“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Husilər Moha limanına raketlər - Dronlar və qayıqlarla hücum edib

Tarix 14.08.26, 23:52

Font ölçüsü : - / +
bitmap-img6


Yəmənin "Ənsar Allah" hərəkatının üsyançı husiləri Qırmızı dəniz sahilindəki Moha limanına kütləvi hücum təşkil ediblər, nəticəsə obyektdə yanğın baş verib.

"Report"un "Al Arabiya" telekanalına istinadən məlumatına görə, husilər Yəmənin qərb sahilindəki limana və mülki hədəflərə hücum üçün raketlər, dronlar və qayıqlardan istifadə ediblər.

Telekanaldakı hərbi mənbənin məlumatına görə, hökumət qüvvələri buraxılan 44 drondan 15-ni vurmağı bacarıb.

Bundan əlavə, husilər Bab əl-Məndəb boğazı yaxınlığında neft tankerinə hücuma cəhd ediblər. Hücum zamanı altı minalanmış qayıqdan istifadə edilib ki, bunlardan üçü hökumət qüvvələri tərəfindən ələ keçirilib.

Vəhcə bölgəsi sahillərində hücumun dəf edilməsi zamanı "Ənsar Allah"ın 8 döyüşçüsünün öldürüldüyü bildirilir.

Hökumət qüvvələri buna cavab olaraq, ölkənin qərb sahilindəki husi mövqelərinə onlarla dron hücumu həyata keçirib. Taizin qərbindəki üsyançı hədəflərə artilleriya atəşi də davam edir.

Xatırladaq ki, Yəməndə Səudiyyə Ərəbistanının dəstəklədiyi hökumət qüvvələri ilə husilər arasında münaqişə 2014-cü ilin avqustundan davam edir.



Xəbərin oxunma sayı : 160




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap