| |
|
Sabiq sədr Almaniyada tikinti biznesinə başlayıb - Şərikli bina tikir + FOTO
Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” - Vəzifəli şəxslər həbs edildi
“Qardaşımla birgə 16 milyon vermişik” - Tale Heydərovun ifadəsi oxundu
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Sovet təhsil elitası və cavabsız qalan suallar:Rektor 6 il sonra universitetə necə daxil olub?
Binəqədi rayonunda neft buruqları ərazisində daha bir qanunsuz tikinti - FOTO/VİDEO
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması - Kompromat savaşı yenidən başlayıb
“Zəngəzur dəhlizinin yaradılması bizim təşəbbüsümüz olub” - İlham Əliyev
Tarix 11.08.26, 23:24 |
|
Azərbaycanın əsas hissəsini onun ayrılmaz hissəsi olan Naxçıvanla birləşdirmək bizim çoxdankı arzumuz olub.
AzFakt.com xəbər verir ki, bunu Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə zamanı bildirib.
“Zəngəzur dəhlizinin yaradılması bildiyiniz kimi, bizim təşəbbüsümüz olub. Azərbaycanın əsas hissəsini onun ayrılmaz hissəsi olan Naxçıvanla birləşdirmək bizim çoxdankı arzumuz olub. Biz bu hədəfə doğru inamla və çox böyük məharətlə addımlayırdıq, yaxınlaşırdıq və artıq yaxınlaşmışıq”, - dövlət başçısı vurğulayıb.
Prezident İkinci Qarabağ müharibəsinin başa çatması ilə əlaqədar üçtərəfli bəyanatın imzalanmasını da xatırladıb: “Əslində, bu, Ermənistan üçün kapitulyasiya aktı idi, çünki Ermənistan təslim oldu. O vaxt hələ işğal altında olan, - müharibə yolu ilə hələ biz o bölgələri azad etməmişdik, – Ağdam, Kəlbəcər və Laçın rayonları bir güllə atılmadan bizə qaytarıldı. Təbii ki, Ermənistan bunu könüllü etməmişdir, biz onu məcbur etdik. Kimisə müharibə şəraitində məcbur edirsənsə, deməli, həmin o tərəf kapitulyasiyaya uğrayır. Yəni bu termində hər hansı bir alçaldıcı, yaxud da ki, təhqiramiz bir məna axtarmaq lazım deyil. Bu, sadəcə olaraq, reallıqdır. Biz tarixi həm olduğu kimi bilməliyik, həm unutmamalıyıq və tarixin təhrifinə, o cəhdlərə heç vaxt imkan verməməliyik. O vaxt - noyabrın 9-da Şuşa işğaldan azad olunandan sonra Rusiya Prezidentinin vasitəsilə üçtərəfli danışıqlar gedirdi.
Mən qəti təkid edirdim ki, imzalanacaq bəyanatda Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikasını birləşdirən dəhliz mütləq öz əksini tapmalıdır. Ermənistan tərəfi buna razılıq vermək istəmirdi. Ancaq onun o qədər də böyük alternativləri də yox idi. Müharibə davam etdirilsəydi, əlbəttə, biz də itkilər verəcəkdik, amma Ermənistan daha çox itki verəcəkdi. Çünki onların qoşunları demək olar ki, mühasirədə idi və onları məhv etmək faktiki olaraq tam mümkün idi. Ona görə bunu istəməsələr belə Ermənistan buna razılıq verdi və o bəyanat hamıya bəllidir, orada xüsusi bir bənd var.
Ancaq İkinci Qarabağ müharibəsindən keçən 5 il ərzində Zəngəzur dəhlizinin açılması ilə bağlı heç bir praktiki addım atılmamışdır. Dəfələrlə biz bu məsələni həm Rusiyaya, həm Ermənistana çatdırırdıq ki, vaxt gedir, bu bəyanat, onun vacib hissəsi icra edilmir və bu, dözülməz haldır. Müxtəlif vaxtlarda müxtəlif cavablar alırdıq, bu barədə çox danışmaq istəmirəm. Fakt odur ki, Ermənistan bunu hər cür uzatmağa çalışırdı. Rusiya tərəfi isə ya bunu təmin edə bilmirdi, ya da ki, hansısa başqa səbəblər var idi. Yəni fakt o idi ki, keçən ilin avqust ayına qədər məsələ dondurulmuş vəziyyətdə idi.
Amerika Birləşmiş Ştatlarında bu məsələyə yaxınlaşmağa başlayanda, - təqribən keçən ilin yaz aylarından, yazın əvvəlində başlanmış təmaslar nəticəsində artıq bu prosesə start verilmişdir, - təbii ki, Ermənistan-Azərbaycan normallaşma prosesinə öz töhfələrini verməyə çalışırdılar, buna hazır olduqlarını bildirirdilər. Təbii ki, bizim bir neçə önəmli şərtimiz var idi, o cümlədən Zəngəzur dəhlizi.
Nəticə etibarilə 2025-ci il avqustun 8-də tarixi Vaşinqton Zirvə Görüşündə bu məsələ öz həllini tapdı. TRIPP adını daşıyan bu layihənin icrasına artıq start verilmişdir. Bu yaxınlarda, üç gün bundan qabaq - avqustun 8-də Prezident Trampla söhbət əsnasında bu məsələyə də toxunuldu və hər iki tərəf əminliyini vurğuladı ki, bu önəmli nəqliyyat layihəsi mütləq və tezliklə icra ediləcək. Yəni bu, məsələnin tarixçəsidir.
Eyni zamanda, İkinci Qarabağ müharibəsi başa çatar-çatmaz biz dərhal həm dəmir yollarının, həm də avtomobil yollarının bərpasına başladıq, o cümlədən Naxçıvana doğru gedən yolların tikintisinə. Bu gün Horadiz–Ağbənd avtomobil yolu demək olar ki, hazırdır. Bir sıra xırda məsələlər qalıb. Dəmir yolunun tikintisi də sürətlə gedir. Biz bu layihəni hər an sürətləndirə bilərik. Sadəcə olaraq, Ermənistan hissəsi hazır olmadığı üçün buna lüzum görmürük. Çünki investisiyaları, sərmayələri daha vacib və təcili məsələlərin həllinə yönəltmək üçün.
Ancaq istənilən halda gələn il dəmir yolu da Ermənistan sərhədinə gəlib çatacaq. O ki qaldı, Naxçıvan dəmir yolunun tikintisinə, hazırda işlər gedir. Mənim göstərişimlə Nəqliyyat Nazirliyi bu işlə məşğuldur. Azərbaycan Dəmir Yolları Ordubad istiqamətində inşa işlərinə başlamışdır və olmayan hissələr yenidən tikiləcək. İki hissə mövcud deyildi, hər ikisi də Ermənistan sərhədinə yaxındır - biri Ordubad, ikincisi isə Sədərək rayonlarının ərazisindədir. Hər iki hissənin uzunluğu o qədər də böyük deyil, təqribən 3-5-7 kilometrdir. Qalan dəmir yolu isə prinsipcə işlək vəziyyətdədir və bu gün də ondan istifadə edilir və edilə bilər. Sadəcə olaraq, bu gün mövcud olan dəmir yolunun yükaşırma qabiliyyəti 1,5 milyon tondur. İlkin mərhələ üçün Zəngəzur dəhlizinin və ümumiyyətlə, Şərq-Qərb dəhlizinin bir qolu olan bu yolun fəaliyyətə başlaması kifayətdir. Amma bizim istəyimiz ondan ibarətdir ki, bu nəqliyyat dəhlizindən ən azı 15 milyon ton yük keçsin. Onun üçün bu gün mövcud olan dəmir yolu yenidən qurulmalıdır, reabilitasiya edilməlidir. Bu gün mənə verilən məlumat və təqdimat çox vacib idi. Mənim də göstərişlərim ondan ibarət idi ki, vaxt itirmək lazım deyil, Azərbaycan öz vəsaiti hesabına bu dəmir yolunu tam işlək və 15 milyon ton yükaşırma qabiliyyətinə malik olan vəziyyətə çatdıra bilər və çatdırmalıdır”.
Xəbərin oxunma sayı : 907
Siyasət
Xəbərlər
-
İş adamının qətlinin sifarişçisi tutulub - Azərbaycana gətirildi
-
Sabahdan ekspres marşrutlar fəaliyyətə başlayır - VİDEO
-
Fransanın ikiüzlülüyü utandırıcıdır - Abbas Əraqçi
-
Vəlvələ çayında “Elnur Cəlilov zəlzələsi” - Rəşad İsmayılovun nəzərinə…
-
Apteklərdə qiymətlər artdı, dövriyyədə rekord HƏDD: Nə baş verir?
-
“Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC eyni şirkətə 8-ci dəfə tender verib - ARAŞDIRMA
-
Samuxda 9 nəfərdə qarayara xsətəliyi aşkarlandı - Üç qurum birgə məlumat yaydı
-
“150-dən çox bal toplayanlar universitetə qəbul olacaqlar“ - Məleykə Abbaszadə
-
Məhkəmə Ramiz Mehdiyevin kürəkəninin şikayətini rədd etdi - DETALLAR
-
Bu il ən az sığorta haqqı toplayan şirkətlər - SİYAHI
-
Saleh Məmmədovun kadrları Vüsal Nəsirli ilə birləşdi - ARAŞDIRMA
-
AMB-dən iqtisadi artımla bağlı yeni ssenari: 1,3 faizə çata bilər
-
Ermənistanın Azərbaycanla tərəfdaşlığı ola bilər - Paşinyan
-
Binəqədi sakinləri çıxılmaz vəziyyətdə: “220 manat verdim, 120-si yoxdur!“ - VİDEO
-
Valideynlik hüququndan kimlər məhrum edilə bilər? - Ali Məhkəmə qərar verdi
-
Prezident Almaniyanın yeni səfirini qəbul etdi - FOTOLAR
-
Bu il məktəbli formaları neçəyə olacaq? - RƏSMİ AÇIQLAMA
-
Trampın növbəti hədəfi bəlli oldu: Vaşinqtondan Kubaya hərbi müdaxilə siqnalı
-
Azərbaycanda ən çox mal-qara bu rayonlardadır - TAM SİYAHI
-
Dilqəm Əsgərovla oğlu yenə dalaşdı - Nəyi bölüşə bilmirlər?- Video
-
İran səfirinin “Artsax” pavilyonunda nə işi vardı? - VİDEO
-
Putinin güclü, lakin tamamilə idarəolunmaz “müttəfiqi“ var - Newsweek
-
Azərbaycanda ən çox cinayət hadisəsi baş verən bölgələr - SİYAHI
-
Ölkədə epidemioloji durum nəzarət altındadır - RƏSMİ
-
Naxçıvan büdcəsində tarixi ilk: 60 milyon manatlıq fərq
-
Putin ilk dəfə Kuril adalarına getdi - Yaponiyadan etiraz
-
Qəçrəşdə meşəlik ərazidə ağaclar kütləvi kəsilib - VİDEO
-
“Avroviziya”dan üç böyük dəyişiklik – yaş həddi, fonoqrama, müharibə
-
Tiflisdən Rusiyaya gizli yanacaq xətti - Saakaşvilidən şok açıqlama
-
Samuxda kütləvi zəhərlənmə - 5 nəfər xəstəxanalıq oldu
-
Bakıda qəribə hadisə: qaz borusundan su gəlir - VİDEO
-
Pərvin Abıyeva belə dincəlir - Sahil kənarı...(VİDEO)
-
Azərbaycan klublarının yay transferləri - Kim gəlir, kim gedir?
-
Əkrəm İmamoğlu CHP-dən istefa verdi - 17 illik sevda bitdi
-
“Təcili danışmaq istəmişəm, amma...“ - “David Selivestrov”un vəkilindən yeni açıqlamalar
-
Məzuniyyət pulu ilə bağlı açıqlama-Qaydalar dəyişib
-
Əfqanıstanda qızıl mədəni davası - Bədəxşanda silahlı toqquşmalar baş verib
-
Yerli azarkeşləri təhqir ediblərmiş - “Sabah” bəyanat yaydı
-
Emin Əmrullayevin təzhizatçı qaynı - Nihad Hənifəyev və STEAM milyonları
-
AzTV-nin əməkdaşı dənizdə batdı - Vətən müharibəsi iştirakçısı idi
-
Suraxanıda qəbiristanlıqda acınacaqlı vəziyyət - VİDEO
-
Dollar qarşısında ən çox bahalaşan və ucuzlaşan valyutalar - Siyahı
-
“İran ancaq danışır, amma icraat yoxdur” - Tramp
-
Taksi sürücüləri üçün imtahan keçiriləcək - qeydiyyat başlayıb
-
Ötən il rektor əvəzi idi - Vüsal Nəsirli onu departament rəhbəri təyin etdi (FOTO)
-
Xocavənddə buldozer minaya düşdü - 2 nəfər xəsarət aldı
-
“Putin seçkidən sonra yüz minlərlə adamı cəbhəyə aparacaq” - Zelenski
-
Bu məscid və ziyarətgahlara işçi axtarılır - Siyahı
-
Azərbaycanın xaricdəki qadın səfirləri - Onlar kimdir?
-
Simonyan 3-cü dəfə evlənir - Nişanlısı yaxın dostunun qızıdır...
-
Dedilər ki, biz mafiyayıq... - Mərakeş vətəndaşının qətli ilə bağlı məhkəmə başladı
-
ABŞ-da inflyasiya açıqlandı: “FED“in faiz artımı ehtimalı azalır
-
Milli Qəhrəman üçmərtəbəli obyekt tikir - Nazirlik icazə verdi
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“Sabah“ - “Orhus“ oyununda insidentə görə cinayət işi başlanıldı - Saxlanılanlar var
-
Azərbaycanda ən çox bahalaşan məhsul və xidmətlər açıqlandı - CƏDVƏL
-
Moskvada biznes tələsi - Azərbaycanın sabiq deputatı və vəkil aldadıldı
-
“Bunu normal qarşılayıram“ - Qurban Qurbanov
-
Azərbaycanda bu şəxslərin gecə saatlarında işləməsi qadağandır - Rəsmi
-
Mehdiyevlə bağlı yeni faktlar üzə çıxdı:“Göbələk Feyruz” kimdir?
-
Biləcəridə yerləşən “Qəsr” restoranında qanunsuz artırılma – İcazəni icra başçısı verib?
-
“ABŞ 20 gün sonra danışıqlar üçün yalvarırdı” - Əraqçi
-
“Nar” ən yüksək nəticə göstərən abituriyentləri mükafatlandıracaq
-
Lənkəranda meyitləri tapılan qızla oğlan intihar edib? - Cinayət işi açıldı
-
Təhqirə görə qisas: Qəbələdəki qətlin dəhşətli təfərrüatları
-
Xamenei niyə ictimaiyyət qarşısına çıxmır? - SEPAH açıqladı
-
Bakıda 10 milyonluq qumar - İki oyunu bloklamaq çağrışı
-
Şəki Rayon Məhkəməsinə yeni təyinat - FOTO
-
“Ferrum Kapital“ Vətən müharibəsi iştirakçısını təhqir edib? - FOTO
-
“Böyük Qayıdış prosesinə kölgə salmağa çalışanlar var” - “Qaçqınkom”
-
Naxçıvanda çalışan sahibkarlara 10 illik güzəşt - Bu vergilərdən tam azad edilir...
-
Azərbaycanlı iş adamının meyiti Türkiyədəki evində tapıldı – Fotolar
-
Dövriyyəsi milyonlarla manat azalan investisiya şirkətləri - CƏDVƏL
-
Meşədən meyitləri tapılan gənclər əminəvəsi olublar - Video
-
Prezident İlham Əliyev iki səfiri geri çağırdı - Yeni təyinatlar
-
Vens Zelenskidən nəyi xahiş edib? - Ukrayna artıq bu gəmiləri vurmur
-
Dünyanın 69 böyük şəhərində orta aylıq əməkhaqqı nə qədərdir? - Siyahı
-
Nərimanovda 5 mərtəbəli obyekt satılır - 6,5 milyon manata (FOTO)
-
Prezident Naxçıvanla bağlı sərəncam imzaladı: 258 milyon manat ayrıldı
-
“Sabah” 9 milyon avro qazanıb - “Qarabağ”a çata biləcəkmi?
-
Ali təhsil müəssisələrinə ixtisas seçimi başladı - DİM açıqlama yaydı
-
İrana etibar edəcək sonuncu adamam - Donald Tramp
-
Qaradağ və Suraxanıda narkotik əməliyyatı keçirildi - Video
-
Maşın alarkən bu tələyə düşməyin - Açıqlama
-
II qrupda bu universitetlər təhsil haqlarını artırdı - TAM SİYAHI
-
Bu kameralar radar funksiyasını da yerinə yetirir? - VİDEO
-
Azərbaycan, ABŞ və Ermənistan diplomatları Vaşinqtonda görüşüb - XİN
-
“Təyyarəm daha böyük risk altında idi” - Gizli uçuşu təsdiqlədi
-
“Azərbaycandan İrana ikinci dəmir yolu xətti açılacaq” - Video
-
Məşhurlar instaqramda bunları paylaşdılar - FOTOLAR
-
Bu, çox böyük maliyyə tutumlu Sərəncam olacaq - Prezident
-
Hansı ali məktəblərdə təhsil haqları artıb və ya azalıb? - VİDEO
-
“Zəngəzur dəhlizinin yaradılması bizim təşəbbüsümüz olub” - İlham Əliyev
-
Prezident sosial evlər kompleksinin təməlini qoydu - Fotolar
-
“Rusiya Gilmanın azad edilməsi müqabilində heç nə tələb etməyib“ - Tramp
-
Sürücülər çətin vəziyyətdə: yol dar, hərəkət intensiv - VİDEO
-
Prezidentlə xanımı Möminə xatun türbəsində-FOTO
-
İlham Əliyev AzTV-yə müsahibə verdi - TAM MƏTN
-
Çempionlar Liqası:“Sabah” pley-off mərhələsinə yüksəldi
-
Prezident Döyüş bayraqlarının verilməsi mərasimində - Video-Fotolar
-
Naxçıvan Sənaye Parkının təməli qoyuldu - FOTOLAR
-
Zibil yandırılır, tüstü evlərə dolur: Lənkəranda sakinlərin narazıdır (VİDEO)
-
Tramp FIFA-ya xəbərdarlıq etdi: “Əgər İnfantino getsə…”
-
Prezident “Şəms 1” və “Qərbi Üfüq” stansiyalarında - Video-Fotolar
-
Azərbaycanda axtarışda olanların sayı açıqlandı - Statistika
-
İlham Əliyev Ümummilli Liderin abidəsini ziyarət edib - FOTO
-
Rusiyanın mülki itkiləri rekord vurub - “Bu, Putini saxlamayacaq”
-
Prezident İlham Əliyev Naxçıvanda səfərdədir -VİDEO
-
“Neftçi“ klub tarixinin ən bahalı satışını edir - 1,5 milyon avrodan çox gəlir əldə edəcək
-
Əsədin gizli nüvə mirası: BAEA Suriyada hərəkətə keçir
-
Kişilər ən çox hansı rayonlarda ailə üzvləri tərəfindən zorakılığa məruz qalır? - SİYAHI
-
Pakistanın daxili işlər naziri Tehrana getdi - İran rəhbərləri ilə görüşəcək
-
Bir il əvvəl itkin düşmüş qadın öldürülübmüş - Oğlu tutuldu
-
ABŞ-ın sursatı Baydenə görə azalıb - Donald Tramp
-
Marketə gedəndə bu səhvi etməyin: Pulunuz cibinizdə qalsın
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Nazir əmr imzaladı - Kənan Aşurova yeni vəzifə verdi
-
Azərbaycanda 10 heyvan kəsimi məntəqəsində ciddi nöqsanlar aşkarlanıb - AQTA
-
Biləcəri qəsəbəsində daha bir qanunsuz tikinti - İcazəni kim verib?
-
Bakıda torpaq sahələrinin qiymətində kəskin bahalaşma - Rəqəmlər açıqlandı
TOP 10
ARXİV






