“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

“Şimali Koreya raket kompleksləri Ukrayna üçün qanuni hədəfə çevriləcək” - Sibiqa

Tarix 05.08.26, 16:14

Font ölçüsü : - / +
bitmap-img6


Əgər Şimali Koreyanın raket bölməsi Ukraynaya zərbə endirmək üçün Rusiyada yerləşdirilərsə, o, dərhal Ukrayna qüvvələri üçün qanuni hərbi hədəfə çevriləcək.

Yeniavaz.com xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Kiyevdə latviyalı həmkarı Bayba Braje ilə birgə mətbuat konfransında bildirib.

O, bu bəyanatı Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin Rusiyanın Voronej vilayətində Şimali Koreya raket bölməsinin yerləşdirməsi barədə yaydığı məlumat fonunda səsləndirib. Belə ki, Voronej vilayətində ümumilikdə 120 ədəd Şimali Koreya istehsalı olan ballistik raket və 6 buraxılış qurğusu yerləşdirilir. Son məlumata görə, Rusiya artıq Şimali Koreyadan 40 raket alıb.

Digər tərəfdən, XİN rəhbəri Ukraynanın Moskva ilə Pxenyan arasındakı qarşılıqlı əlaqədən və onun güclənməsindən xəbərdar olduğunu bildirib. 
“Bu, narahatlıq doğurmaya bilməz, çünki bu, Hind-Sakit Okean regionu üçün də risklər və təhdidlər daşıyır”, - deyə Sibiqa qeyd edib.

O, həmçinin qeyd edib ki, Ukrayna Yaponiya və Cənubi Koreya kimi müttəfiqləri ilə də əlaqə saxlayır, çünki Rusiya və KXDR arasında qarşılıqlı əlaqə onlar üçün də təhlükəsizlik riskləri daşıyır.



Xəbərin oxunma sayı : 178




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap