“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Prezident Döyüş bayraqlarının verilməsi mərasimində - Video-Fotolar

Tarix 11.08.26, 21:51

Font ölçüsü : - / +
bitmap-img6


Avqustun 11-də Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Naxçıvanda Əlahiddə Ümumqoşun Orduda yeni yaradılan əməliyyat (komando) hərbi hissələrinə Döyüş bayraqlarının verilməsinə həsr olunmuş mərasimdə iştirak ediblər.

AzFakt.com xəbər verir ki, Əlahiddə Ümumqoşun Ordu Qərargahının ərazisində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Müdafiə Nazirliyinin rəhbər heyəti qarşıladı.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov yeni yaradılan hərbi hissələr barədə Ali Baş Komandana məruzə etdi.

Prezident İlham Əliyevə hərbi hissələrə Döyüş bayraqlarının təqdim edilməsi mərasiminə hazırlıq barədə məruzə olundu.

Müzəffər Ali Baş Komandan şəxsi heyəti salamladı.

Əməliyyat (komando) hərbi hissələrinin komandirləri Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə məruzə etdikdən sonra Döyüş bayraqlarını qəbul edərək sıraya durdular.

Dövlət başçısı və birinci xanım komando hərbi hissələrinin şəxsi heyəti ilə xatirə fotosu çəkdirdilər.

Sonda Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevaya ordumuzun arsenalında olan silah sistemləri və hərbi-texniki vasitələr barədə məlumat verildi.

<iframe width="873" height="491" src="https://www.youtube.com/embed/T8vgUb52KQs" title="Prezident İlham Əliyev hərbi hissələrə Döyüş bayraqlarını təqdim etdi" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>
 



Ads by 






Xəbərin oxunma sayı : 121




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap