“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

Putini oğurlamağı təklif etdi - Britaniya nazirindən şok açıqlama

Tarix 11.01.26, 12:50

Font ölçüsü : - / +
bitmap-img6


Britaniyanın müdafiə naziri Con Hili Rusiya prezidenti Vladimir Putinin saxlanılaraq məsuliyyətə cəlb olunmasını istədiyini bildirib.

Musavat.com xəbər verir ki, bu barədə Ukraynanın "UNIAN" nəşri məlumat yayıb.

Məlumata görə, jurnalist Con Hiliyə hansı dünya liderini “oğurlamaq” istəyə biləcəyi ilə bağlı sual verib. Cavabında Britaniyanın müdafiə naziri Vladimir Putini misal çəkərək, onu həbs edib hərbi cinayətlərə görə məhkəmə qarşısına çıxarmağın tərəfdarı olduğunu deyib. Hili Putinin Venesuela prezidenti Nikolas Maduronun saxlanılması ssenarisi üzrə aradan götürülə biləcəyini də istisna etməyib.
Nazir vurğulayıb ki, Rusiya lideri Ukraynada törədilən hərbi cinayətlərə görə beynəlxalq məsuliyyət daşımalıdır.

Xatırladaq ki, bundan əvvəl ABŞ prezidenti Donald Tramp Vaşinqtonun Vladimir Putinin saxlanılması ilə bağlı hər hansı əməliyyat planlaşdırmadığını açıqlamışdı. Jurnalistin bu cür əməliyyatın mümkün olub-olmaması ilə bağlı sualına Tramp “Bunun zəruri olacağını düşünmürəm” cavabını vermişdi.



Xəbərin oxunma sayı : 271




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap