar Milli Oftalmologiya Mərkəzində aylarla növbə gözləyir- VİDEO
-
Türkiyədə mədəndə uçqun olub - Ölən və xəsarət alanlar var
-
Bakıda ən bahalı mənzil 10 milyon, ən ucuz mənzil 30 min manatdır - Fotolar
-
Səbaildə ara məsafəsi saxlanılmadan bina tikilir - VİDEO
-
İsrail Qəzzada kütləvi qətlləri davam etdirir - Albanese
-
Bu il xaricdən 48 nəfər tutularaq Azərbaycana gətirilib - Rəsmi
-
Paytaxtın 2 rayonunda yol bağlanır - XƏBƏRDARLIQ
-
MİQ-in müsahibə mərhələsi başlayır - Bu tarixdə
-
Şimali Koreya Rusiyaya daha 8500 hərbçi göndərdi - CNN
-
Bakıda üç poliklinika birləşdirilir - TƏBİB-dən rəsmi açıqlama
-
Xocavənddə mina partlayışı - Üç qurum birgə məlumat yaydı
-
Milyarderlər üçün bunker - “Ağıla gələn bütün təhlükələrdən qorunacaqlar”
-
Bakıda 4 milyon manatlıq qızıl qaçaqmalçılığı: Dəstə necə ifşa olunub? (VİDEO)
-
Valideynləri satış məntəqələrinə yönləndirmək olmaz - Rəsmi xəbərdarlıq
-
Netanyahu haqqında “Qırmızı bildiriş“ prosesi başladı: Türkiyə Ədliyyə Nazirliyindən şok bəyanat
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
-
Venesuelada Maduronun izləri silinir: Taleyin ümidinə buraxılıb
-
Azərbaycan təbii qazı hansı ölkələrə və neçəyə satıb? – Siyahı
-
Növbəti 4 gündə dəhşətli istilər olacaq - XƏBƏRDARLIQ
-
“İran nüvə silahına sahib olsaydı, Yaxın Şərqi məhv edərdi” - Tramp
-
Bakıda kuryerlər arasında mübahisənin sonu qanla bitdi - VİDEO
-
“Azərbaycan ilə Özbəkistanın iqtisadi imkanları geniş üfüqlər açır“ - İlham Əliyev
-
“Yeni yoluxma halı müəyyən edilməyib“ - Nazirlikdən qarayara açıqlaması
-
Bu əməkdaşlıq strateji tərəfdaşlığın nümunəsidir -İlham Əliyev
-
Saxta BOKT səhifələri yaradıb vətəndaşların pulunu talayan şəxs tutuldu – Video
-
Telefonunu müştəriyə verdi, bir neçə saat sonra şoka düşdü - VİDEO
-
Binaların arasında külək niyə daha güclü hiss olunur? - Səbəbi budur
-
“Süleymancılar“ın liderinin qardaşı da saxlanıldı - 200 kiloqram qızılı aşkarlanmışdı
-
Tünzalə Ağayeva yenə Röyanı təkrarladı - VİDEO
-
Daşkəsəndə sel suları kəndin yolunu bağladı - Fotolar
-
Hansı ölkələr ehtiyatlarını daha çox qızılda saxlayır? - Siyahı
-
Azərbaycanda ən çox işsizlikdən sığorta ödənişi harada verilir? - SİYAHI
-
Mais Nəsirov departament rəhbəri təyin edilib - Agentlikdə növbəti dəyişiklik
-
Bu şəxslərin pensiyası yenidən artırılacaq-Səbəb?
-
Avropanın ən bahalı və ən ucuz aviaşirkətləri açıqlanıb - Siyahı
-
İrana qarşı əlimizdəki ən yaxşı vasitə iqtisadi təzyiqdir - Vens
-
Gürcüstanda mənfəətini ən çox artıran bank “Paşa Bank” olub - Tam siyahı
-
Magistr olmaq istəyənlərə yeni fürsət - DİM açıqladı
-
Yeni Klinikanın direktor müavini ABŞ-yə köçür - “Green Card” udubmuş
-
Bakıda qazi dostu ilə birgə qədim samovarı oğurladı - Bu cəzanı aldılar
-
Maşında bunu saxlayırsınızsa, dərhal çıxarın! - XƏBƏRDARLIQ
-
Azərbaycanda turizmdən ən çox qazanan şəhərlər - SİYAHI
-
Dünyanın ən yaxşı hücumçuları açıqlandı - SİYAHI
-
Məktəbli forması ilə bağlı səs yazısı yayıldı: Təhsil İdarəsi açıqlama verdi
-
Aldadıb adına 3 şirkət açdılar, yarım milyon borcu yarandı - VİDEO
-
Böyük Qayıdış davam edir - Onlar da doğma yurdlarına yola düşdü (FOTO)
-
Kazım Abbasovun “xüsusi xidmət idarəsi“ şousu... - İttiham aktı ÜZƏ ÇIXDI
-
Ay qırmızı rəngə bürünəcək: Tarix və saat açiqlandi
-
Qarabağ“ Niderlandda “Tvente“ni məğlub etdi - VİDEO
-
İşçilərin xəbəri olmadan edilən bu əməl qanunsuz sayılır - Açıqlama
-
Azərbaycanda bu şəxslərin pensiyası yenidən artırılacaq - Açıqlama
-
“Pakistan Suriyanın mövqeyini dəstəkləməkdə davam edəcək“ - Şərif
-
Deputatın adıyla hallanan şirkət daha bir tenderə sahibləndi - 50 milyon manatlıq
-
Mərkəzi Bank 4 sığorta vasitəçisinin lisenziyasını ləğv etdi - SƏBƏB?
-
“İrana kömək edən ölkələr iqtisadi nəticələrlə üzləşəcəklər” - Tramp
-
Azərbaycan vətəndaşı zorla müharibəyə göndərilir? - MÜRACİƏT
-
Nazir müşavirini vəzifəsindən azad etdi - Əmr imzalayıb
-
Yüksək faiz, qanunsuz girov: “S Lombard”ı kim himayə edir?
-
Putinin səfəri Yaponiyanı qarışdırdı - Cavab tədbiri görəcəklər
-
Böyük əməliyyat: Məmməd Musayev həbs edilir? – Şok FAKTLAR
-
Trampın görüş təklifinə raketlə cavab verdi - Yapon dənzini atəşə tutdu
-
Xanımına iş düzəltdi, özünə baha başa gəldi – keçmiş baş nazir cəzalandırıldı
-
AFFA O futbolçuya ağır cəza veddi - Özünə xəsarət yetirmişdi
-
“Sayğac yoxdur, amma borc gəlir...“ - Bərdədə qəribə hadisə + VİDEO
-
Bakının mərkəzindəki yolda təmir işləri niyə dayandırılıb? - AÇIQLAMA
-
Azərbaycanda dəmiryol bileti paketləri tətbiq ediləcək - Turistlər üçün
-
Hasil Abbasov şöbə müdirini işdən çıxardı - Yeni təyinat
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Turizmin inkişafı ilə bağlı yeni Dövlət Proqramı təsdiqləndi - Sərəncam
-
Masazırda qaranlıq küçələr və sahibsiz itlər sakinləri narahat edir - VİDEO
-
Prezident yeni Agentliyin Əsasnaməsini təsdiqlədi - FƏRMAN
-
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək - SƏRƏNCAM
-
2 nəfər öldü, 5 nəfər yaralandı - İsmayıllıda ağır qəza
-
Azyaşlının ayağı avtobusun qapısında qaldı - Sürücü cəzalandırılacaq + FOTO
-
Bakıda uşaq xəstəxanasında antisanitar şərait - FOTOLAR
-
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsində yeni təyinat - FOTO
-
Azərbaycanda mina qurbanlarının sayı açıqlanıb - STATİSTİKA
-
İşçilərin 456 min manatlıq ödənişi gecikdirilib - Nazirlik müdaxilə etdi
-
Sabiq rəis məhkəmə zalından azadlığa buraxıldı - 15 min cərimə edilib
-
Bu sənədinizi itirsəniz 200 manat cərimə olunacaqsınız - Xidmət məlumat yaydı
-
“Azəraqrar”da qalmqal - “Nazirin komandiri” yeni direktora qarşı...
-
Ticarət mərkəzləri və restoranlar bağlanır - Ölkədə yeni mərhələ
-
Bakıda külək əsəcək, rayonlarda yağış yağacaq - 36 dərəcə isti olacaq
-
AQTA 570 əməkdaşın geyimi üçün 336 min manat xərcləyəcək - DETALLAR
-
Viza və iş vədi ilə 73 min manatdan çox pul aldı - Pərvin Quliyevaya hökm oxundu
-
NASA-nın 30 milyon dollarlıq planı çökdü - kosmik teleskop Yerə düşür
-
Banklar məlumatlarımızı niyə toplayır? - Hər kəsin bilməli olduğu məqamlar
-
Azərbaycanın “ən bahalı” və “ən ucuz” futbolçuları kimlərdir? - Siyahı
-
Xəzər sahili, meşələr, otlaqlar... - Hansı torpaqlar dövlət mülkiyyətindədir?
-
Britaniyadan İsrailə sərt xəbərdarlıq: Plan dərhal dayandırılmalıdır
-
Söyüş üstündə sahibkarın qulağını dişləyərək qopardı - TƏFƏRRÜAT
-
“Kubinka“da sakinlərlə “Vialon“ MTK arasında münaqişə yaşanır - VİDEO
-
Bu ilin birinci yarısında avtoqəzalarda ölənlərin sayı açıqlandı - Dəhşətli FAKT
-
ABŞ Ordusu Hörmüzdə yeni neft ixracı yolu yaradıb - Sxem açıldı
-
Yağışlar gecikəcək - Amma daha dağıdıcı olacaq
-
DTX-dən xüsusi əməliyyat: 17 il axtarışda olan şəxs Azərbaycana gətirildi
-
Azərbaycanda ən yüksək pensiya harada verilir? - Rayon və şəhərlər
-
Portuqaliyada üzün örtülməsi qadağan edildi: Üç min avroyadək cərimə
-
Universitetə qəbulda gərginlik: Plan yerləri niyə azdır? - VİDEO
-
Zal Yusifovun oğlunun işində yeni detallar: “Məndən 350 min istədi“
-
ABŞ dövlət borcu 40 trilyon dolları keçdi - Tarixdə ilk dəfə
-
NATO-dan İrana xəbərdarlıq - “Hər bir təhdidə cavab verməyə hazırıq“
-
“Təbrik Palace“ restoranının qarşısında kütləvi dava - VİDEO
-
Həbs olunması barədə xəbərlərə belə cavab verdi - Açıqlama
-
Avropanı əhatə edən dənizlər sürətlə isinir: Temperatur 6 dərəcə artıb
-
Qazaxıstanda Nazarbayevin dövrü rəsmən bitdi - Tokayev Xarici Siyasət Konsepsiyasını dəyişdi
-
Nazir Adil Kərimlinin tez-tez dəyişən müşavirləri - Kimlər hansı vəzifələrə keçib?
-
Kim Çen Inın bacısı Yaponiyanı hədələdi - “Sağ qalmaq mümkün olmayacaq“
-
Azərbaycanda ev telefonlarından ən çox istifadə edilən RAYONLAR
-
Müqavilə ilə ev alanların diqqətinə: Bu səhvlər ciddi problemlər yarada bilər
-
İxtisas seçiminin başa çatmasına saatlar qaldı - DİM-dən xəbərdarlıq
-
Bakıda kabab evində at DNT-si aşkarlandı - FOTOLAR
-
Hava Limanında əməliyyat - 10 adda 93 qutu dərman aşkarlandı
-
Azərbaycanın rayonlarında nə qədər yeni iş yeri açılıb? - Tam siyahı
TOP 10
ARXİV






