“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Azərbaycanlı fəalların müəmmalı ölümləri - Güneydən həyəcanlı xəbərlər

Tarix 09.08.26, 17:20

Font ölçüsü : - / +
bitmap-img6


Qərbi Azərbaycan əyalətinin Qoşaçay şəhərindən olan fəal Məhəmməd Həsən (Hüseyn) Rəhiminin meyiti Qoşaçay (Miandoab) yaxınlığında tapılıb.

Musavat.com bu barədə GünAz TV-yə istinadən xəbər verir.

Yerli mənbələrin məlumatına görə, hərəkatçının oğurlanması, işgəncəyə məruz qalması və öldürülməsində təhlükəsizlik orqanlarının əlinin olduğu ehtimal edilir.

Məlumata əsasən, bir müddət əvvəl həbs edilən və ya oğurlanan azərbaycanlı fəal Məhəmməd Həsən (Hüseyn) Rəhiminin də cansız bədəni Çalxamaz kəndi ilə Çiğati çayının (Zarine rud) çayı arasındakı ərazidə tapılıb. Yerli mənbələrin sözlərinə görə, əvvəllər kəşfiyyat qüvvələri tərəfindən həbs edilən fəal başından və üzündən aldığı ağır zərbələr nəticəsində ölüb. İlkin dəlillər və məlumat verənlərin ifadələri göstərir ki, onun ölümündən sonra təhlükəsizlik orqanları səbəbkar məmurların cinayətini ört-basdır etmək və işgəncənin izlərini itirmək üçün onun cəsədini bir müddət dondurulmuş vəziyyətdə saxlayıblar.

Qeyd olunub ki, azərbaycanlı fəalın ailəsi bu müdət ərzində Qoşaçay və Urmiya şəhərlərində əlaqədar dövlət qurumlarına dəfələrlə müraciət etsələr də, onlara zidiyyətli cavablar verilib və Rəhiminin taleyi ilə bağlı hər hansı açqlama verməkdən imtina ediblər. İndiyə qədər heç bir rəsmi orqan və məhkəmə qurumu bu hadisəyə rəsmi olaraq reaksiya verməyib və ya məsuliyyəti öz üzərinə götürməyib.

Bildirilir ki, 42 yaşlı fəal Məhəmməd Həsən (Hüseyn) Rəhimi 2024-cü il dekabrın 25-də Qoşaçaya mülki geyimli şəxslər tərəfindən qaçırılıb və onun zorla yoxa çıxması işi Birləşmiş Millətlər Təşkilatı da daxil olmaqla beynəlxalq təşkilatlar tərəfindən izlənilirmiş.

Son anda yayılan məlumata görə, Qərbi Azərbaycan əyalətinin Xoy rayonunun Qotur bölgəsinin Şəhər Şurasının kürd əsilli üzvü Bəhmən Müdirzadə həbs edilib. 6 gün əvvəl saxlanılan Müdirzadənin həbs səbəbi və harada saxlandığı barədə açıqlama verilməyib. Onun sosial mediada paylaşımlarına görə həbs olunduğu idia edilsə də, bu, rəsmi şəkildə təsdiqlənməyib. Bəzi qeyri-rəsmi mənbələr onun sosial mediada edamlara qarşı paylaşımlarına görə həbs edildiyini iddia etsələr də, bəzi sosial media kanallarında Şəhər Şurasının üzvünün kürd qruplaşmaları ilə əlaqəli olduğunu bildirirlər.

Ötən ay Urmiyanın Şəhər Şurasının kürd üzvü Sasan İbrahimzadə də həbs edilib.



Xəbərin oxunma sayı : 124




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap