“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Ən çox çörək və ət yeyən bölgələr - SİYAHI

Tarix 07.08.26, 9:15

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanda bölgələrin hansı ərzaq məhsullarını daha çox istehlak etdiyi açıqlanıb.

Modern.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, son dövrlər iqtisadi rayonlar üzrə qida məhsullarının adambaşına istehlakında ciddi fərqlər müşahidə olunub.

Belə ki, çörək və çörək məhsullarının (una çevirməklə) adambaşına illik istehlakı ən yüksək Mərkəzi Aran iqtisadi rayonunda qeydə alınıb. Bu göstərici 142 kiloqram olub. Bakı şəhərində isə adambaşına 119,7 kiloqram çörək istehlak edilib.

Kartof istehlakında Qarabağ iqtisadi rayonu lider olub. Burada adambaşına illik 82,8 kiloqram kartof istehlak olunub. Ən aşağı göstərici isə 75,8 kiloqramla Bakı şəhərində qeydə alınıb.

Tərəvəz və bostan bitkilərinin istehlakı üzrə ilk yerdə Gəncə-Daşkəsən iqtisadi rayonu qərarlaşıb. Bu rayonda adambaşına ildə 120,4 kiloqram tərəvəz istehlak olunub.

Ət və ət məhsullarının istehlakı ən yüksək Abşeron-Xızı iqtisadi rayonunda olub. Burada hər nəfərə ildə orta hesabla 40,5 kiloqram ət düşüb.

Balıq və balıq məhsullarının istehlakında isə iki iqtisadi rayon – Gəncə-Daşkəsən və Mil-Muğan liderliyi bölüşüb. Hər iki rayonda adambaşına illik istehlak 9,9 kiloqram təşkil edib.

Süd və süd məhsullarının istehlakı üzrə ən yüksək göstərici Gəncə-Daşkəsən iqtisadi rayonunda qeydə alınıb. Burada hər nəfər ildə orta hesabla 287,6 kiloqram süd və süd məhsulu istehlak edib.

Yumurta istehlakında Mil-Muğan iqtisadi rayonu öndə qərarlaşıb. Bu rayonda adambaşına ildə orta hesabla 176 yumurta istehlak olunub.

Meyvə və giləmeyvə istehlakında ən yüksək göstərici Lənkəran-Astara iqtisadi rayonunda olub. Burada hər nəfərə ildə 91,6 kiloqram meyvə və giləmeyvə düşüb.

Qənd və qənnadı məmulatlarının istehlakı ən yüksək Qarabağ iqtisadi rayonunda qeydə alınıb. Bu göstərici 39,1 kiloqram təşkil edib.

Bitki yağı və marqarin istehlakında isə Naxçıvan Muxtar Respublikası ilk sırada yer alıb. Burada adambaşına illik istehlak 13 kiloqram olub.



Xəbərin oxunma sayı : 262




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap