“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

Kərə yağı bahalaşacaq? - Güzəşt ləğv edildi

Tarix 10.01.26, 9:48

Font ölçüsü : - / +
bitmap-img6


Kərə yağının idxal rüsumuna tətbiq edilən güzəşt artıq qüvvədən düşüb. Belə ki, 2017-ci ildən bəri 5% səviyyəsində tətbiq olunan idxal rüsumu bu ildən yenidən 15%-ə qaldırılıb. Paytaxt marketlərində aparılan araşdırma nəticəsində məlum olub ki, hazırda kərə yağının qiymətində ciddi artım müşahidə olunmur.

AzFakt.com xəbər verir ki, bu barədə İTV məlumat yayıb. Mövcud satış qiymətləri barədə məlumat verən satıcı bildirib: "Qiymətlər 4-5 ay əvvəl qalxmışdı. Alıcılar daha çox Yeni Zelandiya və yerli istehsal olan məhsullara üstünlük verirlər. Hazırda kərə yağının qiyməti 14 manatdan başlayaraq 30 manata qədər dəyişir".

Kərə yağı Azərbaycanda istehlak səbətinə daxil olan əsas ərzaq məhsullarından biridir. Rəsmi statistikaya görə, ölkədə kərə yağına illik tələbat 38-40 min tondur. Azərbaycan bu məhsulu ən çox Yeni Zelandiya, Belarus və Ukraynadan idxal edir.

Bəs idxal rüsumunun artırılması qiymətlərə necə təsir edəcək? İqtisadçı Rəşad Həsənov məsələni belə şərh edib:

"Bu istiqamətdə il ərzində adambaşına düşən xərc 10% və ya orta hesabla 12-20 manat civarında artır. Bu da orta statistik 4 nəfərlik bir ailə üçün 50 manatdan 80 manata qədər əlavə xərc yükü formalaşdırır. Rüsum üzrə güzəştin ləğv edilməsi qiymət artımlarını şərtləndirməklə, kərə yağının 2026-cı ildə 15-17% bahalaşmasına gətirib çıxara bilər".



Xəbərin oxunma sayı : 301




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap