“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Azərbaycanlı dağçı Kamçatkada kömək istəyir: Ərzağımız bir günə çatacaq

Tarix 22.08.26, 14:12

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan vətəndaşı, təcrübəli səyahətçi Tatyana Dolivets Kamçatkada turist qrupu ilə birlikdə çətin vəziyyətdə qaldığını açıqlayıb və təcili kömək çağırışı edib.

Musavat.com bildirir ki, bu barədə səyahətçi sosial şəbəkədə məlumat yayıb.

O qeyd edib ki, hazırda bir qrup turistlə Kamçatkanın Tapçibaşik ərazisində, “Kleşnya” düşərgəsindədirlər:

"Mən Tatyana Dolivets, Azərbaycan vətəndaşıyam, təcrübəli səyahətçi, dağçıyam. Səfər təcrübəmdə 69 ölkə var.

Biz bir qrup turistlə Kamçatkada, Tapçibaşikidə, “Kleşnya” düşərgəsində ilişib qalmışıq. Yol tamamilə yuyulub. Geri qayıtmalı olduğumuz 30 kilometrlik yol da su altında qalıb, çay məcrasından çıxıb və geri qayıtmaq artıq mümkün deyil.

Qrupda 16 nəfərik. “Ural” markalı avtomobildəyik. Bizdən başqa burada əsas yaşayış məntəqələrindən təcrid olunmuş təxminən 100 nəfər var. Ərzağımız cəmi bir günə çatacaq".

Onun sözlərinə görə, düşərgədə müxtəlif ölkələrin vətəndaşları da var. Burada Çin, Belarus, İsrail və Rusiya vətəndaşlarının olduğu bildirilir.

Səyahətçi Azərbaycan tərəfdən hansı qurumlara müraciət edilməli olduğunu bilmədiyini və kömək göstərilməsi ilə bağlı ümidinin olub-olmadığını da qeyd edib.

“Məndə internet yoxdur. Mesajı göndərmək üçün xüsusi olaraq əlaqənin olduğu yeganə yerə getmişik”, – deyə o bildirib.

Tatyana Dolivets turizm sahəsində çalışan şəxslərə müraciət edərək Azərbaycanın aidiyyəti qurumlarının, o cümlədən səfirlik, turizm strukturları və FHN-in məsələyə müdaxilə imkanlarını araşdırmağı xahiş edib.

“Bəlkə turizm sahəsində çalışan həmkarlarından soruşa bilərsən: səfirliyin, Turizm Nazirliyinin, FHN-in və ya digər qurumların məsələyə müdaxilə etməsi mümkündürmü?! Məqsəd Rusiyanın FHN-inin mümkün qədər tez reaksiya verməsinə nail olmaqdır”, – deyə azərbaycanlı səyahətçi vurğulayıb.



Xəbərin oxunma sayı : 112




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap