“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Azərbaycanda əhalinin neçə faizi ali təhsillidir? - RƏQƏMLƏR

Tarix 07.08.26, 8:46

Font ölçüsü : - / +
bitmap-img6


Şəhərlərdə ali təhsilli əhalinin payı kəndlərdən təxminən iki dəfə çoxdur.

Modern.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, Azərbaycanda şəhər və kənd əhalisinin təhsil səviyyəsi arasında nəzərəçarpacaq fərqlər mövcuddur.

Rəsmi statistikaya əsasən, ölkə üzrə əhalinin 23,2 faizi ali təhsillidir. Məlumata görə, şəhər əhalisinin 29,5 faizi ali təhsilli olduğu halda, kənd yerlərində bu göstərici 15,8 faiz təşkil edir. Orta ixtisas və texniki-peşə təhsilli əhalinin payı şəhərlərdə 24,9 faiz, kəndlərdə isə 19,0 faizdir. Bununla yanaşı, ümumi tam orta təhsilli əhalinin payı kənd yerlərində daha yüksəkdir.

Belə ki, kənd əhalisinin 54,9 faizi, şəhər əhalisinin isə 41,4 faizi ümumi tam orta təhsilə malikdir. Ümumi orta təhsilli əhalinin xüsusi çəkisi şəhərlərdə 4,0 faiz, kəndlərdə 9,5 faiz təşkil edir. Statistikaya əsasən, kişilər arasında ali təhsillilərin payı şəhərlərdə 30,1 faiz, kəndlərdə isə 15,6 faizdir.

Qadınlar üzrə göstəricilərə gəlincə, şəhər yerlərində yaşayan qadınların 28,9 faizi ali təhsilli olduğu halda, kənd yerlərində bu göstərici 16,0 faiz təşkil edir. Ümumi tam orta təhsilli qadınların payı isə şəhərlərdə 41,5 faiz, kəndlərdə 54,1 faiz olub.



Xəbərin oxunma sayı : 130




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap