“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Azərbaycanda ən çox bahalaşan məhsul və xidmətlər açıqlandı - CƏDVƏL

Tarix 12.08.26, 16:38

Font ölçüsü : - / +
bitmap-img6


2026-cı ilin birinci yarısında Azərbaycanda illik inflyasiya hədəf daxilində hərəkət edib. İyun ayında istehlak qiymətləri indeksi illik müqayisədə 5,8 faiz artıb.

Valyuta.az xəbər verir ki, qiymətləri dövlət tərəfindən tənzimlənən, eləcə də mövsümi xarakter daşıyan məhsul və xidmətlərin qiymət dəyişiklikləri nəzərə alınmadan hesablanan baza inflyasiyası iyunda 5,5 faiz təşkil edib.

Qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə illik inflyasiya 7,1 faiz olub. Qida məhsulları arasında qiymət artımı əsasən süd və süd məhsulları, eləcə də meyvələrdə müşahidə edilib. Belə ki, süd və süd məhsulları illik 9,5 faiz, meyvələr isə 10,7 faiz bahalaşıb.

Qeyri-qida məhsullarının qiymətləri illik müqayisədə 3,8 faiz yüksəlib. Bu kateqoriyada ən yüksək bahalaşma zərgərlik məmulatlarında qeydə alınıb. Zərgərlik mallarının qiyməti bir il ərzində 21,7 faiz artıb.

İyun ayında xidmətlər üzrə illik inflyasiya isə 5,6 faiz təşkil edib. Ayrı-ayrı xidmətlər arasında daha yüksək qiymət artımları qeydə alınıb.

Belə ki, ev və məişət xidmətləri 6,8 faiz, stomatoloji xidmətlər 7,7 faiz, hava nəqliyyatı ilə sərnişindaşıma 12,8 faiz, metro ilə sərnişindaşıma 20 faiz bahalaşıb. Ən yüksək artım isə mərkəzi isitmə üzrə qeydə alınıb – 50 faiz.

Göstəriciİllik dəyişmə
Ümumi inflyasiya5,8%
Baza inflyasiyası5,5%
Qida, alkoqollu içkilər və tütün7,1%
Süd və süd məhsulları9,5%
Meyvələr10,7%
Qeyri-qida məhsulları3,8%
Zərgərlik məmulatları21,7%
Xidmətlər5,6%
Ev və məişət xidmətləri6,8%
Stomatoloji xidmətlər7,7%
Hava nəqliyyatı12,8%
Metro nəqliyyatı20,0%
Mərkəzi isitmə50,0%
Kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri3,8%
Bitkiçilik məhsulları2,1%
Heyvandarlıq məhsulları5,3%
Sənaye məhsullarının istehsalçı qiymətləri26,8%
Neft-qaz sənayesi məhsulları31,2%
Qeyri-neft-qaz sənayesi məhsulları9,7%
Emal sənayesi15,0%
Nəqliyyat və anbar xidmətləri5,8%
Yükdaşıma xidmətləri3,9%
Poçt və kuryer xidmətləri2,1%
Reklam xidmətləri2,1%
Proqram təminatının hazırlanması xidmətləri-4,5%
Mənzil qiymətləri8,6%
İlkin mənzil bazarı12,4%
Təkrar mənzil bazarı8,6%




Xəbərin oxunma sayı : 208




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap