| |
|
Məmurların adından “təcili” pul istəyirlər - DTX araşdırma aparır
Sabiq sədr Almaniyada tikinti biznesinə başlayıb - Şərikli bina tikir + FOTO
Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” - Vəzifəli şəxslər həbs edildi
“Qardaşımla birgə 16 milyon vermişik” - Tale Heydərovun ifadəsi oxundu
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Sovet təhsil elitası və cavabsız qalan suallar:Rektor 6 il sonra universitetə necə daxil olub?
Binəqədi rayonunda neft buruqları ərazisində daha bir qanunsuz tikinti - FOTO/VİDEO
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması - Kompromat savaşı yenidən başlayıb
Qiymətli kağızlar bazarı 32 faiz kiçildi: Nə baş verir?
Tarix 17.08.26, 9:48 |
|
Azərbaycanın qiymətli kağızlar bazarında cari ilin ilk yarısının yekunları məlum olub. Dövriyyənin böyük hissəsinin (86,2%) qısamüddətli repo əməliyyatlarından ibarət olduğu bazarda ötən illə müqayisədə 32,1 faizlik azalma qeydə alınıb və ümumi əməliyyat həcmi 25 milyard 19 milyon manat təşkil edib. Həcmin kiçilməsinə baxmayaraq, əməliyyatların (əqdlərin) sayında 2,3 dəfəlik sıçrayış baş verib ki, bunun da mütləq əksəriyyəti korporativ qiymətli kağızların payına düşür. Qiymətli kağızlar bazarı niyə kiçilir və bunun əsas səbəbləri nələrdir?
AzFakt.com mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:
"Azalma bazarın zəifləməsi demək deyil"
"Crypto Consulting" MMC-nin direktoru və UNEC Biznes Məktəbinin müəllimi Elnur Quliyevin sözlərinə görə, Azərbaycanın qiymətli kağızlar bazarında bu ilin ilk yarısında əməliyyatların həcminin 32,1 faiz azalaraq 25 milyard manata düşməsi ilk baxışda bazarda ciddi zəifləmə təsiri yaradır: "Lakin mən bu göstəricini birbaşa kapital bazarına marağın azalması kimi qiymətləndirməzdim. Çünki ümumi dövriyyənin 86 faizdən çoxu repo əməliyyatlarının payına düşür və məhz bu seqmentdə həcmin azalması ümumi statistikaya ciddi təsir edib. Digər tərəfdən, bazarda bağlanan əqdlərin sayı 2,3 dəfə artıb. İlkin bazarda əqdlərin sayının 15 dəfədən çox yüksəlməsi də göstərir ki, bazarda əməliyyat aktivliyi tamamilə zəifləməyib. Sadəcə, əməliyyatların sayı artdığı halda, onların orta həcmi əvvəlki dövrlə müqayisədə daha aşağı olub. Burada həm struktur, həm də statistik faktorun olduğunu nəzərə almaq lazımdır. Amma bu rəqəmlər Azərbaycanın kapital bazarının əsas problemini də göstərir. Bazarın böyük hissəsi hələ də real sektorun uzunmüddətli maliyyələşdirilməsi ilə deyil, repo əməliyyatları ilə formalaşır. Şirkətlərin istiqraz və səhm bazarından maliyyələşmə imkanları genişlənməli, əhalinin və institusional investorların kapital bazarında iştirakı artırılmalıdır".
"Əsas problem bazarın strukturudur"
E.Quliyev hesab edir ki, digər mühüm məsələ təkrar bazarın likvidliyidir. İnvestor aldığı qiymətli kağızı sonradan rahat şəkildə sata bilmirsə, həmin alətin cəlbediciliyi də azalır: "Buna görə yalnız yeni qiymətli kağızların emissiyasını artırmaq kifayət deyil, onların aktiv şəkildə alınıb-satıldığı likvid bazar da formalaşdırılmalıdır. Bunun üçün şirkətlərin kapital bazarına çıxışının sadələşdirilməsi, istiqraz və səhm emissiyalarının stimullaşdırılması, yeni investisiya alətlərinin yaradılması, market-meyker mexanizminin gücləndirilməsi və fərdi investorların bazara çıxışının asanlaşdırılması vacibdir. Maliyyə savadlılığı və bazara inam məsələsini də xüsusi qeyd etmək istəyirəm. İnsan qiymətli kağızın necə işlədiyini, gəlirinin haradan formalaşdığını və hansı riskləri daşıdığını bilmirsə, onun bazara daxil olması çətinləşir. Ona görə də maarifləndirmə yalnız ümumi məlumat kampaniyaları ilə məhdudlaşmamalı, investorun real qərar qəbul etməsinə kömək edən praktik mexanizmlərə çevrilməlidir. Əsas problem bazarın həcmi deyil, onun strukturudur. Növbəti mərhələdə əsas hədəf kapital bazarını şirkətlər üçün bank kreditinə alternativ uzunmüddətli maliyyələşmə mənbəyinə, vətəndaşlar üçün isə əlçatan və etibarlı investisiya platformasına çevirmək olmalıdır. Bazarın real inkişaf göstəricisi də məhz bu olacaq".
"Rəqəmlərin arxasında repo amili dayanır"
İqtisadçı Elçin Əkbərov bildirir ki, təkcə repo əməliyyatlarında 9,6 milyard manatlıq azalma baş verib və ümumi bazar dövriyyəsindəki geriləmənin böyük hissəsi məhz bununla izah olunur. Repo bazarındakı dəyişikliklər bank sistemindəki likvidlik, pul bazarındakı faizlər, iri maliyyə institutlarının vəsaitə ehtiyacı, eləcə də Mərkəzi Bankın pul siyasəti əməliyyatları ilə bağlı ola bilər: "Digər maraqlı məqam isə odur ki, kapital bazarında əqdlərin sayı 2 dəfədən çox artsa da, ümumi dövriyyə azalıb. Bu, bazarda əvvəlki illə müqayisədə daha çox əməliyyat aparıldığını, lakin onların orta məbləğinin əhəmiyyətli dərəcədə azalaraq 2,32 milyon manatdan 692 min manata düşdüyünü göstərir. Vacib məqamlardan biri də odur ki, azalma repo əməliyyatlarının sayında deyil, onların orta məbləğində baş verib. Bu isə iri həcmli repo əməliyyatlarının azaldığına işarə edir".
Kapital bazarında fərqli tendensiyalar
E.Əkbərov bildirib ki, inkişaf etmiş ölkələrdə kapital bazarının əsas funksiyası şirkətlərin uzunmüddətli maliyyələşməsidir. Azərbaycanda isə bazarın böyük hissəsini hələ də qısamüddətli repo əməliyyatları təşkil edir, təkrar bazarın likvidliyi və institusional investorların payı məhduddur: "Hesabat dövründə dövlət qiymətli kağızları üzrə əməliyyatların həcmi 2,7 dəfə azalsa da, bunu investor etimadının zəifləməsi kimi qiymətləndirmək düzgün olmaz. Bu, Maliyyə Nazirliyinin borclanma qrafiki, emissiya təqvimi və digər texniki amillərlə də bağlı ola bilər. Bununla yanaşı, ümumi bazar dövriyyəsi azalsa da, korporativ qiymətli kağızlar üzrə əməliyyatların həcmi 23,7 faiz artaraq 1 milyard 935,3 milyon manata çatıb. Bu, bazarın ən mühüm müsbət siqnallarından biridir və şirkətlərin alternativ maliyyələşmə alətlərinə marağının artdığını göstərir. Deməli, mövcud vəziyyəti "bazar kiçilir" kimi deyil, iri həcmli likvidlik əməliyyatlarının azalması və korporativ seqmentdə aktivliyin yüksəlməsi ilə müşayiət olunan struktur dəyişikliyi kimi qiymətləndirmək daha doğru olar".
"Yeni maliyyələşmə alətləri bazarı canlandıra bilər"
İqtisadçının sözlərinə görə, Azərbaycanın kapital bazarının inkişafını məhdudlaşdıran bir sıra fundamental problemlər qalmaqdadır: "İlk növbədə, iri və orta şirkətlərin əksəriyyəti maliyyələşmə üçün hələ də bank kreditlərinə üstünlük verir. Şəffaflıq tələbləri, maliyyə hesabatlarının açıqlanması və korporativ idarəetmə standartları səbəbindən bir çox şirkət səhm və istiqraz bazarına çıxmağa maraq göstərmir. Açıq səhm bazarının (IPO) məhdud olması da bunun nəticəsidir. Bazarda fərdi investorların və uzunmüddətli institusional investorların payı da aşağıdır".
E.Əkbərov qeyd edib ki, kapital bazarının inkişafına təkan verə biləcək addımlar sırasında yeni emitentlərin bazara çıxmasının stimullaşdırılması, audit, hüquqi xidmət və listinq xərclərinin bir hissəsinin subsidiyalaşdırılması, dövlətə məxsus iri şirkətlərin səhmlərinin bir hissəsinin IPO vasitəsilə bazara çıxarılması xüsusi əhəmiyyət daşıyır: "Bununla yanaşı, vətəndaşların rahat şəkildə investisiya hesabı aça və qiymətli kağızlarla əməliyyat apara biləcəyi rəqəmsal platformalar genişləndirilməli, market-meyker institutu və analitik araşdırmalar gücləndirilməlidir. Kapital bazarının inkişafına təkan verə biləcək yeniliklərdən biri də 24 yanvar 2027-ci ildən qüvvəyə minəcək "Kraudfandinq haqqında" Qanundur. Bu qanun kiçik və orta sahibkarlıq subyektləri üçün bank kreditlərinə alternativ maliyyələşmə mənbəyi yarada, eyni zamanda fərdi investorların kapital bazarında iştirakını genişləndirə bilər".
Xəbərin oxunma sayı : 205
Sosial
Xəbərlər
-
Prezidentə “İrpin şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim olundu - FOTO
-
Rusiya NATO-nu hədəfə alan gizli dron şəbəkəsi qurdu - “The Telegraph“
-
Ötən həftə 46 nəfər xilas edildi - 10-u azyaşlıdır - Video
-
Zakir Həsənovla Elçin Quliyev generalın dəfnində - Fotolar
-
ABŞ Kuşnerin Misir səfərinin təfərrüatlarını açıqladı - HƏMAS liderləri ilə görüşmüşdü
-
Generallar Şükür Həmidovun qızının toyunda rəqs etdilər - VİDEO
-
İkinci əl maşın bazarında nə baş verir? - Qiymət indeksinin təhlili açıqlandı
-
Avropa İttifaqı Rusiyaya qarşı ən böyük sanksiya paketi hazırlayır - Kallas
-
Qiymətli kağızlar bazarı 32 faiz kiçildi: Nə baş verir?
-
İranın dəhşətli müharibə hazırlığı üzə çıxdı: Bölgəni cəhənnəmə çevirmək və...
-
Maşın bazarlarında durğunluq yaşanır - Alıcılar isə qiymətlərin yüksək olmasından narazıdırlar
-
Böyük Qayıdış davam edir - Şuşa və Xocavəndə növbəti köç
-
“Həyat yoldaşıma corab geyindirməyə vaxtım yoxdur“ - Xuraman
-
“ABŞ Yaxın Şərqdəki bazalarını əvvəlki vəziyyətinə qaytara bilməyəcək“ - İran generalı
-
Bakıda saxta adla böyük oyun - İz deputat Rafailova aparır
-
Masazırda spirtli içki üstündə insident - Saxlanılan var
-
Göyçayda kanalın yarılması Ucarda su çatışmazlığı problemi yaradıb - VİDEO
-
Ronaldo karyerasını bitirəcəyinə işarə etdi: “Bu, yəqin ki, son ilimdir”
-
“Əlimdə otel görüntülərin var, paylaşım?” - Damlanın prodüseri + FOTO
-
Azərbaycan niyə Gürcüstandan qoyun alır? - Yerli istehsalda ciddi problemlər
-
Bakıda bəzi marşrutların dayanacaqları dəyişdirilib - VİDEO
-
Tramp gizli şəkildə SEPAH-la əlaqə saxlayıb - “Axios“
-
Səkkiz ay əvvəl qəzalı vəziyyətə düşmüş körpü hələ də bərpa edilməyib - VİDEO
-
Bölgələrdəki maşın bazarlarında durğunluq yaşanır - VİDEO
-
ABŞ-ın Körfəz müttəfiqlərində Vaşinqtondan narazılıq pik həddə çatıb - The Washington Post
-
Sabah bu ərazilərdə qaz olmayacaq - XƏBƏRDARLIQ
-
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib - VİDEO
-
Bakıdan bu istiqamətə axın başladı - Sentyabrda nə olacaq?
-
“Tərəflər hələlik əhəmiyyətli irəliləyiş əldə etməyiblər” - “Axios”
-
Elektromobillərin görünməyən sirri - Alimlər sağlamlıqla bağlı son həqiqətləri açıqladı
-
“Yıxılıb ölsəm, ev göydə qalacaq” - Sakinlərin çıxarış dərdi (VİDEO)
-
Moskvada Ermənistanın səs hüququ əlindən alına bilər - KTMT Baş katibindən sərt bəyanat
-
Neçə ballıq zəlzələ insan həyatı üçün təhlükəlidir? - ARAŞDIRMA
-
İran ABŞ və İsrailə qarşı müharibədə üstünlük əldə edib - Qalibaf
-
Avtomobil almaq istədi, aldadıldığını iddia etdi: “Nə maşın var, nə də pul“ (VİDEO)
-
Partiya sədrinin 300 milyonluq sərvəti üzə çıxdı - Bir motosikletə sahib olduğunu açıqlamışdı...
-
Bu avtobuslar gecə saat 12-yə qədər işləyəcək - VİDEO
-
İran ABŞ hərbçilərinin başına mükafat qoydu - 30 min dollar
-
Azərbaycan ordusunda andiçmə mərasimləri keçiridi - VİDEO
-
Bakı-Qazax yolunda qəza - 1 tona yaxın yanacaq yola töküldü
-
Mənzil almaq niyə getdikcə çətinləşir? - Ekspert bütün suallara cavab verdi
-
Avropanın nəhəng çayı quruyur: Su səviyyəsi antirekord həddə
-
Omanla Hörmüzdə gəmiçilik xəritəsini razılaşdırmışıq - Tehran
-
Yağış yağacaq, külək əsəcək – Sabahın havası
-
Pensiyaların verilmə tarixi dəyişir? - 10 GÜN FƏRQ…
-
Daş karxanasında bədbəxt hadisə - 65 yaşlı kişi öldü
-
Türkiyədə təriqət lideri həbs edildi - Nədə ittiham olunur?
-
Maxaçev həm titulunu qorudu, həm rekord vurdu
-
Evlilik təklifi alanda yalnız bir şey istədim - Məlahət Abbasova
-
“Deputat dedi ki, o işlərə baxan çox həyasızdır” - VİDEO
-
Yağış, şimşək, duman... - Faktiki hava açıqlandı
-
Arıqlamaq üçün edilən bu üsul risklidir - Professor xəbərdarlıq etdi
-
Sakinləri ziyana salan hadisə: “Zülmlə almışdıq, bizim günahımız nədir?!“ – VİDEO
-
CENTCOM Yaxın Şərq xəritəsini dəyişib - FOTO
-
Paytaxtda bazarlar sıxışdırılır: Fermerlə alıcının arasına kim girir?
-
Adınıza xəbəriniz olmadan kredit götürə bilərlər - Ekspert xəbərdarlıq etdi
-
İtkin düşən üç iranlı pilot tapıldı - Qətər əsir götürübmüş
-
Tiktok-da xəstəyə yığdığı yardımı özünə götürdü - Tutuldu
-
Polis Bakıda əməliyyat keçirdi: Saxlanılan var (VİDEO)
-
Həbs qərarını eşidib məhkəmə zalından qaçdı - Hələ də tapılmır
-
“Bunu bir sınaq dövrü kimi qəbul edirik“ - Metropoliten rəsmisi
-
Azərbaycanlı müğənni döyüldü - 20 Yanvar dairəsində
-
“The Guardian“ dəhşətli həqiqəti açdı: Rusiya ordusunda kütləvi canlı qüvvə qıtlığı başladı
-
Əhalinin banklara olan kredit borcu 10 milyard manata çatır – Siyahı
-
ABŞ NATO müttəfiqlərinin İran müharibəsindəki davranışını unutmayacaq - Tramp
-
Klublarımızın yay planları: Kim gəlir, kim gedir?
-
Məktəbli formaları: Qiymət və keyfiyyəti necədir?
-
“Amay”da öldürülən şəxs iş adamı imiş - FOTOLAR
-
“Trampın prioriteti Ukraynaya silah göndərmək deyil“ - Ağ Evdən açıqlama
-
Uşaqlara alimenti qadın ödəyəcək - Başqasına qoşulub qaçıb
-
Milyarderlər ikinci və üçüncü pasport dalınca düşüb – gizli səbəblər açıqlandı
-
Abdullah Zubir Azərbaycanı tərk edib - “Əl-Şahaniya” klubunda oynayacaq
-
Emin Ağalarov “Sea Breeze”dəki hadisə ilə bağlı - Açıqlama yaydı
-
İşçilərə ən yüksək maaşı hansı sahələrdə təklif edirlər? - Median maaş 750 manatdır
-
ABŞ Kubaya qarşı hərbi ssenaridən imtina edib - “Bloomberg“
-
Elektrik naqili qollarına dolandı - Cərəyan vurub öldürdü
-
“Hörmüzü bir tvitlə işğal edə bilməzsiniz” - İran Trampı lağa qoydu
-
Bakıda külək əsəcək, rayonlarda leysan olacaq - Proqnoz
-
Xaçmazda bir gündə iki faciə - Ataları öz övladını bıçaqladılar
-
Netanyahunun bu açıqlaması qalmaqal yaratdı - Britaniyadan etiraz
-
Elektrikli avtomobilini evdə şarj edənlər diqqət: Artıq pul ödəyə bilərsiniz
-
Azərbaycanda 13 yaşlı qız hamilə qaldı - Atasının 45 yaşlı dostu həbs edildi
-
Hamıya eyni vaxtda bildiriş gələcək - TƏHLÜKƏ VAR
-
Bitki yağlarında aşkarlanan təhlükəli maddə - Zərərləri nələrdir?
-
Mağazanın tavanı uçdu, qadın xəsarət aldı - VİDEO
-
Azərbaycanda dağıdıcı zəlzələ gözlənilirmi? - AÇIQLAMA
-
Seçkiyə görə barışdılar - 100 milyon xərcləyəcək
-
Ekspres avtobuslar harada dayanır? - MƏKANLAR
-
Nazirlikdən çimərliklərə gedən vətəndaşlara XƏBƏRDARLIQ
-
“Tezliklə Hörmüzü ABŞ ərazisi elan edəcəm“ - Donald Tramp
-
Metroya minənlərin nəzərinə! - Bu gündən xətlər ayrılır
-
Azərbaycanda neçə kişi həyat yoldaşının soyadını götürüb? - STATİSTİKA
-
İnstaqramda bu gün nələr paylaşıldı? - FOTOLAR
-
“Axmaqlar, onlar bunun necə bir iş olduğunu bilmirlər“ - Lukaşenko
-
Böyükşor gölü yaşıl rəngə boyandı - Analizlər aparılır+Foto
-
“Türkiyə Avropanın 6-cı iqtisadiyyatıdır” - Ərdoğan
-
“Sea Breeze”də ayağı su nasosunda qalan azyaşlı öldü - RƏSMİ
-
Bakıda məktəb sahibinə icarə haqqı niyə ödənilmir? - ŞİKAYƏT - VİDEO
-
Husilər Moha limanına raketlər - Dronlar və qayıqlarla hücum edib
-
Azərbaycanda ictimai nəqliyyatın ümumi vahid kartı yaradılır? - Açıqlama
-
Batma təhlükəsi ilə üzləşən 5 nəfər xilas edildi - 4-ü uşaqdır
-
“Pilot 16“ tikinti şirkəti vətəndaşın evinə ziyan vurub - VİDEO
-
Azərbaycanda zəlzələ - Şimal rayonlarında hiss olundu
-
Bu avtobuslar gecə saat 12-yə qədər işləyəcək - VİDEO
-
Kirayə müqaviləsi bağlamayanları gözləyən böyük risk - Açıqlama
-
Şam yeməyini nə vaxt yemək yaxşıdır? - Alimlər uyğun vaxtı açıqladı
-
Bu marşrutların hərəkətinə məhdudiyyət tətbiq edildi - SİYAHI
-
Vaşinqton və Kiyev arasında kəşfiyyat mübadiləsi - Əməkdaşlıq ən yüksək həddə çatıb...
-
Paşinyan II Qaregindən əl çəkmir - Məhkəmə işi icraata götürdü
-
Bakıda mənzil qiymətləri yenə artır: Ən bahalı rayonlar və rekord qiymətlər
-
Yekun tibbi müayinə kimlərə şamil olunur? - Nazirlikdən açıqlama
-
Ermənistandan Azərbaycana hansı məhsullar ixrac edilə bilər? - VİDEO
-
Türkiyə Aİ-yə qəbul edilməyəcəyini yaxşı bilir - Lavrov
-
“Dövlət satınalmalarında 294,3 milyon manat qənaət edilib“ - Sədr müavini
-
Kartdan-karta ianə köçürmələri dayandırılır? - Açıqlama
-
Təyyarələr Sakit okean üzərindən niyə uçmur? - Bir narahatedici səbəbi var
-
Son 15 ildə SOCAR-da işçilərin sayı 34,3 min nəfər azalıb - İllər üzrə rəqəmlər
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
-
ABŞ artıq İsrail kəşfiyyatına inanmır - “Trampla Netanyahu arasında çatlar yaranıb”
-
Heyvan kəsimi məntəqələrində hansı tələblərə əməl olunmalıdır? - VİDEO
TOP 10
ARXİV






