“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Bakıda məktəb sahibinə icarə haqqı niyə ödənilmir? - ŞİKAYƏT - VİDEO

Tarix 15.08.26, 0:16

Font ölçüsü : - / +
bitmap-img6


Bakıda 300-dən artıq şagirdin təhsil aldığı məktəbin sahibinə səkkiz aya yaxındır ki, icarə haqqının ödənilmədiyi iddia edilir.

AZFakt.com-un Xezerxeber.az-a istinadən məlumatına görə, söhbət Xəzər rayonunun Binə Atçılıq qəsəbəsində yerləşən və Ağdam rayon 102 nömrəli tam orta məktəbin fəaliyyət göstərdiyi binadan gedir.

Mülk sahibi Hidayət Sadıqovun sözlərinə görə, bina ona məxsusdur və məktəb 2018-ci ildən burada icarə əsasında fəaliyyət göstərir. O bildirir ki, əvvəlki illərdə icarə haqqı hər ay ödənilsə də, 2026-cı ilin yanvarından ödəniş dayandırılıb.

Mülk sahibi iddia edir ki, ödənişin davam etdirilməsi üçün Qarabağ Regional Təhsil İdarəsi ilə yeni müqavilə də imzalayıb. Lakin onun sözlərinə görə, bundan sonra da hesablaşma aparılmayıb.

Hidayət Sadıqov məktəbin binada fəaliyyətini davam etdirdiyini əsas gətirərək yığılıb qalan icarə haqqının ödənilməsini istəyir.

Məsələ ilə bağlı əvvəlcə məktəbin direktoru Afaq Mahmudova ilə əlaqə saxladıq. O bildirdi ki, məsələdən məlumatlıdır və faktla bağlı Qarabağ Regional Təhsil İdarəsinə məlumat verilib. Direktorun sözlərinə görə, vətəndaşa icarə haqqının ödənilməsinin gecikdirilməsinin əsas səbəbi mülkün çıxarışının olmamasıdır. Bildirildi ki, problem aradan qalxdıqdan sonra ödənişlər həyata keçiriləcək. 7 ildən çoxdur ki, çıxarışsız mülkə icarə haqqının necə  ödənilməsi məsələsi isə sual olaraq qalır.

Qarabağ Regional Təhsil İdarəsinə də sorğu göndərdik. Ancaq suallarımız cavablandırılmadı.







Xəbərin oxunma sayı : 154




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap