| |
|
Sabiq sədr Almaniyada tikinti biznesinə başlayıb - Şərikli bina tikir + FOTO
Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” - Vəzifəli şəxslər həbs edildi
“Qardaşımla birgə 16 milyon vermişik” - Tale Heydərovun ifadəsi oxundu
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Sovet təhsil elitası və cavabsız qalan suallar:Rektor 6 il sonra universitetə necə daxil olub?
Binəqədi rayonunda neft buruqları ərazisində daha bir qanunsuz tikinti - FOTO/VİDEO
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması - Kompromat savaşı yenidən başlayıb
Xəstələr nə vaxt dərmanları pulsuz alacaqlar? - Araşdırma
Tarix 03.08.26, 14:50 |
|
Ambulator şəraitdə resept əsasında təyin olunan dərman vasitələrinin icbari tibbi sığorta hesabına təmin ediləcəyi xəbəri cəmiyyət tərəfindən müsbət qarşılandı. Çünki bu yeniliyin vətəndaşların dərman xərclərini azaldacağı və müalicəyə əlçatanlığı artıracağı gözlənilirdi. Lakin indiyədək bu mexanizmin praktik tətbiqi geniş şəkildə hiss olunmur və vətəndaşlar onun nə vaxt tam şəkildə həyata keçiriləcəyini səbirsizliklə gözləyirlər.
AzFakt.com mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:
Mütəxəssislərin fikrincə, xüsusilə xroniki, onkoloji, kardioloji xəstəliklər zamanı dərman xərclərinin qarşılanması həm müalicənin davamlılığının təmin edilməsi, həm də vətəndaşların maliyyə yükünün azaldılması baxımından mühüm əhəmiyyət daşıya bilər.
Hazırda isə bu prosesin hansı mərhələdə olduğu, hansı dərmanların paketə daxil ediləcəyi və tətbiq mexanizminin necə qurulacağı gündəmdə olan əsas məsələlərdən biri kimi qalmaqdadır.
İctimaiyyəti narahat edən məsələyə aydınlıq gətirməyə çalışarkən hələ prosesin müəyyən qədər vaxt aparacağını öyrəndik.
İnstitusional və texniki hazırlıq tələb edən mürəkkəb islahat
Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyindən bildiriblər ki, ambulator dərman təminatı sisteminin tətbiqi genişmiqyaslı institusional və texniki hazırlıq tələb edən mürəkkəb islahatdır. Buna görə də sistem yalnız bütün zəruri mexanizmlər tam hazır olduqdan sonra tətbiq edilə bilər: "Hazırda bu sahədə normativ-hüquqi bazanın təkmilləşdirilməsi, maliyyə mexanizmlərinin hazırlanması, elektron resept sisteminin təkmilləşdirilməsi, eləcə də müvafiq dövlət informasiya sistemləri ilə inteqrasiyası istiqamətində işlər aparılır. Eyni zamanda, kompensasiya olunacaq dərman vasitələrinin müəyyən edilməsi, klinik və farmakoiqtisadi qiymətləndirmə metodologiyasının tətbiqi, pozitiv siyahısının hazırlanması və müqaviləli aptek şəbəkəsinin formalaşdırılması üzərində işlər davam etdirilir. Sistemin tətbiqi bu hazırlıq tədbirlərinin tamamlanmasından və müvafiq normativ sənədlərin təsdiqindən sonra mərhələli şəkildə həyata keçiriləcək".
Türkiyə, Cənubi Koreya və Avropa ölkələrinin təcrübəsi öyrənilir
Qurumdan verilən məlumata görə, ilkin mərhələdə ürək-damar sistemi, ikinci mərhələdə həzm sistemi və üçüncü mərhələdə tənəffüs sistemi xəstəliklərinin müalicəsi üçün ambulator şəraitdə istifadə olunan dərman vasitələrinin icbari tibbi sığorta təminatına alınması nəzərdə tutulub: "Xəstəliklərin seçimi beynəlxalq təcrübə, xəstəlik yükü, əhalinin ehtiyacları, klinik effektivlik və iqtisadi səmərəlilik meyarları əsasında aparılıb. Prioritet olaraq geniş yayılmış xroniki xəstəliklərin, o cümlədən arterial hipertenziya, bronxial astma, mədə və onikibarmaq bağırsağın xora xəstəlikləri və digər sosial əhəmiyyətli xəstəliklərin müalicəsində istifadə olunan, sübutlara əsaslanan və yüksək klinik faydaya malik dərman vasitələrinin sistemə daxil edilməsi nəzərdə tutulub".
Ambulator dərman təminatı sahəsində bir sıra ölkələrin, xüsusilə Türkiyə, Estoniya, Litva, Polşa, Cənubi Koreya və digər Avropa ölkələrinin təcrübəsi öyrənilir: "Bu ölkələrdə tətbiq olunan pozitiv dərman siyahısı, elektron resept, kompensasiya mexanizmləri və farmakoiqtisadi qiymətləndirmə modelləri təhlil edilib. Azərbaycanda isə ölkənin səhiyyə sistemi, mövcud qanunvericilik, maliyyə imkanları və rəqəmsal infrastruktur nəzərə alınmaqla milli modelin formalaşdırılması planlaşdırılıb. Məqsəd beynəlxalq təcrübənin uğurlu elementlərini yerli şəraitə uyğunlaşdıraraq dayanıqlı və səmərəli ambulator dərman təminatı sisteminin yaradılmasıdır". Agentlikdən bildirilib ki, hazırda əsas diqqət normativ-hüquqi bazanın tamamlanmasına, maliyyə dayanıqlılığının təmin edilməsinə, elektron resept və digər informasiya sistemlərinin tam inteqrasiyasına, dərman vasitələrinin qiymətləndirilməsi və pozitiv siyahının formalaşdırılmasına, eləcə də müqaviləli aptek şəbəkəsinin yaradılmasına yönəldilib: "Bu hazırlıq tədbirlərinin məqsədi vətəndaşlar üçün şəffaf, dayanıqlı və səmərəli ambulator dərman təminatı sisteminin qurulmasını təmin etməkdir. Tətbiq tarixi ilə bağlı qərar bütün hazırlıq işləri yekunlaşdıqdan sonra aidiyyəti dövlət qurumları tərəfindən elan ediləcək".
İslahatın reallaşması elektron reseptlərin tətbiqi ilə sıx bağlıdır
Milli Məclisin Səhiyyə komitəsinin üzvü Pərvanə Vəliyeva bildirir ki, qanuna əsasən, sığorta çərçivəsində qarşılanacaq dərman vasitələrini müəyyən edən pozitiv siyahı hazırlanmalı, siyahı təsdiqləndikdən sonra həmin dərmanların vətəndaşlara təqdim edilməsi üçün apteklərlə müqavilələrin bağlanması planlaşdırılmalı idi: "Bu yenilik vətəndaşların dərman xərclərinin azalmasına, müalicəyə əlçatanlığın artmasına və müalicənin fasiləsiz davam etdirilməsinə mühüm töhfə verəcək. Hər bir elektron səhiyyə islahatının tətbiqi müəyyən zaman alır. İlk növbədə, dərmanla təmin ediləcək şəxslər barədə "data"nın olması olduqca vacibdir. Əhalinin siyahısı, təxmini xəstələnmə səviyyəsi bu təminata ayrılacaq büdcənin və xərclərin proqnozlaşdırılmasına imkan verəcək. Bu, həm də mövcud resurslardan, kadrların uyğunlaşmasından və müəssisələrin bu prosesə hazırlığından çox asılıdır. Sərəncamdan irəli gələrək qəbul edilən qaydalar ötən ilin sonlarında təsdiqlənib. Aydındır ki, ölkə üzrə bunu təşkil etmək müəyyən zaman alır. Bu, islahatın reallaşması ölkə üzrə elektron reseptlərin tam tətbiqi ilə sıx bağlıdır. Bu sistem adətən mərkəzləşdirilmiş səhiyyə platformaları vasitəsilə işləyir. Dərman dövriyyəsinə nəzarətin gücləndirilməsi və şəffaflığın artırılması üçün elektron resept sisteminə tam keçid qaçılmazdır. Azərbaycanda elektron resept sisteminə keçid prosesi davam etsə də, bu proses hələ ki bütün sahələri tam əhatə etmir. Elektron reseptlər səhiyyədə təhlükəsizliyi, sürəti və şəffaflığı artıran mühüm yenilikdir. Onlar həm xəstələrin həyatını asanlaşdırır, həm də tibbi xidmətlərin keyfiyyətini yüksəldir. Gələcəkdə bu sistemlərin daha geniş tətbiqi səhiyyənin daha effektiv və müasir olmasına böyük töhfə verəcək".
İlk mərhələdə ürək-damar sistemi xəstəlikləri dərmanları
Xidmətlər zərfinə hansı dərmanların daxil edilməsinə gəlincə, millət vəkilinin sözlərinə görə, bu proses mərhələli şəkildə həyata keçiriləcək: "İlk mərhələdə ürək-damar sistemi xəstəliklərinin müalicəsində istifadə olunan dərman vasitələrinin, növbəti mərhələdə isə həzm və tənəffüs sistemi xəstəlikləri üçün təyin edilən dərmanların icbari tibbi sığorta hesabına təmin olunması nəzərdə tutulur. Yəni, Dövlət Statistika Komitəsinin ölkədə xəstələnmə halları üzrə statistikasına baxsaq, ən çox xəstələnmə halları müşahidə olunan xəstəliklər üçün ambulator dərman təminatı faydalı olar, xəstələnmə səviyyəsi düzgün profilaktika ilə aşağı düşər, səhiyyə xərcləri azalar və iqtisadiyyata da öz müsbət təsirini göstərər".
Millət vəkili bildirir ki, əlilliyi olan şəxslərin, orqan transplantasiyası keçirmiş şəxslərin, cırtdanboyluq, şəkərli diabet, xroniki böyrək çatışmazlığı, hemofiliya, vərəm, dağınıq skleroz, ixtioz, bullyoz epidermoliz, kistoz fibroz və digər xəstəliklərdən əziyyət çəkən şəxslərin dərman preparatları müvafiq dövlət proqramları çərçivəsində tam dövlət təminatı hesabına qarşılanır.
Xəstələr o dərmanları qəbul etməsələr...
Professor Adil Qeybulla bildirir ki, müəyyən adda həm bahalı, həm çətin tapılan dərmanlar var ki, bəzi xəstələrə - autoimmun, onkoloji, orqan nəqli keçirmiş xəstələrə pulsuz verilməlidir: "Bu təminat elə təşkil olunmalıdır ki, regionlarda da bu məsələlərdə problem yaranmasın. Təəssüf ki, son vaxtlar müxtəlif problemlərlə üzləşirik. Əgər orqan nəqli keçirmiş xəstə o dərmanı almasa, əməliyyat uğursuz olacaq. O orqan da elə belə deyil - onu yaxın adamı verib. Nəticədə həm yaxın adam orqanından məhrum olacaq, həm də xəstənin əməliyyatı uğursuz alınacaq". Professor hesab edir ki, bu məsələlərə məsuliyyətlə yanaşılmalıdır: "Xəstələrin mütəmadi qəbul etməli olduğu dərman preparatları ki, var onları qəbul etməsələr, həyatları bahasına başa gələ, ağırlaşmalar ola bilər. Bu məsələdə işin təşkilində yol verilən nöqsan birbaşa xəstəxanalara və onlara rəhbərlik edən qurumlara aiddir və onlar buna görə məsuliyyət daşıyırlar".
Prosesə dövlətin müdaxiləsi
Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar Mərkəzinin rəhbəri İlqar Hüseynlinin sözlərinə görə, pozitiv siyahı - kimyəvi tərkibli dərman preparatlarının ən ucuzunun icbari tibbi sığorta tərəfindən qarşılanmasını həвəfləyir: "Xəstə ilə aptek arasında müəyyən məsələlər ortaya çıxa bilər: məsələn, xəstə patentləşdirilmiş - beynəlxalq adı eyni olan dərman preparatlarının ucuz variantını yox, bazarda daha baha və keyfiyyətli olanını istəyir. Bu zaman onun baha olan hissəsi icbari tibbi sığorta tərəfindən qarşılanmayacaq. Xidmətlər paketi zərfi bunu tənzimləmir. Əslində başa düşüləndir. Kardioloji, diabetdən əziyyət çəkən xəstələrin dərmanla təminatının operativliyi təmin olunsa çox yaxşı olar. Sözsüz ki, bu da təchizatla bağlıdır. Bu proseslər özəl şirkətlər tərəfindən həyata keçirildiyinə görə, bəzi dərman preparatlarının ölkəyə gəlişində fasilələr yaranır. Hesab edirəm ki, Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin yanında dövlətin maliyyələşməsi əsasında dərman preparatlarının fasiləsiz təchizatını təmin edən bir qurum təsis olunmalıdır ki, prosesi özəl şirkətlərin asılılığından azad etsinlər. Gecikmələr məhz bununla bağlıdır. Bu prosesə dövlətin müdaxiləsi mütləq lazımdır". Ekspert bildirir ki, qanuna görə, ambulator xəstələrin təchizatı ilə bağlı müqavilə sənədi var: "Bu sənəd əsasında yerli icra hakimiyyəti qurumları ilə apteklər tərəfindən müqavilələr bağlanır. Müqavilələrə əsasən, artıq icbari tibbi sığorta üzrə daxil olan və sığorta həcmi qarşılanan reseptlərin pulsuz buraxılışına imkanlar yaradılır. Əgər bu müqavilə yoxdursa, müəssisə buna getmir. 2026-cı ildə bu, hələ geniş vüsət almayıb. Ambulator xəstələrin reseptlərinin qarşılanması halları müşahidə olunmur".
Xəbərin oxunma sayı : 1195
Sosial
Xəbərlər
-
Bu gün instaqramda diqqət çəkənlər - FOTOLAR
-
Azərbaycan klublarının yay transferləri - Kim gəlir, kim gedir?
-
Yeni Klinikanın direktor müavini işdən çıxarıldı - Anar Bayramovdan əmr
-
Trampın 400 milyonluq layihəsinin tikintisi dayandırıldı - Məhkəmə tərəfindən
-
Girişi pullu edilən Ramramay şəlaləsinə qalxan yol bərbad vəziyyətdədir - VİDEO
-
Malayziyadan gətirilən bioloji aktiv qida məhsullarında uyğunsuzluq aşkarlanıb - FOTO
-
Tərtərdə iki nəfəri öldürən və evi yandıran şəxs tutulub - VİDEO
-
Əməliyyatdan 12 gün sonra ölən Adillə bağlı - Cinayət işi açıldı
-
Rusiya NATO ölkəsinə hücum edə bilər - “The Wall Street Journal”
-
Azyaşlı şəkər xəstəsi olduğu üçün “Barama“ uşaq bağçasından kənarlaşdırılıb - VİDEO
-
“Məkkə sazişi sülhün təmin olunmasını hədəfləyən bütün ölkələr üçün açıqdır“ - Ərdoğan
-
Gədəbəydə 3 məktəb bağlandı - Şagird və müəllimlərin aqibəti necə olacaq?
-
Parkdakı fəvvarənin hissələrini oğurladı - Saxlanıldı
-
“Yunanıstanın Egey planı birtərəfli addımdır“ - Türkiyə XİN
-
Ağdaşda 17 yaşlı qıza nişan keçirildi - Valideynləri polisə çağırıldı
-
Baş prokuror Laçın və Qubadlıda - FOTOLAR
-
Kiberpolis xarici saytlara hücumlar təşkil edən şəxsləri saxlayıb - VİDEO
-
Azərbaycan “Qlobal Sülh İndeksi”ndə 110-cu yerdə qərarlaşıb - Siyahı
-
Süleyman Mikayılovun müavininə hökm oxundu - 1 il 3 ay
-
Bəzi yerlərə yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
-
“Kəpəz“ Hospitalında faciə: Qadın plastik əməliyyatdan sonra öldü
-
“Azərlotereya” yalnız uduşu reklam edir - Bəs uduşsuz biletlərin sayı niyə açıqlanmır?
-
Həftəsonu güclü külək əsəcək - XƏBƏRDARLIQ
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
-
Azərbaycanda vergi borcları 4 milyard manatı keçib - Hesabat
-
Putin hakimiyyətini qorumaq tapşırığı verib - Rusiya elitasında FSB xofu
-
Jurnalistika ixtisası üzrə qabiliyyət imtahanının nəticəsi: 543 nəfər məqbul qiymət aldı
-
Gəncə şəhərində 20 Yanvar abidəsi zibillik içində - Əbədi məşəl sönüb (VİDEO)
-
Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə saziş imzalayıb - Birgə müdafiə haqqında
-
“Tarqovı”dakı yanğın məhdudlaşdırıldı - VİDEOLAR
-
Velosipedlər Azərbaycana hansı ölkələrdən və neçəyə gətirilib - Siyahı
-
Pərvin Abıyeva son görünüşü diqqət çəkdi - FOTOLAR
-
Bakıda 70 min manatlıq naqil oğurlayan şəxs tutuldu - VİDEO
-
Samir Şərifova yeni vəzifə verildi - Prezident Sərəncam imzaladı
-
Tovuzda qadın qətlə yetirildi - Şübhəli qardaşı oğludur
-
39 dərəcə isti olacaq - Sabaha olan hava proqnozu
-
Prezident bu səfirlərin yerini dəyişdi - Sərəncam
-
Bu il Azərbaycanda tikinti materiallarının nə qədər bahalaşdığı açıqlandı - Qiymətlər
-
Media və Yayım Şurası yaradıdı - Prezident strukturu təsdiqlədi + DETALLAR
-
İdxalçılar üçün müəllif qonorarı tələbi - Ali Məhkəmədən PRESEDENT QƏRAR
-
Pensiya ilə bağlı dəyişiklik - Yığılan pulun bir hissəsi
-
Azərbaycan dövlət xərclərinin ÜDM-də payına görə dünyada 58-ci yerdədir - Siyahı
-
“Bu, bütün dünya üçün fəlakət olacaq” - Tramp xəbərdarlıq edir, İsrail isə...
-
Nigar Fərhada məxsus “Aid Group“la bağlı şikayətlər səngimir - VİDEO
-
Əhalimizin yarısı bu xəstəlikdən əziyyət çəkir - Səbəb
-
Azərbaycanda işçi axtarılır - Əməkhaqqı 10 min manatdır
-
Kartdan istədiyiniz qədər köçürmə edə bilərsiniz - VİDEO
-
Ər-arvadın yanaraq ölməsinə görə həbs edilən var - Evdən 15 min də oğurlanıb
-
Azərbaycanda icra başçısı olmayan rayonlar - SİYAHI
-
Bağlanan universitetin müəllimləri narazıdır - İşsiz qalıblar
-
Pakistanda leysan yağışları - 150-dən çox insan ölüb
-
II Qaregin məhkəmə qarşısına çıxarılır - Ermənistan tarixində ilk
-
“ABŞ-ın İrana genişmiqyaslı hücumu gözlənilir“ - Qalibaf
-
Ən çox çörək və ət yeyən bölgələr - SİYAHI
-
Husilər Səudiyyə Ərəbistanını vurdu - Yaralılar var
-
Azərbaycanda əhalinin neçə faizi ali təhsillidir? - RƏQƏMLƏR
-
Paytaxtın bu yollarında sıxlıq var - SİYAHI
-
Ermənistan suriyalı ermənilərə pasport verir - 81 min dollar ayırıb
-
David Seliverstov ölkədən qaçdı - YENİ İDDİALAR
-
Müavinət alanların diqqətinə: Kimlərin ödənişi dayandırılır?
-
“Azərişıq“ Bakı və ətraf ərazilərdə yeni güc mərkəzləri yaradır - VİDEO
-
Bu il Azərbaycanda tibbi xidmətlərin nə qədər bahalandığı açıqlandı - Qiymətlər
-
İnvestisiya şirkətlərinin yanvar-iyul üzrə dövriyyəsi nə qədər olub? - CƏDVƏL
-
Sabiq nazirin müsadirə olunan əmlakı satıldı - 463 min manata
-
Magistratura üzrə ən az seçilən 5 universitet - SİYAHI
-
Apteklərdə eyni dərman fərqli qiymətə satılır? - VİDEO
-
Restoranın qarşısında kütləvi dava - Ölən və xəsarət alanlar var
-
Nərimanovda yaşayış binasındakı liftlərin istismarı dayandırıldı - Video
-
Azərbaycan nefti ucuzlaşmaqda davam edir - Yeni qiymət
-
Ceyhun Bayramov Kiyevdə - FOTOLAR
-
“Netanyahu ilə aramızda fikir ayrılıqları olur“ - Cey Di Vens
-
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi gizli əməliyyat qrupu yaradıb - Kuba üzrə
-
Özəl universitetlərdə ən çox seçilən ixtisas qrupu - SİYAHI
-
Məşhurlar instaqramda bunları paylaşdılar - FOTOLAR
-
“ABŞ ilə İsrail İranı 48 saat ərzində ələ keçirmək istəyirdi“ - Pezeşkian
-
Süni intellekt dünyanın ən güclü kəşfiyyat xidmətlərini sıraladı - SİYAHI
-
Çempionlar Liqası: “Sabah“ səfərdə “Orhus“a məğlub olub
-
Tbilisi-Bakı qatarı yenə gecikdi - İşıq əngəl oldu
-
Şəmsi Səmədzadə danışdı: O daha mənim həyat yoldaşım deyil - VİDEO
-
İsmayıllı rayonunda mal əti bahalaşıb - VİDEO
-
Metrodakı təmirə görə bu qədər avtobus ayrılacaq - Say açıqlandı
-
“Gözəl qadına əvvəlcə görünüşünə görə yanaşırlar, amma...“ - Aygün Kazımova
-
Ana xəstədirsə, körpəni əmizdirmək təhlükəlidirmi? - Mütəxəssisindən cavab
-
Şokolad alarkən nələrə diqqət etməliyik? - VİDEO
-
“Mənə aid bəzi fikirlər təhrif olunub” - Hikmət Hacıyev
-
Bakıda 108 küçə və prospektdə yol təmiri aparılır − AAYDA
-
İsti havada qəbul edilən bəzi dərmanlar fəsadlar törədə bilər - VİDEO
-
Müharibədə 3 400-dən çox iranlı və 18 ABŞ hərbçisi həlak olub - “Reuters“
-
BMT-dən dəhşətli xəbərdarlıq - 49 milyon insan ac qala bilər
-
“Wildberries” anbar tutumunun üçdə birini itirib - 21-ci hücum
-
“Sea Breeze“də mənzil qiymətləri necə dəyişir? - Qiymətlər
-
Bakıda ticarət mərkəzində FACİƏ: liftin şaxtasına düşüb öldü
-
Pentaqondan kritik addım: Rusiya və Çinə qarşı yeni plan
-
Naxçıvan Şəhər Poliklinikasında tibbi arayış 60-80 manata satılır? - VİDEO
-
Kolleclərdə ən yüksək təhsil haqqı olan ixtisaslar - SİYAHI
-
"Yəhudi David Seliverstov" Kazım Abbasov çıxdı! - Bir dələduzla bağlı SENSASİON detallar
-
Tərtərdə qəbiristanlıqda məzarlar talan edilib - VİDEO
-
Abşeron Xəstəxanasının acınacaqlı vəziyyəti - Yemək iyi bürüyən otaqlarda xəstə qəbulu...
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Nigar Fərhadın əri həbs edildi - Külli miqdarda dələduzluq
-
İrandan Britaniyaya tiryək aparmaq istədilər - Naxçıvanda saxlandı
-
“Şimali Koreya raket kompleksləri Ukrayna üçün qanuni hədəfə çevriləcək” - Sibiqa
-
Metroya və universitetlərə yaxın ev axtaranların diqqətinə: Kirayə bazarında son vəziyyət
-
Keçmiş Rusiya və Avropa rəsmiləri Ukrayna ilə bağlı gizli görüş keçirib - Bloomberg
-
Bakıdan “İsrail bazası“ iddialarına sərt cavab: “Addım-addım gəzək, İsrailə aid nəsə varmı?“
-
Son 200 ildə dünya iqtisadiyyatının liderləri kimlər olub? - Siyahı
-
Türkiyə ordusunda bir ilk: Polkovnik Özlem Karapınar general oldu
-
Mərkəzi Bank yoxlama apardı: “Manato“ 50, rəhbəri 10 min manat cərimələndi
-
9-cu sinif məzunları bu kollecləri seçə bilməz - SİYAHI
-
Bakı metrosunda yeni təyinatlar: Kimlər hansı stansiyaya rəis təyin olundu?
-
Maskın raketi Aya çırpılacaq - Yer üçün təhlükə varmı?
-
Azərbaycanda donuzlarla bağlı monitorinqlər keçiriləcək - AQTA
-
Qabırğası sınıb ürəyinə girmişdi - Kürəkəninə 10 il həbs verildi
-
Xocavəndə növbəti köç karvanı yola salındı - FOTOLAR
-
Ali Məhkəmənin hakimi təqaüdə göndərildi - FOTO
-
Bakıda qısamüddətli yağış yağacaq, külək əsəcək - PROQNOZ
-
Hörmüz boğazı yaxın vaxtlarda yenidən açılacaq - Tramp
-
“Məni narahat edən rəqib yox, özümüzük“ - Qurban Qurbanov
-
Boşandıqdan sonra əmlak bölgüsü - Qanun nə deyir?
-
Yeni hərbi obyektlər istifadəyə verilib - FOTOLAR
TOP 10
ARXİV






