“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Hörmüz boğazı yaxın vaxtlarda yenidən açılacaq - Tramp

Tarix 05.08.26, 12:21

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ Prezidenti Donald Trump Yaxın Şərqdə İranla müharibədən sonra bağlanan boğazların, o cümlədən Hörmüz boğazının yaxın vaxtlarda yenidən açılacağını bildirib. Onun sözlərinə görə, bu ya danışıqların nəticəsində, ya da İrana güclü zərbə endirildikdən sonra baş verəcək.

Bu barədə o, Fox News telekanalına müsahibəsində danışıb.

Tramp bildirib ki, ABŞ İrana qarşı İkinci Dünya müharibəsindən bəri ən güclü hərbi zərbəni hazırlayırmış. Lakin onun iddiasına görə, Tehran Vaşinqtona müraciət edərək danışıqlar aparmağı xahiş edib.

“Boğazlar çox tezliklə açılacaq. Ya İranla razılıq əldə olunacaq, ya da onlara çox güclü zərbə endiriləcək və nəticədə boğazlar açılacaq. Biz İkinci Dünya müharibəsindən bəri ən böyük hücumu hazırlayırdıq. Onlar isə mənə zəng edərək çox nəzakətlə dedilər: ‘Zəhmət olmasa, danışa bilərikmi?’ Mən də cavab verdim: ‘Bəli, danışa bilərik. Gəlin işi sona çatdıraq’”, – deyə Tramp bildirib.

ABŞ prezidenti bir daha vurğulayıb ki, İranın nüvə silahına sahib olmasına imkan verilməyəcək.

“Əgər onlar öhdəliklərindən yenidən imtina etsələr, çox ağır zərbə alacaqlar. Bunu bilirlər və anlayırlar. Mənim başqa seçimim yoxdur. İranın nüvə silahı ola bilməz. Məsələ bu qədər sadədir”, – deyə Tramp əlavə edib.

Xatırladaq ki, bundan bir neçə saat əvvəl Axios nəşri ABŞ-ın İranla Hörmüz boğazının yenidən açılmasını nəzərdə tutan müvəqqəti razılaşmanı elan etməyə hazırlaşdığı barədə məlumat yayıb.

Məlumata görə, 60 gün müddətinə nəzərdə tutulan sənəd Oman vasitəçiliyi ilə İran arasında bağlanacaq və Tehranın boğaza nəzarətlə bağlı bəzi tələblərini qismən nəzərə alan şərtləri özündə əks etdirəcək.



Xəbərin oxunma sayı : 430




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap