| |
|
Sabiq sədr Almaniyada tikinti biznesinə başlayıb - Şərikli bina tikir + FOTO
Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” - Vəzifəli şəxslər həbs edildi
“Qardaşımla birgə 16 milyon vermişik” - Tale Heydərovun ifadəsi oxundu
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Sovet təhsil elitası və cavabsız qalan suallar:Rektor 6 il sonra universitetə necə daxil olub?
Binəqədi rayonunda neft buruqları ərazisində daha bir qanunsuz tikinti - FOTO/VİDEO
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması - Kompromat savaşı yenidən başlayıb
Valideynlik hüququndan kimlər məhrum edilə bilər? - Ali Məhkəmə qərar verdi
Tarix 13.08.26, 13:09 |
|
Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası valideynlik hüququndan məhrumetmənin əsasları ilə bağlı vahid məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib.
AzFakt.com xəbər verir ki, bu barədə Ali Məhkəmədən məlumat verilib.
İşin hallarına görə, tərəflərin birgə nikahdan 11 yaşlı uşaqları var. Tərəflərin nikahı pozulmuş və ananın yanında qalan uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün məhkəmə qaydasında alimentin tutulması qət edilib. Sonradan tərəflər arasında mediasiya sazişi bağlanıb.
Sazişə əsasən, ata iddiaçının onun valideynlik hüquqlarından məhrum edilməsi barədə tələbini qəbul etməyi və bu tələbə qarşı etiraz irəli sürməməyi öhdəsinə götürüb. Ana isə bunun müqabilində, ata valideynlik hüquqlarından məhrum edildikdən sonra tərəflərin birgə nikahından doğulmuş uşağa münasibətdə ondan aliment və digər hər hansı tələb irəli sürməyəcəyini öhdəsinə götürüb.
İddiaçı cavabdehin atalıqdan məhrum edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət edib, cavabdeh birinci və apellyasiya icraatlarında iddia tələbini etiraf edib. Apellyasiya məhkəməsi cavabdehin valideynlik hüququndan məhrum edilməsi haqqında qərar qəbul edib.
Ali Məhkəmənin mövqeyi:
Mülki Prosessual Məcəllənin 52.5-ci maddəsinə əsasən iddianın cavabdeh tərəfindən etiraf edilməsi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Hazırkı halda atanın öz valideynlik hüququndan imtina etməsi uşağın mənafeyinə toxunan məsələ olduğundan, iddianın cavabdeh tərəfindən etiraf edilməsinin qanuniliyinə məhkəmələr tərəfindən qiymət verilməlidir. İş materiallarında olan Suraxanı rayonu İcra hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının rəyindən də görünür ki, valideynlik hüququndan məhrum edilmə uşağın mənafeyinə uyğun deyildir. Bu baxımdan etiraf uşağın mənafeyinə zidd olduğundan qəbul edilə bilməzdi.
İddiaçı ilə cavabdeh arasında bağlanmış mediasiya sazişi də etibarsız olmaqla, bu mübahisənin həlli baxımından əhəmiyyətsiz olub. Belə ki, sazişə əsasən cavabdehin özünün valideynlik hüququndan məhrum olunmasına razılığı uşağın saxlanılması üçün tələb olunan aliment ödəməkdən azad olunması müqabilində olub. Halbuki alimentdən bu şəkildə imtina, o cümlədən valideynin uşağına münasibətə şəxsiyyət hüququ olan valideynlik hüququndan könüllü surətdə imtinaya dair razılaşma qanunla qadağan edilmişdir. Belə ki, Mülki Məcəllənin 194.3-cü maddəsinə əsasən kreditorun şəxsiyyəti ilə qırılmaz bağlı olan tələblərin, o cümlədən alimentlər haqqında və həyata və ya sağlamlığa vurulan zərərin əvəzinin ödənilməsi haqqında tələblərin güzəşt edilməsinə yol verilmir. Həmçinin, həmin Məcəllənin 545.0.5-ci maddəsinə əsasən alimentlərin tutulması ilə bağlı öhdəliklərin əvəzləşdirilməsinə yol verilmir.
Şəxsiyyət hüquqları insanın maddi olmayan, mənəvi xarakterli və onun şəxsiyyəti ilə birbaşa bağlı olan hüquqlardır. Bu hüquqlar şəxsin əmlakı ilə deyil, onun şəxsiyyəti ilə bağlıdır. Sözügedən hüquqlar əsasən şəxsiyyətin müdafiə olunmasına yönəlir (yəni, hüquq subyektinin şəxsiyyətinin üçüncü şəxslərin hüquqa zidd davranışlarından qoruyur). Bir qayda olaraq, bu hüquqlar pul ilə qiymətləndirilə, güzəşt edilə və vərəsəlik qaydasında ötürülə bilməyən mütləq hüquqlardır. Əmlak hüquqlarından fərqli olaraq, şəxsiyyət hüquqlarının özgəninkiləşdirilməsi və ya hər hansı başqa üsulla digər şəxslərə ötürülməsinin mümkünsüzlüyü təsbit edilir. Bu qayda onların hüquqi xarakterindən – şəxsiyyətin ayrılmaz hüquqları olduqlarından irəli gəlir. Digər şəxsiyyət hüquqları kimi ailə həyatına hörmət, habelə qanunla şəxsə mənsub olan valideynlik hüququ özgəninkiləşdirilə və ya hər hansı başqa üsulla digər şəxslərə güzəşt edilə bilən hüquq deyildir. Şəxsin şəxsiyyət hüququna qanunsuz müdaxilə edildikdə, həmin şəxs pozulmuş hüququnun müdafiəsi üçün qanunlarda nəzərdə tutulan müvafiq müdafiə üsullarından istifadə edə, o cümlədən məhkəməyə müraciət edə bilər.
Valideynlik hüququ ata və ananın öz övladlarını böyütmək, tərbiyə etmək, onların hüquq və mənafelərini qorumaq sahəsində bərabər səviyyəli təbii hüquq və vəzifələrini əhatə etməklə uşağın baxımı, təhsili və ünsiyyəti ilə bağlı əsas aspektləri özündə birləşdirir. Bu baxımdan valideynlik hüququ uşağın üstün mənafeyini müdafiə etməyə yönəldiyindən, valideynlərdən birinin həmin hüquqdan yerinə yetirməli olduğu əmlak (aliment) öhdəliyinin əvəzində könüllü şəkildə imtina etməsi yolverilməzdir və qəbul edilə bilməz. Yəni şəxs valideynlik hüququndan yalnız qanunla müəyyən edilmiş halların mövcudluğu sübuta yetirildiyi halda, özü də məhz uşağın üstün mənafeləri üçün məhkəmə qaydasında məhrum edilə bilər.
Valideynə qanunla verilmiş hüquqlar yalnız valideynin şəxsi maraqları üçün deyil, eyni zamanda uşağın beynəlxalq müqavilələr, Azərbaycan Respublikası Konstitusiyası və Ailə Məcəlləsi ilə qorunan mənafeyinin təmin edilməsi məqsədi daşıyır. Buna görə də valideyn həmin hüquqlar üzərində sərbəst sərəncam verə və ya valideynlər arasında bu hüquqlarla bağlı uşağın mənafeyinə uyğun olmayan razılaşma imzalana bilməz.
Valideynlik hüququndan məhrum edilmə ən son ölçüdür və uşaqların hüquq və mənafelərinin başqa yolla qorumağın mümkünsüz olduğu hallarda tətbiq olunur. Uşaqlarına münasibətdə qanun valideynlərdən heç birinə üstünlük hüququ verməmiş və beləliklə də bu qəbildən olan işlərə baxarkən məhkəmə ilk növbədə uşağın mənafeyini üstün tutmalı, mübahisəni valideynlər arasındakı ziddiyyətli münasibətlərinə əsaslanaraq uşağın maraqlarına uyğun gəlməyən şəkildə həll etməməlidir.
Nəticədə Ali Məhkəmənin qərarı ilə cavabdehin şikayəti təmin olunub, iddiaçının cavabdehə qarşı valideynlik hüququndan məhrumetmə barədə iddiası rədd edilib.
Xəbərin oxunma sayı : 163
Sosial
Xəbərlər
-
Sabahdan ekspres marşrutlar fəaliyyətə başlayır - VİDEO
-
“150-dən çox bal toplayanlar universitetə qəbul olacaqlar“ - Məleykə Abbaszadə
-
Məhkəmə Ramiz Mehdiyevin kürəkəninin şikayətini rədd etdi - DETALLAR
-
Bu il ən az sığorta haqqı toplayan şirkətlər - SİYAHI
-
Saleh Məmmədovun kadrları Vüsal Nəsirli ilə birləşdi - ARAŞDIRMA
-
AMB-dən iqtisadi artımla bağlı yeni ssenari: 1,3 faizə çata bilər
-
Ermənistanın Azərbaycanla tərəfdaşlığı ola bilər - Paşinyan
-
Binəqədi sakinləri çıxılmaz vəziyyətdə: “220 manat verdim, 120-si yoxdur!“ - VİDEO
-
Valideynlik hüququndan kimlər məhrum edilə bilər? - Ali Məhkəmə qərar verdi
-
Prezident Almaniyanın yeni səfirini qəbul etdi - FOTOLAR
-
Bu il məktəbli formaları neçəyə olacaq? - RƏSMİ AÇIQLAMA
-
Trampın növbəti hədəfi bəlli oldu: Vaşinqtondan Kubaya hərbi müdaxilə siqnalı
-
Azərbaycanda ən çox mal-qara bu rayonlardadır - TAM SİYAHI
-
Dilqəm Əsgərovla oğlu yenə dalaşdı - Nəyi bölüşə bilmirlər?- Video
-
İran səfirinin “Artsax” pavilyonunda nə işi vardı? - VİDEO
-
Putinin güclü, lakin tamamilə idarəolunmaz “müttəfiqi“ var - Newsweek
-
Azərbaycanda ən çox cinayət hadisəsi baş verən bölgələr - SİYAHI
-
Ölkədə epidemioloji durum nəzarət altındadır - RƏSMİ
-
Naxçıvan büdcəsində tarixi ilk: 60 milyon manatlıq fərq
-
Putin ilk dəfə Kuril adalarına getdi - Yaponiyadan etiraz
-
Qəçrəşdə meşəlik ərazidə ağaclar kütləvi kəsilib - VİDEO
-
“Avroviziya”dan üç böyük dəyişiklik – yaş həddi, fonoqrama, müharibə
-
Tiflisdən Rusiyaya gizli yanacaq xətti – Saakaşvilidən şok açıqlama
-
Samuxda kütləvi zəhərlənmə - 5 nəfər xəstəxanalıq oldu
-
Bakıda qəribə hadisə: qaz borusundan su gəlir - VİDEO
-
Pərvin Abıyeva belə dincəlir - Sahil kənarı...(VİDEO)
-
Azərbaycan klublarının yay transferləri - Kim gəlir, kim gedir?
-
Əkrəm İmamoğlu CHP-dən istefa verdi - 17 illik sevda bitdi
-
“Təcili danışmaq istəmişəm, amma...“ - “David Selivestrov”un vəkilindən yeni açıqlamalar
-
Məzuniyyət pulu ilə bağlı açıqlama-Qaydalar dəyişib
-
Əfqanıstanda qızıl mədəni davası - Bədəxşanda silahlı toqquşmalar baş verib
-
Yerli azarkeşləri təhqir ediblərmiş - “Sabah” bəyanat yaydı
-
Emin Əmrullayevin təzhizatçı qaynı - Nihad Hənifəyev və STEAM milyonları
-
AzTV-nin əməkdaşı dənizdə batdı - Vətən müharibəsi iştirakçısı idi
-
Suraxanıda qəbiristanlıqda acınacaqlı vəziyyət - VİDEO
-
Dollar qarşısında ən çox bahalaşan və ucuzlaşan valyutalar - Siyahı
-
“İran ancaq danışır, amma icraat yoxdur” - Tramp
-
Taksi sürücüləri üçün imtahan keçiriləcək - qeydiyyat başlayıb
-
Ötən il rektor əvəzi idi - Vüsal Nəsirli onu departament rəhbəri təyin etdi (FOTO)
-
Xocavənddə buldozer minaya düşdü - 2 nəfər xəsarət aldı
-
“Putin seçkidən sonra yüz minlərlə adamı cəbhəyə aparacaq” - Zelenski
-
Bu məscid və ziyarətgahlara işçi axtarılır - Siyahı
-
Azərbaycanın xaricdəki qadın səfirləri - Onlar kimdir?
-
Simonyan 3-cü dəfə evlənir - Nişanlısı yaxın dostunun qızıdır...
-
Dedilər ki, biz mafiyayıq... - Mərakeş vətəndaşının qətli ilə bağlı məhkəmə başladı
-
ABŞ-da inflyasiya açıqlandı: “FED“in faiz artımı ehtimalı azalır
-
Milli Qəhrəman üçmərtəbəli obyekt tikir - Nazirlik icazə verdi
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“Sabah“ - “Orhus“ oyununda insidentə görə cinayət işi başlanıldı - Saxlanılanlar var
-
Azərbaycanda ən çox bahalaşan məhsul və xidmətlər açıqlandı - CƏDVƏL
-
Moskvada biznes tələsi - Azərbaycanın sabiq deputatı və vəkil aldadıldı
-
“Bunu normal qarşılayıram“ - Qurban Qurbanov
-
Azərbaycanda bu şəxslərin gecə saatlarında işləməsi qadağandır - Rəsmi
-
Mehdiyevlə bağlı yeni faktlar üzə çıxdı:“Göbələk Feyruz” kimdir?
-
Biləcəridə yerləşən “Qəsr” restoranında qanunsuz artırılma – İcazəni icra başçısı verib?
-
“ABŞ 20 gün sonra danışıqlar üçün yalvarırdı” - Əraqçi
-
“Nar” ən yüksək nəticə göstərən abituriyentləri mükafatlandıracaq
-
Lənkəranda meyitləri tapılan qızla oğlan intihar edib? - Cinayət işi açıldı
-
Təhqirə görə qisas: Qəbələdəki qətlin dəhşətli təfərrüatları
-
Xamenei niyə ictimaiyyət qarşısına çıxmır? - SEPAH açıqladı
-
Bakıda 10 milyonluq qumar - İki oyunu bloklamaq çağrışı
-
Şəki Rayon Məhkəməsinə yeni təyinat - FOTO
-
“Ferrum Kapital“ Vətən müharibəsi iştirakçısını təhqir edib? - FOTO
-
“Böyük Qayıdış prosesinə kölgə salmağa çalışanlar var” - “Qaçqınkom”
-
Naxçıvanda çalışan sahibkarlara 10 illik güzəşt - Bu vergilərdən tam azad edilir...
-
Azərbaycanlı iş adamının meyiti Türkiyədəki evində tapıldı – Fotolar
-
Dövriyyəsi milyonlarla manat azalan investisiya şirkətləri - CƏDVƏL
-
Meşədən meyitləri tapılan gənclər əminəvəsi olublar - Video
-
Prezident İlham Əliyev iki səfiri geri çağırdı - Yeni təyinatlar
-
Vens Zelenskidən nəyi xahiş edib? - Ukrayna artıq bu gəmiləri vurmur
-
Dünyanın 69 böyük şəhərində orta aylıq əməkhaqqı nə qədərdir? - Siyahı
-
Nərimanovda 5 mərtəbəli obyekt satılır - 6,5 milyon manata (FOTO)
-
Prezident Naxçıvanla bağlı sərəncam imzaladı: 258 milyon manat ayrıldı
-
“Sabah” 9 milyon avro qazanıb - “Qarabağ”a çata biləcəkmi?
-
Ali təhsil müəssisələrinə ixtisas seçimi başladı - DİM açıqlama yaydı
-
İrana etibar edəcək sonuncu adamam - Donald Tramp
-
Qaradağ və Suraxanıda narkotik əməliyyatı keçirildi - Video
-
Maşın alarkən bu tələyə düşməyin - Açıqlama
-
II qrupda bu universitetlər təhsil haqlarını artırdı - TAM SİYAHI
-
Bu kameralar radar funksiyasını da yerinə yetirir? - VİDEO
-
Azərbaycan, ABŞ və Ermənistan diplomatları Vaşinqtonda görüşüb - XİN
-
“Təyyarəm daha böyük risk altında idi” - Gizli uçuşu təsdiqlədi
-
“Azərbaycandan İrana ikinci dəmir yolu xətti açılacaq” - Video
-
Məşhurlar instaqramda bunları paylaşdılar - FOTOLAR
-
Bu, çox böyük maliyyə tutumlu Sərəncam olacaq - Prezident
-
Hansı ali məktəblərdə təhsil haqları artıb və ya azalıb? - VİDEO
-
“Zəngəzur dəhlizinin yaradılması bizim təşəbbüsümüz olub” - İlham Əliyev
-
Prezident sosial evlər kompleksinin təməlini qoydu - Fotolar
-
“Rusiya Gilmanın azad edilməsi müqabilində heç nə tələb etməyib“ - Tramp
-
Sürücülər çətin vəziyyətdə: yol dar, hərəkət intensiv - VİDEO
-
Prezidentlə xanımı Möminə xatun türbəsində-FOTO
-
İlham Əliyev AzTV-yə müsahibə verdi - TAM MƏTN
-
Çempionlar Liqası:“Sabah” pley-off mərhələsinə yüksəldi
-
Prezident Döyüş bayraqlarının verilməsi mərasimində - Video-Fotolar
-
Naxçıvan Sənaye Parkının təməli qoyuldu - FOTOLAR
-
Zibil yandırılır, tüstü evlərə dolur: Lənkəranda sakinlərin narazıdır (VİDEO)
-
Tramp FIFA-ya xəbərdarlıq etdi: “Əgər İnfantino getsə…”
-
Prezident “Şəms 1” və “Qərbi Üfüq” stansiyalarında - Video-Fotolar
-
Azərbaycanda axtarışda olanların sayı açıqlandı - Statistika
-
İlham Əliyev Ümummilli Liderin abidəsini ziyarət edib - FOTO
-
Rusiyanın mülki itkiləri rekord vurub - “Bu, Putini saxlamayacaq”
-
Prezident İlham Əliyev Naxçıvanda səfərdədir -VİDEO
-
“Neftçi“ klub tarixinin ən bahalı satışını edir - 1,5 milyon avrodan çox gəlir əldə edəcək
-
Əsədin gizli nüvə mirası: BAEA Suriyada hərəkətə keçir
-
Kişilər ən çox hansı rayonlarda ailə üzvləri tərəfindən zorakılığa məruz qalır? - SİYAHI
-
Pakistanın daxili işlər naziri Tehrana getdi - İran rəhbərləri ilə görüşəcək
-
Bir il əvvəl itkin düşmüş qadın öldürülübmüş - Oğlu tutuldu
-
ABŞ-ın sursatı Baydenə görə azalıb - Donald Tramp
-
Marketə gedəndə bu səhvi etməyin: Pulunuz cibinizdə qalsın
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Nazir əmr imzaladı - Kənan Aşurova yeni vəzifə verdi
-
Azərbaycanda 10 heyvan kəsimi məntəqəsində ciddi nöqsanlar aşkarlanıb - AQTA
-
Bakıda torpaq sahələrinin qiymətində kəskin bahalaşma - Rəqəmlər açıqlandı
-
“Tarqovu“dakı məşhur restoranın yerləşdiyi obyekt satılır - 7 milyon manata
-
Kənan Aşurovun rəisi olduğu Baş İdarə ləğv edildi - Nazirdən əmr
-
Dünyada ən çox istehsal olunan 40 qida məhsulu - Siyahı
-
Şadlıq evləri toy qiymətlərini artırdı-VİDEO
-
Avto-icbari sığortada ən çox şikayət edilən şirkətlər - SİYAHI
-
“Tramp danışıqlar üçün İrana yalvarırdı...“ - Abbas Əraqçi
-
Yağış yağacaq, şimşək çaxacaq – Sabahın havası
TOP 10
ARXİV






