“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

İflas edən şirkət borclarını ödəyə bilmir - Məhkəmə cərimə etdi

Tarix 09.03.26, 13:36

Font ölçüsü : - / +
bitmap-img6


"Formes.aqro.az" Məhdud Məhsuliyyətli Cəmiyyəti (MMC) idarəçilik qaydaları əleyhinə olan (Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsi) inzibati xəta üzrə məhkəməyə verilib. 

Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə protokol tərtib olunub və işə məhkəmədə baxılıb. 

Məlum olub ki, məhkəmə qərarı olmasına baxmayaraq, "Formes.Aqro.Az" MMC V.B.-nın 182.447 manat borcunu ödəməyib. 

Nizamnamə kapitalı 51000 manat olan şirkətin qanuni təmsilçisi Əsədullazadə İlkin Səməd oğludur. MMC-nin ötən ilin əvvəlinə kimi qanuni təmsilçisi türkiyəli iş adamı Şen Mesut olub. 

MMC-dən bildirilib ki, şirkət böhran nəticəsində iflas edib və fəaliyyətini dayandırıb. Bu səbəbdən ödəmə qabiliyyəti yoxdur və bü günə qədər heç bir ödəniş edilməyib.

Məhkəmənin qərarı ilə İlkin Əsədullazadə barəsində 1200 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq olunub. 

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, İcra sənədindəki tələbin üzürsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər 500 manatdan 1 000 manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər 1 200 manatdan 2 500 manatadək məbləğdə, hüquqi şəxslər 3 000 manatdan 5 000 manatadək məbləğdə cərimə edilir.



Xəbərin oxunma sayı : 187




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap