| |
|
Yüksək faiz, qanunsuz girov: “S Lombard”ı kim himayə edir?
“Azəraqrar”da qalmqal - “Nazirin komandiri” yeni direktora qarşı...
Məmurların adından “təcili” pul istəyirlər - DTX araşdırma aparır
Sabiq sədr Almaniyada tikinti biznesinə başlayıb - Şərikli bina tikir + FOTO
Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” - Vəzifəli şəxslər həbs edildi
“Qardaşımla birgə 16 milyon vermişik” - Tale Heydərovun ifadəsi oxundu
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Sovet təhsil elitası və cavabsız qalan suallar:Rektor 6 il sonra universitetə necə daxil olub?
"Yəhudi David Seliverstov" Kazım Abbasov çıxdı! - Bir dələduzla bağlı SENSASİON detallar
Tarix 05.08.26, 17:49 |
|
Azərbaycan ictimaiyyətində son vaxtlar özünü “beynəlxalq hüquq müdafiəçisi”, “xeyriyyəçi” və müxtəlif beynəlxalq qurumlarla əlaqəli şəxs kimi təqdim edən “David Seliverstov” adı ətrafında müzakirələr yaranıb. Bu əsnada Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupunun üzvləri - Səidə Qocamanlı, Səadət Bənənyarlı, Novella Cəfəroğlu və Çingiz Qənizadə cəmiyyətdə narahatlıq doğuran bu məsələ ilə bağlı redaksiyamızla əlaqə saxlayıblar.
Onlar həm cəmiyyətə, həm də hüquq-mühafizə orqanlarına müraciət hazırladıqlarını bildiriblər. Prezident tərəfindən "Şöhrət" ordeni, eləcə də Heydər Əliyevin 100 illiyi münasibətilə təsis olunmuş yubiley medalı ilə təltif edilmiş hüquq müdafiəçilərinin narahatlığına səbəb müxtəlif vətəndaşlardan daxil olan zənglər və müraciətlərdir. Onların sözlərinə görə vətəndaşlar müraciətlərində qeyd edirlər ki, Azərbaycan cəmiyyətində özünü yəhudi kimi təqdim edən və beynəlxalq yəhudi insan hüquqları təşkilatının təmsilçisi kimi qələmə verən “David Seliverstov” adlı şəxs fəaliyyət göstərir...
Vətəndaşlar onlara müraciətlərində bu adda şəxsin kimliyi, hansı statusla fəaliyyət göstərməsi və verdiyi vədlərlə bağlı narahatlıqlarını ifadə ediblər. İddialara görə, həmin şəxs müxtəlif insanlara problemlərinin həllində kömək edə biləcəyini bildirir, nüfuzlu şəxslərlə əlaqələrinin olduğunu vurğulayır və bu əlaqələr üzərindən etimad yaratmağa çalışır. Məhz bu müraciətlərdən sonra hüquq müdafiəçiləri onun fəaliyyəti və kimliyi ilə bağlı araşdırma aparmağa başlayıblar. Hüquq müdafiəçiləri açıqlamalarında qeyd edirlər ki, Azərbaycanda “David Seliverstov” adı ilə rəsmi qeydiyyatda olan şəxs sadəcə yoxdur. Onların təqdim etdiyi məlumatlara görə, bu adla çıxış edən şəxsin əslində Kazım Elşən oğlu Abbasovdur. Həmin şəxs 26 mart 1988-ci il tarixində Bakı şəhərində anadan olub. İddialara əsasən, onun müxtəlif dövrlərdə fərqli ad və təqdimatlarla ictimai fəaliyyət göstərdiyi bildirilir.
Hüquq müdafiəçiləri xüsusi olaraq vurğulayıblar ki, bu gün “beynəlxalq hüquq müdafiəçisi” kimi özünü cəımiyyətə sırayan əslində əvvəllər dəfələrlə məhkum olunmuş Kazım Elşən oğlu Abbasovdur. Təqdim olunan məlumatlara görə Kazım Elşən oğlu Abbasov 2011-ci ildə Nəsimi Rayon Polis İdarəsi tərəfindən tutulub. Ona Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə (xeyli miqdarda ziyan vurmaqla dələduzluq) maddələri ilə ittiham irəli sürülüb. Sonradan məhkəmənin hökmü ilə 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Kazım Abbasov barəsində həmçinin Xəzər Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 310 - vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə və 320.2-ci - saxta sənədlərdən bilə-bilə istifadə etmə maddələri cinayət işi başlanıb. Bu iş üzrə Kazım Abbasov 2 il müddətinə azadlıqdan məhrumetmə və 3500 manat cərimə cəzasına məhkum olunub. Daha sonra, təqdim olunan məlumatlara əsasən, Kazım Abbasov 29 sentyabr 2014-cü ildə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən tutulub. Bu iş üzrə ona Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri - külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ittihamı elan olunub. 2016-cı ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 12 il müddətinə azadlıqdan məhrum edilib.
Hüquq müdafiəçiləri qeyd edirlər ki, 2022-ci ildən sonra azadlığa çıxan Kazım Abbasov özünü başqa bir imicdə təqdim etməyə başlayıb. “David Seliverstov” adı ilə çıxış etməklə özünü beynəlxalq insan hüquqları təşkilatlarından birinin nümayəndəsi, yəhudi icması ilə əlaqəli şəxs və xeyriyyəçi kimi tanıtmaqdadır. Onun müxtəlif tədbirlərdə çıxış etdiyi, Azərbaycan-İsrail münasibətləri ilə bağlı fikirlər səsləndirdiyi və sosial şəbəkələrdə aktiv olduğu qeyd olunur. Kazım Abbasov – “David Seliverstov” Bakıda, Bəhruz Qasımov kücəsində ofisdən istifadə edir. Hüquq müdafiəçilərinin dediyinə görə ofisdə təhlükəsizlik tədbirləri yüksək səviyyədə təşkil olunub, ofisə daxil olan şəxslərin telefonları əllərindən alınır, mühafizəçilər onların üstünü dəmiraxtaranla yoxlayırlar. Kazım Abbasov - “David Seliverstov”un ofisinə gələn şəxs gücləndirilmiş təhlükəsizlik tədbirlərindən sonra onun hüzuruna buraxılır. Həmin şəxs onun hüzurunda olduğu müddətdə daim mühafizəçilərin nəzarəti altında saxlanılır.
“David Seliverstov”un ofisində 2 vəkil saxladığı, müxtəlif şəxslərlə vəkillərin tərtib etdiyi sənədlər üzərindən müqavilələr bağladığı da məlumdur. “David Seliverstov” Bakıda mühafizə altında “Cadillac” brendinin flaqman yolsuzluq avtomobili hesab olunan “Cadillac Escalade” modelli, Az 77 AX 911 nömrə nişanlı avtomobildə hərəkət edir. Onun müxtəlif dövlət qurumlarında tanınmış şəxslərlə yaxın münasibətlərinin olduğunu nümayiş etdirdiyi də gələn məlumatlar sırasındadır. Hətta içkili halda ən müxtəlif yüksək vəzifəli şəxslərin ünvanına nalayiq sözlər işlətməsi, söyüşlər söydüyünü də hüquq müdafiəçiləri xüsusi qeyd edirlər. Bildirirlər ki, o, müxtəlif şəxslərə hədə-qorxu gəlməkdən də çəkinmir. Onun vəzifəli himayəçiləri barəsində Hüquq Müdafiəçilərinin Monitorinq Qrupunda məlumat olsa da, etika xatirinə hələ ki, həmin şəxslərin adları da açıqlanmır.
Hazırda əsas sual ondan ibarətdir ki, özünü beynəlxalq hüquq müdafiəçisi kimi təqdim edən bu şəxsin real fəaliyyəti, hüquqi statusu və təmsil etdiyi qurumlar hansılardır? Əgər bir şəxs həqiqətən beynəlxalq hüquq müdafiəçisi kimi fəaliyyət göstərirsə, onun təmsil etdiyi təşkilatların rəsmi qeydiyyatı, fəaliyyət istiqamətləri və beynəlxalq əlaqələri açıq olmalıdır. Digər tərəfdən, əgər vətəndaşlara yanlış məlumat verilməsi, saxta statusdan istifadə və ya başqa hüquq pozuntuları ilə bağlı faktlar mövcuddursa, bu məsələlər aidiyyəti qurumlar tərəfindən araşdırılmalı və hüquqi qiymət verilməlidir.
Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupunun üzvləri mətbuat vasitəsi ilə DİN, DTX və Baş Prokurorluqdan bu sualların araşdırılmasını xahiş edirlər. /musavat.com








Xəbərin oxunma sayı : 2812
Gündəm
Xəbərlər
-
AMB-nin valyuta ehtiyatları rekord həcmə çatıb - RƏQƏMLƏR
-
Məmur Natiq Hümmətov, onun qardaşı, iki şirkət və 200 milyon manat...
-
İpoteka və Kredit Zəmanət Fondu rəhbəri dəyişdi - SƏRƏNCAM
-
Altı ayda Azərbaycana 18,4 milyon cüt ayaqqabı gətirilib - Cütü 3,5 dollara
-
Sabah Bakıda və rayonlarda yağış yağacaq - PROQNOZ
-
Vladimir Putin İlham Əliyevə zəng edib - Müzakirə
-
Bakıda “lombard əməliyyatı“ - 22 800 manatlıq dələduzluq
-
Seriyalı qatillər ən çox hansı ölkələrdə qeydə alınıb? - Siyahı
-
Ayı piyindən sabun bişirilən kənd: Zaqatalanın Sabunçusu (VİDEO)
-
Bakıda mənzillərin ən çox ucuzlaşdığı və bahalaşdığı ərazilər açıqlandı - SİYAHI
-
Vüsal Aslanov Bakı metrosunu niyə obyektə çevirir? - 3 min manatlıq bəla...
-
“Azərbaycan 2032-ci ildən 2 yeni yaşıl enerji dəhlizini istifadəyə verəcək“ - Pərviz Şahbazov
-
Başqasının kosmetikasından “ortaq” istifadə qətiyyən olmaz - Nazirlik
-
18 yaşlı azərbaycanlı İsveç siyasətində - Ən gənc namizəddir
-
Azərbaycanda bağçılıq subsidiyalarının şərtləri sadələşdirilib - Bu tələb aradan qaldırılır
-
Səkidə yerləşdirilən lövhə piyadaların hərəkətini çətinləşdirdi - VİDEO
-
Kənd təsərrüfatında potensial təhlükə: Avadanlıqlar casusluq alətinə çevrilə bilər?
-
Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi
-
25 min manata yaxın pul yığıb yol çəkdirdilər, üç gün sonra dağıldı - VİDEO
-
Avropa İttifaqının şengen vizasını elektronlaşdırması azərbaycanlı turistlər üçün nəyi dəyişəcək? - VİDEO
-
“Qərarı göstərin, tabe olaq“ - Xətaidə qaraj QALMAQALI - VİDEO
-
Hörmüz boğazında yeni koridorla bağlı saziş imzalanacaq - Rzayi açıqlayıb
-
Taksi sürücüləri uşaqlı sərnişinləri daşımaqdan niyə imtina edirlər? - VİDEO
-
Bakıda leysan, bölgələrdə şimşək və dolu... - Xəbərdarlıq
-
Azərbaycanda bu maşınlara tələbat artdı - VİDEO
-
Prezidentin sosial media hesablarından videoçarx paylaşılıb - VİDEO
-
Bədənimizdə niyə qəfildən göyərmələr peyda olur? - Xəbərdarlıq
-
Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO
-
Putin müharibəni yalnız bu şərtlə dayandıracağını açıqlayıb - Bloomberg
-
Bakıda mənzillərin ən çox ucuzlaşdığı və bahalaşdığı ərazilər açıqlanıb - Siyahı
-
Nazir 5 ay əvvəl təyin etdiyi agentlik rəisini işdən çıxardı - FOTO
-
ABŞ məğlubiyyətini iqtisadi təzyiqlə kompensasiya etməyə çalışır - Abdullahi
-
Kənddə yaşayanlar kənd təsərrüfatından nə qədər qazanır? - Siyahı
-
Müharibənin başa çatmasını yaxınlaşdırmağa hazırıq - Zelenski
-
Bakının göydələnləri, yoxsa başımızın üstündən asılan “Gilyotin“? - FOTOLAR
-
Prezidentlə xanımı Əziz Yıldırım və qızı ilə görüşüb - FOTO
-
Heyvan sayında azalma - Mal əti daha da bahalaşacaq?
-
Dolu düşəcək, qar yağacaq - Sabahın hava proqnozu
-
Prezident Hərbi Dəniz Qüvvələrində olub - FOTOLAR
-
Azərbaycanda uşaq böyütmək neçəyə başa gəlir? - RƏQƏMLƏR
-
Bakıda daha bir çimərlik vətəndaşların əlindən alınır? - FOTOLAR
-
Şahin Mustafayev iranlı nazirlə danışdı - Nələr müzakirə olundu?
-
ABŞ DÇ-dən nə qədər gəlir əldə edib? - Tramp açıqladı
-
3 gün, 3 gecəlik toyun sonu ŞOK oldu - Gəlin 5 milyon lirəlik qızılla qaçdı
-
İsrail Livanı yenə bombaladı - Ölən və yaralananlar var
-
“Bəzi rayonlara qısamüddətli yağış yağıb, şimşək çaxıb“ - Faktiki hava
-
Masazır sakinlərini qorxudan məsələnin aqibəti necə oldu? - VİDEO
-
Avropaya səyahət edənlərə xəbərdarlıq - Sərhəd qaydaları sərtləşdirilir
-
Baha ət, ucuz kolbasa: Bu necə baş verir?
-
Yağış, sel, güclü külək... - FHN-dən müraciət
-
Ağdamda traktor minaya düşdü - xəsarət alan var
-
Maşın bazarında vəziyyət: Qiymətlərə hansı amillər təsir edir? (VİDEO)
-
90-lardan vəzifədə qalanlar, pensiya alanlar - Ən stajlı 20 icra başçısı + SİYAHI
-
Payız gəlmədən bahalıq gəldi: Üzüm, şaftalı və xiyarın son qiymətləri - VİDEO
-
Narkotikin təsiri altında nömrəsiz maşın sürdü - Həbs edildi
-
BMT xəbərdarlıq edir: İstilər pik həddə çatacaq, fevrala qədər davam edəcək
-
Avropa ABŞ texnologiyalarından imtina etmək istəyir: Müdafiə sənayesi həyəcan təbili çalır
-
İşə qəbul müsahibəsi başa çatıb - Namizədlər nə etməlidir?
-
MİQ-in müsahibə mərhələsinin nəticələri - Açıqlandı
-
“Ayaq qoymağa qıymıram ki, şəhid qanı var“ - Şuşada daşlara həkk olunan məsuliyyətsizlik
-
“Sabah“ futbol klubundan inanılmaz QƏRAR - 10 milyon manatlıq layihə gəlir
-
Tələbə yataqxanalarında vəziyyət necədir? - Qiymətlər, yerlər və güzəştlər
-
Zaxarovadan gözlənilməz “bəyanat” - Mahnı müəllifi oldu+Video
-
Azərbaycanda qadınlarla kişilərin maaşı arasında ciddi FƏRQ
-
Bakıda bir evin üç ünvanı: Mülk sahibi çıxılmaz durumda (VİDEO)
-
Yağış yağacaq, dolu düşəcək - Sabahın havası
-
Suşi sevənlərə pis xəbər: Şok edən nəticələr
-
Baş nazir olduğum günü lənətlədiyim vaxtlar olub - Paşinyan
-
Nepal təbii fəlakət məngənəsində: 1344 ölü, minlərlə itkin var
-
Pul üstündə tanışlıq elanı yazanlara cəza xəbərdarlığı - Açıqlama
-
İran ABŞ ilə münaqişəni aylarla uzatmağa hazırdır - Məqsəd nədir?
-
Səlim Müslümovun bu evi satışa çıxarıldı - Yarı qiymətə
-
DÇ-dən sonra transferlərə 10 milyard xərcləndi - Tarixi rekord
-
Naxçıvan sakinlərinə şad xəbər - Bu bütün rayonlarda yaradılacaq...
-
“ABŞ bəzi ölkələrlə ticarəti dayandıra bilər” - Donald Tramp
-
Qisasını qardaşı arvadının maşınından aldı - Bakıda qəribə ailə münaqişəsi
-
Ermənistanlı hüquq müdafiəçisinin iddiaları əsassız və qərəzlidir - Səbinə Əliyeva
-
Pentaqon Venesuela neftini maya dəyərinə alacaq - Sazişin heyrətləndirici detalı
-
Sabiq nazirə cinayət işi açıldı - “Vətənə nadir hallarda gəlir”
-
Gömrükdə yeni qayda: İdxalçılar üçün əlavə xərc yaranacaq? - VIDEO
-
“Xalq yazıçısı”, “Xalq şairi”, “Xalq artisti“ sonuncu dəfə kimlər olub? - SİYAHI
-
ABŞ İrəvanı Bakı ilə razılığa gəlməyə necə inandıra bilib? - Yeni İDDİA
-
Bu şirkətin milyonluq əmlakları satışa çıxarılır - Müsabiqə yolu ilə
-
Toy biznesində böhran: Şadlıq evləri mərasim zallarına çevrilir (VİDEO)
-
Saxta balı sıradan çıxaracaq yeni sanitariya norma və qaydaları gəlir - Video
-
Aİ-dən Qəzza ilə bağlı qəti̇ mövqe: Fələstinlilərin köçürülməsi rədd edildi
-
Eyni ərazidə oxşar olan evlərin qiymətində kəskin fərq olmasının səbəbi nədir? - VİDEO
-
Yeni dərs ilində yollarda vəziyyət necə olacaq? - VİDEO
-
Bir imza ilə hər şeyinizi itirə bilərsiniz - XƏBƏRDARLIQ
-
Kamran Əliyev vətəndaşları qəbul etdi - FOTOLAR
-
Prezidentin yeni təyin etdiyi səfirlər kimlərdir? - DOSYE
-
Müdafiə Nazirliyinin eks-idarə rəisinə cinayət işi açıldı - Milyonluq yeyinti
-
Azərbaycan və Qazaxıstan XİN rəhbərləri telefonla danışıb - Nələr müzakirə olunub?
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
-
Hərbi Dəniz Qüvvələrinin bölmə rəisi həbs olundu - Sonra azadlığa buraxıldı
-
Sabahdan leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
-
Məktəbli çantasında hansı əşyalar olmalıdır? - Artıq əşyaların siyahısı
-
Kommunal xidmətlərə ən çox və ən az pul xərcləyən rayonlar hansılardır? - Tam siyahı
-
Sabiq icra başçısının oğlunun obyekti bağlandı - VİDEO
-
Prezident iki ölkəyə səfir təyin etdi - SƏRƏNCAM
-
Naxçıvanda qalmaqal: Kənd bələdiyyə sədri və kürəkəni vətəndaşı döydü
-
Azərbaycanlı biznesmen bu ticarət mərkəzini aldı - Moskvada yerləşir
-
“Dondurma kralı” 8,5 milyonluq biznesini satıb - Rahib olmaq istəyir
-
Məzuniyyət neçə gün olmalıdır? - Staja və vəzifəyə görə fərqli qaydalar
-
Hava ilə bağlı xəbərdarlıq -Temperatur yüksəlir
-
Sürücülərin nəzərinə:“Şamaxinka“da yol bağlanır
-
MİDA bu rayonlarda mənzillərin qiymətini kəskin qaldırıb - Son qiymətlər
-
Axtarışda olan iki nəfər Rusiyada tutuldu - Azərbaycana gətirildi
-
Xəstəni məmnun etməyən həkim az qazanacaq - Yeni sistem
-
Bakıda bu yollarda məhdudiyyət olacaq - XƏBƏRDARLIQ
-
Mənzil seçimində təhlükəsizlik tədbirləri gücləndirilib - MİDA
-
Azərbaycandan qaçan vəzifəli şəxs tutuldu - Ölkəyə gətiriləcək
-
Sentyabrda kimlərin bəxti gətirəcək? - Bürclər üzrə proqnoz
-
Mehdiyevin böyük sərvəti - 70 milyon, yoxsa 7 milyard...
-
Aİ İrana qarşı iqtisadi təzyiq kampaniyasına qoşulub - Bessent
-
Gömrükdə “təzə soğan” yükündən 25,5 kq marixuana çıxdı - Video
-
Həyətlərində naməlum obyekt tikildiyini iddia edirlər - VİDEO
-
Aylıq ödəniş etsə də, hesabına 1306 manat borc yazıldı - VİDEO
-
Etirazları dəstəklədi, 12 il həbsə məhkum edildi - Bütün var-dövləti əlindən alındı
-
Bakıda bu yollar bağlanacaq: Sürücülərə xəbərdarlıq
TOP 10
ARXİV






