Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Sosial / — 13 Mart 2026

    Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

Göyçay sakini evinə niyə su çəkdirə bilmir? - VİDEO

Tarix 07.03.26, 9:13

Font ölçüsü : - / +
bitmap-img6


Göyçay şəhər sakini Röyal Nəsrullayev Baku TV-nin qaynar xəttinə müraciət edərək atasından miras qalan evə su çəkdirməkdə çətinlik çəkdiyini bildirib.

O, uzun illərdir yaşadığı evə su çəkdirməyə çalışdığını, lakin bunun mümkün olmadığını qeyd edib:

"Burada 2 minə yaxın ev var, amma heç birinin sənədi yoxdur. O vaxtlar hamı müraciət edirdi, qaz, işıq və kanalizasiya xətləri çəkilmişdi, vətəndaşlar hər şeylə təmin olunmuşdular. Mən də qazı və işığı çəkdirmişəm. İndi isə su çəkdirmək istəyirəm, amma su çəkilmir. Evin sənədini tələb edirlər, sənəd ala bilmirəm. Kanalizasiya və su xətti qapımın ağzındadır, iki ildir qalmışam sənədlərlə yollarda, heç kim mənim işimə baxmır".

Məsələ ilə bağlı Göyçay Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsindən bildirilib ki, fərdi yaşayış evinə suyun çəkilməsi yalnız evin sənədi və təsdiqlənmiş layihə ilə mümkündür. 2024-cü ildən qüvvəyə minən yeni qaydalara əsasən, bu sənədlər olmadan su çəkilməsi həyata keçirilə bilməz.

Araşdırmalar zamanı məlum olub ki, əslində, problemin səbəbi başqadır və Röyal Nəsrullayev bunu müsahibəsində açıqlamayıb. O, qardaşı ilə eyni mülkdə yaşayır və mülkün bölünməsi zamanı su xətti qardaşı tərəfindən kəsilib



Xəbərin oxunma sayı : 1237




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap