“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Tərtərdə qəbiristanlıqda məzarlar talan edilib - VİDEO

Tarix 05.08.26, 17:35

Font ölçüsü : - / +
bitmap-img6


Tərtərdə uzun illərdir məskunlaşan Ağdamın Güllücə kənd sakinləri Hüsənli kənd qəbiristanlığında qəbirüstü abidələrə zərər vurulduğunu və məzarların talandığını iddia edirlər.

AzFakt.com xəbər verir ki, sakinlərin sözlərinə görə, naməlum şəxslər onlarla qəbirə ziyan vuraraq gül qablarını oğurlayıblar. Onlar bildirirlər ki, bəzi qəbirlərdə güllər yerə səpələnib, məzarlar isə yararsız vəziyyətə salınıb.

"Köçkün düşəndə bizə Hüsənli kənd qəbiristanlığında yer verdilər. Biz də orada ata-anamızı, bacımızı, qardaşımızı dəfn etmişik. 50-yə yaxın qəbirin gül qablarını aparıblar", - deyə şikayətçi Vidadi Orucov Baku TV-yə bildirib.

Sakinlər aidiyyəti qurumlara müraciət edərək hadisəni törədən şəxslərin tapılmasını və qəbiristanlıqda təhlükəsizlik tədbirlərinin gücləndirilməsini xahiş ediblər.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, hadisə barədə avqustun 1-də rayon polis şöbəsinə məlumat daxil olub.

Qeyd olunub ki, hazırda polis əməkdaşları tərəfindən əməli törədən şəxs və ya şəxslərin müəyyən edilərək saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.





Xəbərin oxunma sayı : 181




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap