“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

“Yazıçılar, şairlər bədbəxtdirlər“ - Anar Rzayev

Tarix 02.08.26, 19:41

Font ölçüsü : - / +
bitmap-img6


"Xalqımıza ağır itki baş verib. Böyük Xalq şairi, görkəmli dramaturq, həqiqi ziyalı Nəriman Həsənzadə dünyasını dəyişib. Nəriman böyük sənətkar olmaqla bərabər, eyni zamanda böyük insan idi. O, bu məqamda olmaqla bərabər, ictimai xadim, ictimai nüfuzlu bir insan idi. İstər ədəbiyyat sahəsində, istər başqa sahələrdə, istər nəzəriyyə sahəsində xalqın əndişəsi, xalqın xidmətində idi".

Musavat.com xəbər verir ki, bunu yazıçı Anar Rzayev Xalq şairi Nəriman Həsənzadə ilə vida mərasimində deyib.

O bildirib ki, son illər Nəriman Həsənzadə Azərbaycan Yazıçılar Birliyinin Ağsaqqallar Şurasının sədri idi: "Bu, formal vəzifə deyil, amma buna formal yanaşanda xətalar olub. Nəriman ilk gündən möhtəşəm düstur ilə, maraqlı düsturla idarə edib. "Bunu belə edək, bu kitabı çap edək, bu xalq şairlərinin məcmuələrini çap edək" - müxtəlif fikirlərlə gəlib. Həmişə bu təkliflər nəinki rəğbətlə qarşılanıb, Nəriman müəllim, Nəriman Həsənzadə evimizin uzun illər xoş xəbərli ağsaqqalı, bağbanı idi. Mən son aylarda, son ən çətin zamanlarda da onunla telefonla danışmışam. Və hər dəfə də onun mehriban sözlərini eşitmişəm. Bağlılıq, qurban olum... Bu dəfə də onunla danışdım. Və indi mən çox təəssüf edirəm ki, bir daha bu sözləri onun dilindən eşitməyəcəyəm.

Yazıçılar, şairlər bədbəxtdirlər. Çünki taleləri, cəfaları mürəkkəbdir. Həm də bəxtəvərdirlər. Bəxtəvərdirlər ona görə ki, bu dünyadan gedəndən sonra əsərləri yaşayır. Bu gün biz Nərimanla vidalaşırıq. Onun yaratdığı əsərlərə "salam" deyirik. Nəriman yoxdur, amma onun əsərləri həmişə xalqımızın qəlbində olacaq".



Xəbərin oxunma sayı : 115




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap