“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Keçmiş Rusiya və Avropa rəsmiləri Ukrayna ilə bağlı gizli görüş keçirib - Bloomberg

Tarix 05.08.26, 15:44

Font ölçüsü : - / +
bitmap-img6


Vyanada keçirilən görüşdə Rusiya ilə Ukrayna arasında mümkün sülh razılaşmasının şərtləri müzakirə olunub

AzFakt.com xəbər verir ki, Bloomberg Agentliyinin məlumatına görə, Rusiya, Fransa, Böyük Britaniya və Almaniyanın keçmiş yüksəkvəzifəli rəsmiləri iyul ayında Avstriyanın paytaxtı Vyanada bir araya gələrək Rusiya-Ukrayna münaqişəsinin sülh yolu ilə həlli üçün mümkün razılaşma variantlarını müzakirə ediblər.

Mənbələrin bildirdiyinə görə, görüşdə Böyük Britaniyanın keçmiş milli təhlükəsizlik müşaviri Tim Barrou, Almaniyanın keçmiş dövlət katibi Markus Ederer və fransalı diplomat Pyer Vimon iştirak ediblər. Bloomberg-in həmsöhbətləri Rusiya tərəfini təmsil edən keçmiş yüksəkvəzifəli şəxsin adını açıqlamayıblar.

Agentliyin məlumatına əsasən, hazırda Almaniya, Fransa və Böyük Britaniya Ukrayna ilə birlikdə Rusiya ilə birbaşa danışıqların təşkil olunması istiqamətində fəaliyyət göstərir. Bununla yanaşı, mənbələr Vyanadakı görüşün Avropanın bu üç ölkəsinin hökumətləri tərəfindən rəsmi şəkildə sanksiyalaşdırılıb-sanksiyalaşdırılmadığını dəqiqləşdirməyiblər.

Bildirilib ki, Böyük Britaniya hakimiyyəti bu cür təmasları müsbət qiymətləndirir, Fransa isə keçirilən görüş və əlaqələr barədə məlumatlıdır.

Xatırladaq ki, iyulun 21-də Azərbaycan Prezidenti İlham Əliyev Rusiya və Almaniya rəsmilərinin Bakıda gizli danışıqlar apardıqlarını açıqlamışdı. Onun sözlərinə görə, görüşdə Rusiya tərəfini ölkənin sabiq baş naziri Viktor Zubkov və Rusiya Prezidenti yanında Vətəndaş Cəmiyyətinin İnkişafı və İnsan Hüquqları Şurasının sədri Valeri Fadeyev təmsil edib. Prezident İlham Əliyev həmin görüşdə də Rusiya ilə Ukrayna arasında münaqişənin sülh yolu ilə nizamlanmasının müzakirə edildiyini bildirmişdi.



Xəbərin oxunma sayı : 274




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap