“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

“Yol çəkilib, amma keçid qoyulmayıb“ - VİDEO

Tarix 10.08.26, 10:17

Font ölçüsü : - / +
bitmap-img6


Muğanlı-İsmayıllı avtomobil yolunun yenidən qurulması nəqliyyatın hərəkətini xeyli rahatlaşdırıb. Lakin yolun kənarında yerləşən bir neçə kəndin sakinləri yeni problemlə üzləşiblər. Çünki yolda heyvanlar üçün keçid yoxdur.

Xezerxeber.az-ın məlumatına görə, sakinlər deyirlər ki, Diyallı, Təzəkənd və Talıstan kəndlərində əsas dolanışıq sahələrindən biri heyvandarlıqdır.

Lakin yol yenidən qurulduqdan sonra heyvanların örüş sahələrinə aparılıb-gətirilməsi çətinləşib. Onlar bildirirlər ki, heyvanları məcburən avtomobil yolundan keçirməli olurlar. Bu isə həm sürücülər, həm də heyvanlar üçün ciddi təhlükə yaradır. İndiyədək sözügedən ərazidə 20-30 baş iri və xırdabuynuzlu heyvan avtomobillərin vurması nəticəsində tələf olub.

Sakinlər aidiyyəti qurumlarından ərazidə yeraltı və ya yerüstü keçidin tikilməsini, bu mümkün olmadığı halda isə sürət həddinin azaldılmasını, radarların və xəbərdaredici yol nişanlarının quraşdırılmasını xahiş edirlər.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli bildirib ki,

Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunda tikinti işləri hazırda davam edir və layihə üzrə nəzərdə tutulan bütün işlər hələ yekunlaşmayıb.

Qeyd olunub ki, tikinti müddətində hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə yolboyu müvəqqəti xəbərdaredici və sürət həddini müəyyən edən yol nişanları quraşdırılıb. Sürücülərdən həmin nişanlarin tələblərinə ciddi əməl etmələri, tikinti sahələrinə yaxınlaşarkən sürəti azaltmaları, ara məsafəsini qorumaları və yol şəraitini nəzərə alaraq diqqətli hərəkət etmələri tələb olunur.

Vurğulanıb ki, tikinti işləri tam başa çatdıqdan sonra yolun yaşayış məntəqələrindən keçən hissələrində layihəyə və normativ tələblərə uyğun şəkildə zəruri yol nişanları və digər texniki hərəkət tənzimləmə vasitələri quraşdırılacaq. 





Xəbərin oxunma sayı : 127




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap