“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

“Beniz“in məhkəməsi: Prosesdə zərərçəkənin onlayn ifadəsi dinlənildi

Tarix 14.01.26, 15:57

Font ölçüsü : - / +
bitmap-img6


Hədə-qorxu ilə tələb etməkdə təqsirləndirilən tanınmış tiktoker Aybəniz Xəlilovanın ("Beniz") cinayət işinin növbəti məhkəmə prosesi keçirilib.

Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən iclasda cinayət işində zərərçəkən kimi tanınan və hazırda Türkiyədə onkoloji xəstəliyi ilə bağlı müalicədə olan iş adamı Xalid Kərimovun prosesdə onlayn ifadəsi dinlənilib. Ötən proseslərdə zərərçəkənin ifadəsi eyni formatda dinlənilsə də, dövlət ittihamçısı bu ifadəni zərərçəkənin hansı şəraitdə verməsinə əmin olmadığını bildirərək bunu məhkəmə üçün sübut kimi qiymətləndirməyib və ondan növbəti ifadənin alınması ilə bağlı bir sıra tələblər irəli sürüb.

Xalid Kərimov isə növbəti dəfə prosesə Türkiyənin İstanbul şəhərindəki polisin inzibati binasından canlı bağlantı vasitəsilə qoşularaq prokurorun tələblərinə uyğun ifadəsini verib.

Zərərçəkən əvvəlki ifadələrini bu dəfə də təsdiqləyərək Aybəniz Xəlilovaya qarşı hər hansı bir iddiasının olmadığını və polisə bu şikayətinin tənbeh xarakterli olmasına rəğmən müəyyən məsul şəxslərin marağı ilə mövcud vəziyyətə gəlib çatmasını deyib.

Zərərçəkən iş adamı ittihamdakı Aybəniz Xəlilovanın onda hədə-qorxu ilə külli miqdarda pul alması faktını təkzib edərək, bunu müstəntiqin yol verdiyi yanlışlıq kimi qiymətləndirib. O, ifadəsi zamanı, həmçinin bildirib ki, Aybəniz Xəlilovaya qarşı hər hansı bir iddia tələbi də yoxdur və buna görə A.Xəlilovadan onu bağışlamasını istəyib.

Zərərçəkənin budəfəki ifadəsi məhkəmə protokollarına qeyd edilərək sübut kimi qiymətləndirilib.

Fevralın 17-də keçirilməsi nəzərdə tutulan növbəti proses zərərçəkənə veriləcək suallarlə işini davam etdirəcək.

Qeyd edək ki, X.Kərimov A.Xəlilova barəsində Suraxanı Rayon Polis İdarəsinə şikayət edib. Şikayətçi ərizəsində göstərib ki, A.Xəlilova ondan hissə-hissə olmaqla, 500 min manat pul tələb edib.

Tiktoker barəsində cinayət işi başlanıb. A.Xəlilovaya qarşı Cinayət Məcəlləsinin 182.3.2-cü maddəsi üzrə ittiham irəli sürülüb.



Xəbərin oxunma sayı : 166




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap