“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Azərbaycanlı futbolçu özünə xəsarət yetirdi - Karyerası bitə bilər

Tarix 17.08.26, 14:34

Font ölçüsü : - / +
bitmap-img6


Səbuhi Abdullazadə karyerasını erkən başa vura bilər. Buna “Sumqayıt”ın kapitanının özünə xəsarət yetirməsi səbəb olub.

AzFakt.com futbolinfo.az-a istinadən xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçisi dünən Misli Premyer Liqasının ilk turunun “Nefti” ilə oyununda (1:3) xoşagəlməz hadisə ilə üzləşib. 74-cü dəqiqədə rəqibini vurduğu üçün birbaşa qırmzı vərəqə alan Səbuhi daha sonra özünü zədələyib.

O, meydanı tərk edərkən stadionunun dəhlizin qapısının şüşəsinə əli ilə zərbə vurub. Bu zaman böyük şüşə parçası qırılaraq onun ayağının üstünə düşüb. Pis olan futbolçunun ayaq vətərlərinin kəsilməsidir. Vəziyyət o qədər kritikdir ki, Səbuhi, ümumiyyətlə, karyerasını bitirə bilər. Hətta onun sağ ayağının normal fəaliyyət göstərməsi inandırıcı görünmür.

Abdullazadə bu gün təcili əməliyyat olunacaq. Həkimlər indidən xoş olmayan proqnozlar verir, çünki vətərlərin bu şəkildə kəsilməsi yaxşı əlamət deyil. O, ən yüksək səviyyəli tibbi müdaxilə ilə sağlamlığına qovuşacaqsa da, yaşıl meydanlara qayıtması uzun zaman alacaq. Ümid edirik, hər şey yaxşı olar və milli komandamızın da üzvü olan yarımmüdafiəçi yersiz əsəbin gətirdiyi fəsadın güdazına getməz.



Xəbərin oxunma sayı : 442




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap