“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

Azərbaycan Avropanın enerji təhlükəsizliyinin ayrılmaz hissəsinə çevrilib

Tarix 05.03.26, 6:00

Font ölçüsü : - / +
bitmap-img6


Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin müəyyənləşdirdiyi enerji strategiyasının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən dövrün reallıqlarına uyğun formalaşdırılaraq müvəffəqiyyətlə davam etdirilməsi ölkəmizin yeni inkişaf mərhələsinə qədəm qoymasını, tarixi zəfərlərimizin əldə olunmasını, respublikamızın beynəlxalq mövqelərinin daha da möhkəmləndirilməsini təmin edib. Azərbaycan şaxələndirilmiş ixrac-nəql marşrutları, strateji əhəmiyyətli enerji layihələri ilə regionun və Avropanın enerji təhlükəsizliyinin ayrılmaz tərkib hissəsinə çevrilib.

Dünyanın ən nəhəng və mürəkkəb layihələrindən olan Cənub Qaz Dəhlizi bu gün Avropanın enerji təhlükəsizliyində strateji önəm kəsb edir. Azərbaycanın təşəbbüsü və iştirakı ilə reallaşdırılan Cənub Qaz Dəhlizi və onun əsas seqmentləri olan TANAP və TAP Azərbaycan qazının Avropa bazarına nəqlini uğurla təmin edir. Azərbaycan Prezidentinin qətiyyəti və müdrik rəhbərliyi ilə həyata keçirilən bu layihənin uğurla icrasında Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclasları mühüm rola malikdir. Bu platforma tərəfdaşlarla birgə səmərəli müzakirələrin aparılmasına, mühüm qərarların qəbul olunmasına dəyərli töhfə verib.

Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclasları martın 3-də keçirilən iclasında dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, “Sonuncu dəfə bu auditoriya qarşısında çıxış edərkən bildirmişdim ki, biz 12 ölkəyə qaz tədarük edirik. Hazırda isə Azərbaycan qazının istehlakçısı olan ölkələrin sayı 16-ya çatıb. Bu göstərici üzrə Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir”.
Cənab Prezident vurğulayıb ki, “Suriyaya 1,5 milyard kubmetr həcmində Azərbaycan qazının tədarükü vasitəsilə biz əhalinin daha yaxşı qorunmasına, biznes fəaliyyəti üçün daha geniş imkanların yaranmasına və müəssisələrin normal fəaliyyətinin təmin edilməsinə töhfə verdik. Çünki hamıya yaxşı məlumdur ki, elektrik enerjisi olmadan heç bir inkişaf əldə etmək mümkün deyil. Bu, həm Suriya, həm region, həm də Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edirdi”.

Bununla yanaşı, Azərbaycan “yaşıl enerji” sektorunda da iddialı hədəflər müəyyən edərək bərpaolunan enerjinin istehsalı və ixracı istiqamətində mühüm təşəbbüslər həyata keçirir. “Yaşıl enerji” mənbələrindən əldə edilən elektrik enerjisinin ixracı Azərbaycanın enerji strategiyasında yeni bir mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Ölkəmizdə bərpaolunan enerji mənbələrinin genişləndirilməsi Prezident İlham Əliyevin əsas prioritetlərindən biri kimi müəyyən edilib və 2030-cu ilə qədər elektrik enerjisinin qoyuluş gücündə bu mənbələrin payının 30 faizə çatdırılması əsas hədəf kimi qəbul edilib.

Cənub Qaz Dəhlizi Məşvərət Şurası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində keçirilən görüşlərdən aydın olur ki, Azərbaycanın “Yaşıl enerji” potensialı gündəlikdə duran əsas məsələdir. Prezident İlham Əliyevin Bakı Konqres Mərkəzindəki çıxışında dediyi kimi, “cari ilin yanvarında regionda indiyədək ən böyük külək elektrik stansiyasının – 240 meqavat gücündə obyektin açılışı olub. Layihə “ACWA Power” tərəfindən maliyyələşdirilib və həyata keçirilib.

Bu, bizim artıq malik olduğumuz potensiala əlavə edilən yeni yaşıl enerji mənbəyidir. 2023-cü ildə “Masdar” şirkəti 230 meqavat gücündə Günəş elektrik stansiyası inşa edib. Bir neçə layihə artıq icra mərhələsindədir və gələcək illərdə biz alternativ enerji mənbələri ilə işləyən yeni elektrik stansiyalarının açılışını gözləyirik”.

Bu gün Azərbaycan enerji ehtiyatlarının etibarlı tranziti ölkəsi rolunu oynayır. Ölkəmiz Qazaxıstan və Türkmənistan üçün neftin mühüm tranzitini təmin edir və bizim sistem vasitəsilə nəql olunan neftin həcmi ildən-ilə artır. Azərbaycan Xəzərin şərq sahillərindən daha çox neft qəbul etmək iqtidarındadır və bunun üçün lazımı infrastruktura malikdir.

Cari ildə “Azəri-Çıraq-Günəşli” yatağının dərin qaz laylarından hasilatın başlanacaqdır. “İki-üç il ərzində “Abşeron” yatağının tammiqyaslı işlənmə mərhələsinin başlanmasını gözləyirik ki, bu da “Abşeron”dan qaz hasilatını üç dəfə artıracaq. Eyni zamanda, “Ümid” yatağının ikinci mərhələsi üzrə qaz hasilatına başlanması gözlənilir”, – deyən dövlətimizin başçısı əlavə edib ki, 2028-ci ildə “Şahdəniz”in yeni mərhələsi üzrə hasilatın başlanmasını gözləyirik. Qeyd olunan bütün hasilat profilləri maksimum istehsal səviyyəsində 10-15 milyard kubmetr həcmində əlavə qaz əldə etməyə imkan verəcək.

Bakıdakı tədbirdə iştirak edən Avropa İttifaqının enerji və mənzil siyasəti üzrə komissarı Dan Yorgensen bildirib ki, Aİ-nın Rusiya qazından asılılığının davamlı şəkildə azaldıldığı dövrdə Azərbaycanla tərəfdaşlığın vacibliyi yalnız artacaqdır. Bu da öz növbəsində Avropanın enerji təhlükəsizliyinə və Azərbaycan iqtisadiyyatına fayda verəcək. O bildirib ki, Trans-Adriatik Boru Kəməri ilə kommersiya daşımaları başladığı dövrdə Azərbaycan 2024-cü ildə Avropa İttifaqının alıcılarından təbii qazın ixracına görə təxminən 24 milyard avro qazanıb.

Mövqeyini açıq şəkildə bəyan etməyi fürsət adlandıran komissar vurğulayıb: “Azərbaycanın qazı, qaz təchizatı Avropa İttifaqının enerji təhlükəsizliyinin mühüm sütunu olaraq qalacaq”.

Azərbaycan dünyanın nüfuzlu enerji şirkətləri ilə birgə ölkəmizdə bərpaolunan enerji layihələrinin icrası istiqamətində mühüm fəaliyyətlər həyata keçirir. Həmçinin ölkəmiz tərəfdaşlarla birgə mühüm beynəlxalq əhəmiyyətli yaşıl enerji layihələrinə də xüsusi diqqət ayırır. Bu xüsusda, əminliklə deyə bilərik ki, Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən enerji layihələri etibarlı tərəfdaş kimi ölkəmizin rolunu daha da möhkəmləndirəcək.

Mirtaleh Ağazadə



Xəbərin oxunma sayı : 196




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap