“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Bu il Azərbaycanda tikinti materiallarının nə qədər bahalaşdığı açıqlandı - Qiymətlər

Tarix 07.08.26, 13:23

Font ölçüsü : - / +
bitmap-img6


Bu ilin ilk yarısında Azərbaycanda əksər tikinti materiallarının qiymətlərində artım, bəzilərində isə ucuzlaşma müşahidə olunub.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, məbləğ baxımından ən böyük qiymət artımı kəsilmiş taxtada qeydə alınıb.

Bu tikinti materialının 1 kubmetrinin orta pərakəndə satış qiyməti 355,4 manatdan 357 manata yüksələrək 1,6 manat və ya 0,44% artıb.
İkinci ən böyük artım parketin qiymətində qeydə alınıb. Parketin 1 kvadratmetrinin qiyməti orta satış qiyməti 40 manatdan 40,6 manata yüksəlib. Beləliklə, qiymət 0,6 manat və ya 1,4% artıb.

Faiz baxımından isə ən çox bahalaşan tikinti materialı təmir-tikinti işlərində istifadə olunan gips olub. Onun qiyməti 0,29 manatdan 0,30 manata yüksələrək 3,45% artıb. Onu sement (3,25%) və ruberoid (3,24%) izləyib.

Qiyməti ən çox ucuzlaşan tikinti materialı isə ağac-lifli lövhə olub. Bu materialın 1 kvadratmetrinin orta qiyməti 14,2 manatdan 14,1 manata düşərək 0,1 manat və ya 0,99% ucuzlaşıb. Ağac-yonqar lövhənin qiyməti isə 0,02 manat və ya 0,14% azalıb.

Siyahıda yer alan tikinti materiallarının qiymətləri və son 6 aydakı dəyişiklik belə olub:
Polietilen su borusu – 1 metr 1,84 manat (+0,55%);
Kanalizasiya borusu –  1 metr 2,58 manat (+0,78%);
Kəsilmiş taxta – 1 kub metr 357 manat (+0,44%);
Ağac-yonqar lövhə – 1 kv. metr 14,13 manat (-0,14%);
Ağac-lifli lövhə – 1 kv. metr 14,1 manat (-0,99%);
Parket – 1 kv. metr 40,6 manat (+1,40%);
Laminat parketi –  1 kv. metr 17,3 manat (+0,76%);
Kərpic – 1 ədəd 0,43 manat (0%);
Sement – 50 kq 10,16 manat (+3,25%);
Metal kirəmit – 1 kv. metr 12,92 manat (+0,78%);
Ruberoid – 1 kv. metr 2,23 manat (+3,24%);
Keramik plitə – 1 kv. metr 14,9 manat (+0,95%);
Divar kağızı üçün yapışqan – 1 kq 27,75 manat (+1,39%);
Gips – 1 kq 0,30 manat (+3,45%);
Keramik plitə yapışdırıcısı – 20 kq 5,88 manat (+1,73%);
Alçı lövhə (alçıpan) – 1 kv. metr 4,65 manat (+0,22%);
Divar və ya tavan örtüyü üçün istifadə olunan plastik material (lambrin) – 1 kv. metr 6,93 manat (+2,82%).



Xəbərin oxunma sayı : 190




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap