“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

9-cu sinif məzunları bu kollecləri seçə bilməz - SİYAHI

Tarix 05.08.26, 14:25

Font ölçüsü : - / +
bitmap-img6


9 illik orta təhsil bazasında kolleclərə ixtisas seçimi davam edir. Abituriyentlər seçimlərini edərkən bəzi orta ixtisas təhsili müəssisələrinin yalnız tam (11 illik) orta təhsil bazasında tələbə qəbulu apardığını nəzərə almalıdırlar.

AzFakt.com Azedu.az-a istinadən xəbər verir ki, bir sıra kolleclər 11 illik orta təhsil bazasında qəbul planında yer alsa da, həmin təhsil müəssisələrinə 9 illik orta təhsil bazasında qəbul aparılmır. Bu səbəbdən 9-cu sinif məzunları həmin kollecləri seçim siyahılarında görə bilməyəcəklər.

11 illik orta təhsil bazasında qəbul aparılıb, lakin 9 illik orta təhsil bazasında qəbul nəzərdə tutulmayan kolleclər sırasında 1 nömrəli Bakı Tibb Kolleci, 2 nömrəli Bakı Baza Tibb Kolleci, Azərbaycan Dövlət Dəniz Akademiyasının nəzdində Azərbaycan Dənizçilik Kolleci, Naxçıvan Tibb Kolleci, Gəncə Tibb Kolleci, Ə. Əliyev adına Sumqayıt Tibb Kolleci, Quba Tibb Kolleci, Mingəçevir Tibb Kolleci, Şəki Tibb Kolleci, Lənkəran Tibb Kolleci, Saatlı Tibb Kolleci və Cəlilabad Tibb Kolleci yer alır.

Eyni zamanda, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı İlahiyyat İnstitutunun nəzdində Bakı İlahiyyat Kolleci, Azərbaycan Dövlət Aqrar Universitetinin nəzdində Gəncə Dövlət Aqrar Kolleci, Odlar Yurdu Kolleci və Bakı Avrasiya Kolleci də yalnız 11 illik orta təhsil bazasında qəbul aparan orta ixtisas təhsili müəssisələri sırasındadır.



Xəbərin oxunma sayı : 358




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap