“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Azərbaycanda un neçəyə satılır? - Topdansatış qiymətləri

Tarix 11.08.26, 13:28

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanda avqustun 10-dan etibarən unun son topdansatış qiymətləri məlum olub.

AzFakt.com-un Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə istinadən məlumatına görə, ölkədə 50 kq-lıq unun son topdansatış qiymətləri 26,50-29,40 manat arasında dəyişir.

Belə ki, ölkə üzrə bazara təqdim olunan ən ucuz un növü “Dəvəçi-Taxıl" MMC (26 manat 50 qəpik), ən bahalısı isə "Azeri-Arapoğlu U.S.və T.LTD" BM-dir (29 manat 40 qəpik).

Beləliklə, unun topdansatış qiymətləri üzrə aşağı və yuxarı həddi bu ilin əvvəlindəki göstərici ilə müqayisədə artıb. Belə ki, bu ilin ilk aylarında ölkədə 50 kq-lıq unun topdansatış qiymətləri 26,10-28,60 manat arasında dəyişirdi.

Göründüyü kimi, 50 kq-lıq unun topdansatış qiymətinin aşağı həddi ilin əvvəlinə nisbətən 40 qəpik, yuxarı həddi isə 80 qəpik bahalaşıb.

Bu ilin 10 avqust tarixindən Azərbaycanda istehsalçılar tərəfindən unun son topdansatış qiyməti aşağıdakı kimi müəyyənləşib:

“ATS MİLL" və "Qarabağ un" MMC-lərə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 28 manat

"Anadoluqida", "AVETA", "KARAT HOLDİNQ", ""Ungrano" MMC-lərə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 28,60 manat;

"Azeri-Arapoğlu U.S.və T.LTD" BM-ə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 29,40 manat;

"Bakı Taxıl Terminalı", "Dəniz un sənayesi LTD", ""Hazartürk LTD", “Karmen”, "Taxıl AQRO", “Xırman", “SKY AGRO”, "Sünbül 2012", Ağsu Taxıl”, “Avrora" MMC-lər, eləcə də "Nadir Quliyev adına Bakı-Taxıl" ASC, "PAK-NUR" FİRMASI, "Səma" fərdi firmasına məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 28,50 manat;

"Dəvəçi-Dəyirman" MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 27,20 manat;

"Dəvəçi-Taxıl" MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 26,50 manat;

"Gəncə Dəyirman" MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 28,80 manat;

"Nural" MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 28,75 manat;

"Orxan UN" və "Sarı Sünbül" MMC-lərə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 28,70 manat;

"Taxıl AQRO" MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 28,30 manat;

"Osmanlı Taxıl" MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 29,20 manat.



Xəbərin oxunma sayı : 166




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap