“Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

Dövlət Neft Fondunun proqnozu fiasko ilə nəticələnib - Rəqəmlər

Tarix 13.01.26, 16:10

Font ölçüsü : - / +
bitmap-img6


Dövlət Neft Fondunun (ARDNF) xarici neft və qazın Azərbaycan ərazisindən tranzitindən əldə ediləcək gəlirlərlə bağlı proqnozları tam fiasko ilə nəticələnib.

AzFakt.com xəbər verir ki, Hesablama Palatasının ARDNF-ın 2026-cı il büdcəsinə dair rəyinə əsasən, ötən il 25,4 milyon manat gözlənilən tranzit gəliri cəmi 4 min manat təşkil edib.

Bu rəqəmlər sadəcə səhv deyil, institusional planlaşdırma böhranının açıq göstəricisidir.

Bəs sual olunur ki, ARDNF bu 25 milyonu “hardan” çıxarmışdı? Nə yeni uzunmüddətli tranzit müqavilələri var idi, nə də təminatlı kommersiya axınları. Bu sadəcə ARDNF-ın xəyalları idi. Çünki, verilən proqnozun real müqavilələrə söykənməsi ehtimal belə deyil. Bu proqnoz sadəcə və sadəcə köhnə və artıq işləməyən enerji ssenarilərinə əsaslana bilər.

Əgər tranzitlər ləğv edilməyib və ya dayandırılmayıbsa bu paradoks nəyə görədir? Çünki bütün tranzitlər gəlir üçün nəzərdə tutulmur, bu aydındır. Məslən siyasi xarakterli tranzitlər də var. Eyni zamanda gəlirlər xərclərlə ofset edilir və telling olaraq “sıfırlana” bilir. Bütün hallarda bu absurd sayılacaq fərq proqnozun şəffaflığına xələl gətirir.

Verilən proqnozla real rəqəm arasındaki fərq 7 min dəfə azdır. Bunu 2025-ci ilin “büdcə kosmetikası” adlandırmaq mümkündür. Hesablama Palatasının rəyindən sonra Neft Fondu 2026-cı il üçün tranzit gəliri proqnozunu 3700 manat səviyyəsinə endirib. Burada da “xəyallar və reallıq” prinsipi güzgü kimi Azərbaycan hökümətinə doğrulur.

Əsas məsələlərdən biri də odur ki, ARDNF məsələ ilə bağlı ictimaiyyətə açıqlama vermək kimi məsuliyyət hiss etmir. İzaholunmaz fərqin səbəbkarı və ya proqnozun “hardan çıxarılması” “mif” olaraq qalır. Azərbaycansayağı yanaşma bu məsələdə də öz əksini tapıb. Çünki, bir qurum 25 milyonluq gözlənti ilə 4 min manat arasında fərqi izah edə bilmirsə, problem artıq rəqəmlərdə deyil, idarəetmədədir(kommersant.az).



Xəbərin oxunma sayı : 901




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap