“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Ali Məhkəmənin hakimi təqaüdə göndərildi - FOTO

Tarix 05.08.26, 12:54

Font ölçüsü : - / +
bitmap-img6


Avqustun 5-də Ali Məhkəmənin Cinayət kollegiyasının hakimi Şahin Yusifovun təqaüdə yola salınması münasibətilə tədbir keçirilib.

AzFakt.com xəbər verir ki, Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov çıxış edərək bildirib ki, Ş.Yusifov uzun illər məhkəmə-hüquq sistemində müxtəlif məsul vəzifələrdə çalışıb. O, 2007-ci ildən Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi, 2010-2020-ci illərdə isə Ali Məhkəmənin Cinayət Kollegiyasının sədri kimi fəaliyyət göstərib. O, Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə “Tərəqqi” medalı və II dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Tədbirdə Şahin Yusifovun zəngin təcrübəsinin gələcəkdə də gənc hüquqşünasların və yeni nəsil hakimlərin formalaşmasına, onların peşəkar kimi yetişməsinə əhəmiyyətli töhfə verəcəyinə əminlik ifadə olunub.

Qeyd edək ki, 1961-ci il təvəllüdlü Ş.Yusifov 1987-1989-ci illərdə Gürcüstan Respublikası Kutaisi qarnizonu hərbi prokurorluğunun müstəntiqi, 1989–1992-ci illərdə Naxçıvan qarnizonu hərbi prokurorluğunun baş müstəntiqi, hərbi prokurorun köməkçisi, hərbi prokurorun müavini və hərbi prokuror, 1992-2000-ci illərdə Bakı qarnizonu hərbi məhkəməsinin sədr müavini, 2000-2007 Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin hakimi – Hərbi Məhkəmələrin İşləri üzrə Məhkəmə Kollegiyasının sədri, 2008-ci ildə Ali Məhkəmənin Hərbi Məhkəmələrin İşləri üzrə Məhkəmə Kollegiyasının sədri, 2010-2020-ci illərdə Ali Məhkəmənin Cinayət Kollegiyasının sədri vəzifələrində çalışıb.





Xəbərin oxunma sayı : 175




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap