“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

Prezident “Mədəniyyət Konsepsiyası“nı təsdiqlədi - Nələr olacaq?

Tarix 14.01.26, 17:44

Font ölçüsü : - / +
bitmap-img6


2040-cı ilə qədər milli kino fondu, dövlət televiziya və radio arxivləri rəqəmsallaşdırılacaq.

AzFakt.com xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Azərbaycan Mədəniyyəti - 2040" Mədəniyyət Konsepsiyasında əks olunub.

Məlumata əsasən, milli kino fondunun azı 60 faizinin, dövlət televiziya və radio arxivlərinin hər birinin isə azı 50 faizinin rəqəmsallaşdırılması planlaşdırılıb.

Bununla yanaşı sözügedən dövrdə mədəniyyət sahəsində dövlət informasiya resurslarının birləşdirilməsi və ya əlaqələndirilməsi, vahid kommunikasiya siyasətinin həyata keçirilməsi məqsədilə "e-culture" platformasının yaradılmasının təmin edilməsi nəzərdə tutulub.

Bundan əlavə, mədəniyyətin inkişafı ilə bağlı 6 dövlət proqamının layihəsi hazırlanacaq:

1. Azərbaycan dilinin və ədəbiyyatının inkişafı ilə bağlı dövlət proqramı;

2. Azərbaycanın mədəni və təbii irsinin qorunması ilə bağlı dövlət proqramı;

3. İncəsənətin inkişafı ilə bağlı dövlət proqramı;

4. Audiovizual sənayenin inkişafı ilə bağlı dövlət proqramı;

5. Davranış mədəniyyətinin və bilgi mədəniyyətinin inkişafı ilə bağlı dövlət proqramı;

6. Mədəni və yaradıcı sənayenin inkişafı ilə bağlı dövlət proqramı.

Bundan əlavə, Konsepsiya üç - birinci mərhələ: 2026–2030-cu illər; ikinci mərhələ: 2031–2035-ci illər; üçüncü mərhələ: 2036–2040-cı illərdə tədbirlər planları əsasında həyata keçiriləcək.

Konsepsiyanın əsas hədəflərindən biri də Azərbaycanın öz tarixi coğrafiyasına mədəni qayıdışını, Azərbaycan xalqının məhv edilən və dağıdılan tariximədəni irsinin bərpasını təmin etmək, birləşdirici amil kimi Azərbaycan dilinin regional rolunun bərpasına nail olmaqdır. Təşkilatlanmış mədəni iştirakçılıq Azərbaycanın regional maraqlarının səmərəli şəkildə təmin edilməsində və qonşu ölkələrlə dostluq münasibətlərinin gücləndirilməsində mühüm rol oynayacaq.



Xəbərin oxunma sayı : 127




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap