“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

“Milyonçu“ şousundan Çempionlar Liqasına... - Dambrauskasın maraqlı həyat hekayəsi

Tarix 26.08.26, 12:55

Font ölçüsü : - / +
bitmap-img6


“Sabah” klubunu tarixində ilk dəfə UEFA Çempionlar Liqasının liqa mərhələsinə çıxaran baş məşqçi Valdas Dambrauskasın futbol yolu olduqca qeyri-adi başlanğıca malikdir.

AzFakt.com xəbər verir ki, Dambrauskasın məşqçilik karyerasının başlanğıcı futbol meydanlarından deyil, televiziya ekranlarından keçib.

Belə ki, 2000-ci ildə “Kim Milyoner Olmaq İstəyər?” yarışmasına qatılan litvalı mütəxəssis 4 min Litva litası qazanıb ki, bu da təxminən hazırkı Azərbaycan məzənnəsi ilə 3000 manat edir.

O, qazandığı pulla sevgilisi (hazırda həyat yoldaşı) ilə birlikdə İngiltərəyə köçüb və London Metropolitan Universitetinin idman elmləri və məşqçilik ixtisasına daxil olub və bu ixtisas üzrə təhsil alıb. O, ilk rəsmi məşqçilik fəaliyyətinə isə 2007-ci ildə İngiltərənin aşağı liqalarında çıxış edən “Kingsbury London Tigers” klubunda başlayıb.


Daha sonra Litvaniyaya qayıdan Dambrauskas müxtəlif yaş qruplarında və klublarda çalışıb. Onun karyerası tədricən yüksəlib və Litva, Latviya, Xorvatiya, Bolqarıstan, Kipr və digər ölkələrdə komandalar çalışdırıb.

Dambrauskasın karyerasında mühüm mərhələlərdən biri “Zalgiris”lə bağlı olub. O, Litva futbolunda uğurlar qazanaraq özünü perspektivli məşqçi kimi göstərib. Sonrakı illərdə müxtəlif Avropa klublarında çalışaraq beynəlxalq təcrübə toplayıb.

Ümumilikdə 12 fərqli klubda məşqçilik edən litvalı mütəxəssis Azərbaycan futbolunda da özünü təsdiqləyib.

Dambrauskasın rəhbərliyi altında “Sabah” ötən mövsüm Azərbaycan çempionatında və kubokunda qalib olaraq uzun illər ölkə futbolunda dominantlıq edən “Qarabağ”ın hegemonluğuna son qoyub.

İndi isə onun rəhbərliyi altında “Sabah” Azərbaycan futbolunu qitənin ən nüfuzlu turnir olan - Çempionlar Liqasında təmsil edəcək.



Xəbərin oxunma sayı : 94




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap