“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

Reseptsiz müalicə fəlakətə aparır: Həkimlərdən xəbərdarlıq (VİDEO)

Tarix 11.01.26, 14:32

Font ölçüsü : - / +
bitmap-img6


Mütəxəssislər vətəndaşları həkim məsləhəti olmadan dərman qəbul etməyin ciddi təhlükələr doğura biləcəyi barədə xəbərdar edirlər.

Bir çox hallarda insanlar tibbi müayinədən keçmədən, yalnız qonşu və ya tanışların tövsiyəsi ilə dərman istifadə edirlər ki, bu da ağır fəsadlara yol aça bilər.

Kor-koranə dərman qəbulu yanlış diaqnoz, səhv doza və uyğun olmayan preparat seçimi ilə nəticələnir.

Bu isə xəstəliyin ağırlaşmasına, əlavə sağlamlıq problemlərinin yaranmasına və bəzi hallarda həyati risklərin artmasına səbəb olur. Həkimlərin sözlərinə görə, eyni simptomlar müxtəlif xəstəliklərin əlaməti ola bilər və bu səbəbdən başqasına fayda verən dərman digər şəxs üçün təhlükəli sayılır.

Xüsusilə antibiotiklərin, ağrıkəsicilərin və hormonal preparatların nəzarətsiz istifadəsi ciddi risk daşıyır. İctimai TV-nin hazırladığı reportajda vətəndaşlara çağırış edilir ki, sağlamlıqla bağlı hər hansı problem yaranan zaman yalnız peşəkar həkimə müraciət etsinlər və dərmanları resept əsasında qəbul etsinlər.

Mütəxəssislər vurğulayırlar ki, düzgün müalicə yalnız tibbi müayinə və fərdi yanaşma ilə mümkündür.
 




Xəbərin oxunma sayı : 484




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap