“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

Venesuela və ABŞ səfirlikləri açıla bilər: Delsi Rodrigesdən açıqlama

Tarix 10.01.26, 16:47

Font ölçüsü : - / +
bitmap-img6


"Venesuela və ABŞ iki ölkənin səfirliklərinin açılması imkanlarını araşdırırlar".

Bu barədə Bolivar Respublikasının prezidenti səlahiyyətlərini icra edən Delsi Rodriges "Venezolana de Televisión" telekanalının efirində məlumat verib.

O qeyd edib ki, ölkə Venesuelada müstəqilliyi, sabitliyi, suverenliyini və sülhü qorumaq üçün Bolivar sülh diplomatiyasından istifadə edəcək.

Delsi Rodriges hesab edir ki, respublikanın seçdiyi yol ələ keçirilərək ABŞ-yə aparılan Venesuela prezidenti Nikolas Maduronun və birinci xanım Siliya Floresin geri qayıtmasını təmin edəcək.

"Biz bu yolda strateji səbir, qətiyyət, sonsuz sədaqət və hər şeydən əvvəl xalqımıza dərin sevgi ilə irəliləyirik", - deyə o vurğulayıb.

Qeyd edək ki, Vaşinqton özünü respublikanın lideri elan etmiş prezident Xuan Quaydonu tanıdıqdan sonra 2019-cu ilin yanvar ayında Venesuela ABŞ ilə diplomatik münasibətləri kəsib.

2026-cı il yanvarın 3-də ABŞ Venesueladakı mülki və hərbi hədəflərə hücum edib. ABŞ Prezidenti Donald Tramp Venesuela ərazisinə endirilən zərbələri təsdiqləyib. Vaşinqton Prezident Maduro və həyat yoldaşının ələ keçirilməsi və ölkədən çıxarılması üçün əməliyyat keçirib.



Xəbərin oxunma sayı : 319




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap