“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

NATO genişmiqyaslı hərbi təlimlərə başlayıb - Almaniyada

Tarix 15.01.26, 21:46

Font ölçüsü : - / +
bitmap-img6


NATO Almaniyada “Steadfast Dart 26” adlı genişmiqyaslı hərbi təlimə start verib.

Təlimdə NATO-nun 11 üzv ölkəsi - İtaliya, Yunanıstan, Almaniya, Çexiya, İspaniya, Litva, Bolqarıstan, Türkiyə, Fransa, Belçika və Böyük Britaniyadan ümumilikdə 10 min hərbçi iştirak edir.

Təlimə quru qoşunları, hava qüvvələri, hərbi dəniz qüvvələri, həmçinin kosmik və kiber bölmələr cəlb olunub. Manevrlərdə 1500-dən çox hərbi nəqliyyat vasitəsi, o cümlədən döyüş tankları və raket buraxılış sistemləri, 20-dən artıq hərbi təyyarə və qırıcı, eləcə də 17 hərbi dəniz vahidi – desant gəmiləri, freqatlar və sualtı qayıqlar istifadə ediləcək.

“Steadfast Dart 26” təliminin əsas məqsədi NATO qüvvələrinin şəxsi heyətinin və texnikasının Alyans ərazisi daxilində qısa müddətdə və koordinasiyalı şəkildə yerləşdirilməsi qabiliyyətini sınaqdan keçirməkdir.

Təlimlərin əsas mərhələləri fevralda Almaniyanın Aşağı Saksoniyada yerləşən Bergen hərbi poliqonunda təşkil olunacaq. Bu ərazi Avropanın ən böyük hərbi təlim poliqonlarından biridir. Bundan əlavə, Şlezviq-Holşteyn vilayətindəki “Putlos” poliqonunda amfibiya desant əməliyyatının nümayişi planlaşdırılır.

“Steadfast Dart 26” təlimi NATO-nun Brunssum şəhərində yerləşən Operativ Qərargahının rəhbərliyi altında yaradılmış yeni sürətli reaksiya qüvvələrinin ilk praktik tətbiqidir. (AZƏRTAC)



Xəbərin oxunma sayı : 127




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap