“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Müavinət alanların diqqətinə: Kimlərin ödənişi dayandırılır?

Tarix 06.08.26, 12:24

Font ölçüsü : - / +
bitmap-img6


Məcburi köçkünlərə vahid aylıq müavinətin təyin olunması ilə bağlı açıqlama verilib.

Son vaxtlar Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə vahid aylıq müavinətin ödənilməsi ilə bağlı çoxsaylı yazılı və şifahi müraciətlər daxil olur.
Komitədən bildirilib ki, xüsusilə valideynlərindən biri "məcburi köçkün" statusuna malik olmayan şəxslər onlara niyə vahid aylıq müavinət təyin edilmədiyi ilə bağlı suallar ünvanlayırlar.

Qeyd olunub ki, vahid aylıq müavinət işğal nəticəsində doğma torpaqlarını, daşınmaz əmlakını və əvvəlki yaşayış şəraitini itirmiş şəxslərə dövlət tərəfindən göstərilən fərdi dəstək mexanizmidir. Bu ödənişin təyin edilməsi Nazirlər Kabinetinin 24 yanvar 2017-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiqlənmiş qaydalar əsasında həyata keçirilir.

Komitə vurğulayıb ki, "məcburi köçkün" statusuna malik olan bütün şəxslərə avtomatik olaraq vahid aylıq müavinət verilmir. Mövcud qaydalara əsasən, valideynlərindən biri məcburi köçkün statusuna malik olmayan şəxslər bu ödənişdən yararlana bilməzlər.

Açıqlamada bildirilib ki, bu yanaşma sosial ədalət və ünvanlılıq prinsiplərinə əsaslanır. Belə ki, ailədə valideynlərdən biri məcburi köçkün olmadıqda həmin ailə tam şəkildə mənzil, mülkiyyət və digər sosial resurslardan məhrum hesab edilmir.

Həmçinin qeyd olunub ki, əvvəlki dövrlərdə aidiyyəti məlumat bazalarının tam elektron inteqrasiyası olmadığından bəzi hallarda qaydalara uyğun olmayan ödənişlərin aşkarlanması çətinləşirdi. Hazırda dövlət informasiya sistemlərinin inteqrasiyası nəticəsində belə hallar avtomatik müəyyən edilir və qarşısı alınır.

Komitənin məlumatına görə, monitorinqlər zamanı qanunvericiliyin tələblərinə cavab verməyən şəxslər də müəyyən edilir. Belə şəxslərə adına daşınmaz əmlak alanlar, sahibkarlıq fəaliyyəti üçün VÖEN əldə edənlər, nikah vəziyyəti dəyişənlər və təqvim ili ərzində 182 gündən artıq xaricdə yaşayan şəxslər daxildir.

Bildirilib ki, dövlət büdcəsi hesabına həyata keçirilən sosial ödənişlərin təyinində qanunvericiliyin tələblərinə ciddi şəkildə əməl olunur. Dövlət Komitəsi məcburi köçkünlərin sosial müdafiəsi sahəsində fəaliyyətini davam etdirəcək və ictimaiyyətin düzgün məlumatlandırılması üçün tədbirlər görəcək.



Xəbərin oxunma sayı : 139




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap