“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

“Artıq köçkün həyatı keçmişdə qaldı“ - İlham Əliyev

Tarix 11.07.26, 20:42

Font ölçüsü : - / +
bitmap-img6


Artıq köçkün həyatı keçmişdə qaldı, indi doğma Qarabağ torpağında qürurla, fəxarətlə yaşayacaqsınız, quracaqsınız, böyüklərə, ağsaqqallara, ağbirçəklərə yaxşı baxacaqsınız. Uşaqlara yaxşı baxacaqsınız.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev iyulun 11-də Şuşa rayonunun Kiçik Qaladərəsi kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşündə deyib.

"Sizi təbrik edirəm doğma Qarabağ torpağına qayıtmağınız münasibətilə. Sizə cansağlığı arzulayıram, uzun illər siz Vətən həsrəti ilə yaşamısınız müxtəlif yerlərdə", - Prezident İlham Əliyev vurğulayıb.

Dövlət başçısı xatırladıb ki, iki həftə bundan əvvəl biz Silahlı Qüvvələr Günü qeyd etmişik: "Şanlı Ordumuz həm İkinci Qarabağ müharibəsində, həm antiterror əməliyyatında böyük qəhrəmanlıq göstərmişdir, Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Qaladərəsi kəndi 3 il bundan əvvəl - 2023-cü ilin sentyabr ayında azad edildi. İkinci Qarabağ müharibəsindən antiterror əməliyyatına qədər olan dövr ərzində əminəm ki, o vaxt hələ işğal altında qalmış ərazilərdə yaşamış insanlar da ümid edirdilər ki, gün gələcək biz bu torpaqlara qayıdacağıq".



Xəbərin oxunma sayı : 1261




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap