“Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

Saxta sənədlər üzə çıxdı: “Premiumnetaz“ MMC internet xidmətləri bazarından çıxarıldı

Tarix 13.01.26, 19:44

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanda telekommunikasiya və poçt xidmətləri sahəsində tənzimləyici qurum olan İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) "Premiumnetaz" MMC-nin internet telekommunikasiya xidməti göstərən provayder kimi uçotunun ləğv olunmasını təmin edib.

Bu barədə İKTA məlumat yayıb.

Bildirilib ki, İKTA-nın apardığı araşdırma zamanı MMC-nin internet telekommunikasiya xidməti göstərən provayder kimi uçota alınması məqsədilə təqdim etdiyi sənədlərdə sonradan yanlış məlumatların əlavə olunduğu aşkarlanıb.

Qeyd olunan hal Nazirlər Kabinetinin 12 oktyabr 2017-ci il tarixli 427 nömrəli Qərarı ilə təsdiq edilmiş "İnternet telekommunikasiya xidməti göstərən operatorların və provayderlərin uçotunun aparılması Qaydası"na əsasən, uçotun ləğvi üçün birbaşa hüquqi əsas yaratdığından, bununla əlaqədar Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi müvafiq inzibati akt qəbul edib və "Premiumnetaz" MMC-nin internet telekommunikasiya xidməti göstərən operator kimi uçotu ləğv olunub.

İKTA internet xidmətlərindən istifadə zamanı abunəçilərin hüquqlarının və maraqlarının qorunmasının vacibliyini xüsusi olaraq vurğulayır və abunəçilərə yalnız qanunvericiliyə uyğun olaraq uçota alınmış operator və provayderlərin xidmətlərindən istifadəni tövsiyə edir. Uçota alınmamış operator və provayderlərin xidmətindən istifadə onun davamlılığına, keyfiyyətinə və istehlakçı hüquqlarının qorunmasına ciddi risklər yarada, eyni zamanda şikayət və hüquqi müdafiə mexanizmlərindən istifadə imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdıra bilər.

Qeyd edək ki, internet telekommunikasiya xidməti göstərən operator və provayderlərin qanunvericiliklə müəyyən edilmiş qaydada uçota alınmadan fəaliyyət göstərməsi yolverilməzdir və bu hal mövcud qanunvericiliyə uyğun olaraq hüquqi məsuliyyət yaradır.

Agentlik xəbərdarlıq edir ki, uçota alınmamış internet provayderləri ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər həyata keçiriləcək.

Belə ki, uçota alınmadan internet telekommunikasiya xidməti göstərən hüquqi və fiziki şəxslər barəsində qanunvericiliklə nəzərdə tutulmuş inzibati tədbirlər tətbiq edilə, onların fəaliyyəti məhdudlaşdırıla və ya dayandırıla bilər. Abunəçilərə xidmət müqaviləsi bağlamazdan əvvəl operator və provayderin rəsmi uçot statusunu nazirliyinİKTA-nın internet informasiya ehtiyatları vasitəsilə yoxlamaları tövsiyə olunur.



Xəbərin oxunma sayı : 730




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap