“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Metroya və universitetlərə yaxın ev axtaranların diqqətinə: Kirayə bazarında son vəziyyət

Tarix 05.08.26, 16:00

Font ölçüsü : - / +
bitmap-img6


Yeni tədris ilinin yaxınlaşması ilə Bakıda kirayə mənzil bazarında canlanma müşahidə olunur. Xüsusilə universitetlərə yaxın ərazilərdə kirayə mənzillərə tələbin artması qiymətlərin necə dəyişəcəyi ilə bağlı suallar yaradır.

AzFakt.com xəbər verir ki, məsələ ilə bağlı Sfera.az-a açıqlama verən Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc bildirib ki, təhsil müəssisələrinin yerləşdiyi ərazilərdə kirayə qiymətlərində nəzərəçarpacaq artım müşahidə edilir.

Ekspert qeyd edib ki, avqust ayından başlayaraq sentyabrın əvvəllərinə qədər tələbələrin mənzil axtarışları artdığı üçün bazarda tələb yüksəlir. Onun sözlərinə görə, 50 mindən çox abituriyentin tələbə adını qazanması kirayə seqmentinə müraciət edənlərin sayını artırır və təkliflərin məhdud olması qiymət artımına gətirib çıxarır.

V.Orucovun sözlərinə görə, tələbələrin əsas seçdiyi ərazilər metro stansiyalarına, nəqliyyat xətlərinə və universitetlərə yaxın zonalardır. Bu baxımdan o Yasamal, Nərimanov, Nəsimi, Xətai və Binəqədi rayonlarında qiymət artımının daha çox hiss olunduğunu vurğuladı

Ekspert dediki, qiymət artımı əsasən orta və aşağı seqmentdə yerləşən mənzillərə təsir edir:

"Tələbələrin daha çox üstünlük verdiyi bir və iki otaqlı mənzillərdə qiymət artımı daha çox nəzərə çarpır və bəzi ərazilərdə bu göstərici 25 faizə qədər çata bilir. Xüsusilə, "Elmlər Akademiyası", "İnşaatçılar", "20 Yanvar", "Memar Əcəmi", "28 May", Tibb Universitetinin ətrafı, "Xətai" metro stansiyası, Ağ Şəhər, "Azadlıq prospekti", "Dərnəgül", "Gənclik" və "Nəriman Nərimanov" istiqamətlərində tələb daha yüksəkdir və qiymət artımı artıq özünü göstərməyə başlayıb".

Ekspert əlavə edib ki, universitetlərə yaxın ərazilərdə qiymətlər digər rayonlarla müqayisədə təxminən 10-20 faiz fərqlənir:

"Bu fərq mənzilin yerləşdiyi ərazi, binanın yeni və ya köhnə olması, eləcə də nəqliyyat əlçatanlığı kimi amillərdən asılı olaraq dəyişir".

Tələbələrin büdcəyə qənaət etmək üçün daha çox ictimai nəqliyyatdan istifadə etdiyini deyən ekspert, nəqliyyat imkanlarının kirayə qiymətlərinə təsir edən əsas faktorlardan biri olduğunu diqqətə çatdırıb.

V.Oruc onu da bildirdi ki, tələbə yataqxanalarının sayının artırılması kirayə bazarına olan təzyiqi azalda bilər.



Xəbərin oxunma sayı : 247




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap