“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

DOST Agentliyinin “dostu“... - “İnnova İnşaat“ 11 milyonluq tenderlərin qalibi olub

Tarix 10.08.26, 11:52

Font ölçüsü : - / +
bitmap-img6


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeçiliyində olan DOST Agentliyi regional inzibati binalarının təmiri ilə bağlı iri həcmli tenderə yekun vurub. 

"AzPolitika" xəbər verir ki, regionlarda göstərilən xidmətlərin keyfiyyətinin artırılması məqsədilə həyata keçirilən layihənin qalibi “İnnova İnşaat” MMC olub.

Məlumata görə, şirkət 6 rayon üzrə DOST binalarının əsaslı təmiri işlərini icra edəcək. İki fərqli lot üzrə bağlanan müqavilələrin ümumi maliyyə dəyəri 4.5 milyon manatdan çoxdur:

Salyan, Hacıqabul və Biləsuvar binalarının əsaslı təmiri - 2 138 940 manat;

Qax, Zaqatala və Qəbələ binalarının əsaslı təmiri - 2 358 581 manat.

Dövlət reyestri məlumatlarına əsasən, “İnnova İnşaat” MMC-nin (VÖEN: 5501250581) nizamnamə kapitalı 493 010 manat təşkil edir. Şirkətin hüquqi ünvanı İmişli rayonunun Qaralar kəndində yerləşir, qanuni təmsilçisi isə Həsənli Elmar Azər oğludur. Mövcud qanunvericiliyə uyğun olaraq, kommersiya hüquqi şəxslərin son təsisçi məlumatları reyestrdə açıq göstərilmir.

Diqqətçəkən məqam odur ki, bu, “İnnova İnşaat” MMC-nin ƏƏSMN xətti ilə qazandığı ilk böyük layihə deyil. Şirkət bundan əvvəl də agentliyin digər regionlar üzrə analoji işlərini öhdəsinə götürüb: Şəmkir, Gədəbəy, Ağstafa və Göygöl binalarının təmiri - 2 895 218 manat...

Şirkətin fəaliyyəti yalnız DOST Agentliyindən udduğu tenderlərlə məhdudlaşmır. O, işğaldan azad edilmiş ərazilərdə və digər güc strukturlarının sifarişlərində də iri məbləğli tenderlərin qalibi olub. Belə ki, Ağdam, Füzuli və Xocavənddə Bərpa, Tikinti və İdarəetmə Xidmətindən aldığı 3 378278 manatlı tenderlə Ağdamın Xıdırlı kəndində qeyri-yaşayış binaları tikib.

DİN Baş Mühafizə İdarəsinin sifarişi əsasında isə Xankəndi Regional Mühafizə Şöbəsinin inzibati binasının əsaslı təmiri ilə məşğul olub. Bu tenderin dəyəri isə 599 201 manat olub.

Beləliklə, regional bərpa və tikinti bazarında sürətlə irəliləyən İmişli qeydiyyatlı MMC yalnız son dövlət satınalmaları üzrə portfelini 11 milyon manatdan yuxarı qaldırmağı bacarıb.



Xəbərin oxunma sayı : 166




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap