“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

“Koçaryanla bağlı zəng etməyin” - Simonyan Moskvaya ismarıc göndərdi

Tarix 26.08.26, 14:11

Font ölçüsü : - / +
bitmap-img6


“Hələlik Rusiyadan heç kim Robert Koçaryanla bağlı zəng etməyib və ümid edirəm ki, heç kim zəng etməyəcək, çünki bu, mənasızdır”.

Bunu Ermənistan parlamentinin sabiq spikeri və hazıkı Təhlükəsizlik Şurasının katibi Alen Simonyan Robert Koçaryanın həbsilə bağlı "Dojd" telekanalına şərhində deyib.

O əlavə edib ki, Koçaryanın və onun siyasi partiyasının ritorikası əsasən Moskvadakı "danışan başlar"ın səsləndirdiyi ritorika ilə üst-üstə düşür.

Simonyan Koçaryan klanına qarşı hüquq-mühafizə orqanlarının tədbirlərini Robert Koçaryanın oğlu Levon Koçaryanın parlamentdə Baş nazir Nikol Paşinyanla mübahisəsilə əlaqələndirmək cəhdlərini gülünc adlandırıb.

"Bu, mümkün deyil. Robert Koçaryanın və ailə üzvlərinin saxlanılmasına səbəb olan işlər uzun müddətdir ki, açılıb ", - deyə o, baş verənlərin siyasi təqib olduğunu inkar edib.

Xatırladaq ki, avqustun 24-də parlamentdə "Ermənistan" blokundan olan millət vəkili və Robert Koçaryanın oğlu Levonla Nikol Paşinyan arasında mübahisə baş vermişdi. Parlament kürsüsündən Paşinyan, onu xəyanətdə günahlandıran Koçaryan klanını bütün əmlaklarını müsadirə etməklə hədələmiş və onu övladlarına və nəvələrinə ötürə bilməyəcəklərini bildirmişdi.



Xəbərin oxunma sayı : 154




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap